ELM

İstismar müddəti bitmiş məktəb binaları təmir olunmayacaq

© Sputnik / Kamal AlmuradlıAranlı kəndindəki 2 saylı tam orta məktəb
Aranlı kəndindəki 2 saylı tam orta məktəb - Sputnik Azərbaycan
Abunə olmaq
Bir ənənəvi məktəbin inşası üçün lazım olan vəsaitlə 10-na yaxın modul tipli məktəb quraşdırmaq olar

BAKI, 21 noy — Sputnik. Azərbaycanda tezliklə yeni tipli məktəblərin quraşdırılımasına başlanılacaq. İlk dəfə olaraq, Lerikin Qələbin, İsmayıllının Yenikənd kənd ümumi orta məktəbləri, Saatlının Mircəlal, Yardımlının Avur, Lənkəranın Təngivan kənd ibtidai məktəbi modul tipli məktəblərlə əvəz olunacaq.

Bakıda orta məktəbdə dərs prosesi - Sputnik Azərbaycan
ELM
Məktəbdə şagird sıxlığını azaltmaq üçün nə etməli

Yeni məktəblərin qısa zaman ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən, tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq, 50 yerlik səyyar məktəb quraşdırılır. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən əlavə edilib ki, hazırda Azərbaycanda təmirə ehtiyacı olan 650-yə yaxın məktəb var. Bunlar, ən çox Cəlilabad, Şəki, Qusar, Quba, Şamaxı ərazisinə düşür.

Məsələni Sputnik-ə şərh edən təhsil eksperti Kamran Əsədov, hazırda Təhsil Nazirliyinə tabe olan 4400-dən çox orta ümumtəhsil məktəbinin olduğunu, bunların da 310-na yaxınının Bakı şəhərində, 4 minə yaxınının isə, regionlarda yerləşdiyini deyib: "Hər il onlarla məktəb tikilir, yenidən qurulur, bərpa işləri aparılır. Yeni məktəblərin inşası əlavə vəsait deməkdir. Hələ də regionlarda elə məktəblər var ki, təhsil üçün yarasızdır. Bu baxımdan Təhsil Nazirliyinin sözügedən addımı müsbətdir".

© Photo : APAKamran Əsədov, təhsil üzrə ekspert
Kamran Əsədov, təhsil üzrə ekspert - Sputnik Azərbaycan
Kamran Əsədov, təhsil üzrə ekspert

"Qəzalı vəziyyətdə olan məktəblər modul tipli məktəblərlə əvəz olunacaq. Modul tipli məktəblərdən Avropa və Amerikada istifadə edilir. Bu, daha çevikdir, sökülüb-daşınması daha optimaldır, təhlükəsizlik yüksək səviyyədədir, daha keyfiyyətli dizayn əsasında formalaşdırılır. Ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunur. Son 10 ildə 3 min məktəb təmir, bərpa olunub. Şagird sayı sıx olan, daha təhlükəli vəziyyətdə olan məktəblər ilk olaraq modul tipli məktəblərlə əvəz olacaq", — mütəxəssis bildirib.

O, hesab edir ki, bundan sonra nazirlik hər kəndə bir məktəb layihəsini həyata keçirəcək: "Çünki, bir ənənəvi məktəbin inşası üçün lazım olan vəsaitlə, təxminən 8-10 modul tipli məktəb quraşdırmaq olar. Yaxşı olar ki, biz Amerika, Almaniya, Fransanın təcrübəsindən istifadə edək. Çünki, onların modul tipli məktəbləri daha yüksək və ekoloji baxımdan təhlükəsiz materiallardan istifadə edilərək qurulur".

"Modul tipli məktəblər şagird sağlamlığı üçün də yaxşıdır. Bu, təhsilin inkişafına gətirib çıxardacaq. Modul tipli məktəblərdə şagird tutumu o qədər də yüksək deyil. Bunlar, daha çox 200-400 şagird tutumlu məktəblərdir", — K. Əsədov əlavə edib.

Bununla yanaşı, ekspertin fikrincə, modul tipli məktəb Bakı şəhəri üçün uğurlu variant deyil: "Çünki, Bakı şəhərində kifayət qədər məktəb var, nəqliyyatın hərəkəti sıxdır. Bu, daha çox region məktəbləri üçün yararlı variantdır".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda təhsil naziri Mikayıl Cabbarov çıxış edərək deyib ki, cari ildən etibarən 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənəcək. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.

Nazirlər Kabinetinin qərarı ilə bu il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti ildə tələb olunan vəsait ayrılacağı təqdirdə, şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür.

Xəbər lenti
0