Orta məktəbdə dərs prosesi, arxiv şəkli

Mövcud təhsil sistemi şagirdlərin bütün enerjisini "sümürür"

5998
(Yenilənib 16:24 08.11.2016)
Görəsən, Təhsil Nazirliyində, körpə uşaqlara bu qədər əziyyət verdiklərinin fərqindədirlərmi?

BAKI, 8 noy — Sputnik. Bu gün Azərbaycanda şagirdlərin dərs yükünün həddən artıq ağır olması kimsəyə sirr deyil. Təhsil səviyyəsinin yüksəlməsini təhsil yükünü artırmaqda görən Təhsil Nazirliyi, "qaş düzəldən yerdə göz çıxarır".

Valideynlər və şagirdlər dərslərin çətinliyindən və çoxluğundan şikayət edirlər. Bu problem uşaqları zehni və fiziki cəhətdən yormaqla yanaşı, onların sosial həyatını da əllərindən alır. Yəni, şagird əlavə məşğələyə yazıla — musiqi öyrənə, rəsm qabiliyyətini təkmilləşdirə, hansısa idman növü ilə məşğul ola bilmir.

Məsələni Sputnik-ə şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ölkənin ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin dərs yükü hökumətin təsdiq etdiyi müvafiq normativ-hüquqi sənədlərlə tənzimlənir. O bildirib ki, rəsm, bədən tərbiyəsi, musiqi kimi fənlər şagirdlərin yaş psixologiyası nəzərə alınmadan tədris olunduğu üçün, hazırda onlara maraq azalıb.

"O cür fənlərin keyfiyyətli tədrisində ciddi nöqsanlar var. Dərsin keyfiyyətinə başqa amillər də təsir edir. Məsələn, müəllimin fiziki imkanları, bilik və intellekt səviyyəsi, metodik hazırlığı, emosional və psixi vəziyyəti və sair", — ekspert deyib.

Əsədov, 2000-ci illərədək şagirdlərin dərsdən sonra müəyyən musiqi dərslərinə, idman məşğələlərinə getdiklərini xatırladıb: "İndi bütün tədris sistemi qəbul imtahanlarına yönəldiyinə görə, valideynlər övladlarını əlavə tədbirlərdən uzaqlaşdırıb ancaq qəbul imtahanlarına daxil olan fənlər üzrə repetitor yanına göndərirlər".

Bir şagirdin arzuları
© Karikatura
Bir şagirdin arzuları

Qarmon müəllimi Sübhan Köçərli də Sputnik-ə açıqlamasında sözügedən problemin aktuallığına toxunub: "Mədəniyyət və incəsənət sahələri ilə məşğul olmaq üçün uşağın təhsilli olması və yaxşı oxuması mütləqdir. Təəssüf ki, bu bu gün ölkəmizdə yaxşı oxuyanları, ancaq dərslə məşğul olmağa yönəldirlər, incəsənət sahəsinə də zehni cəhətdən zəiflər üz tutur".

Rəsm müəllimi Pərviz Mahmudov da Sputnik-ə açıqlamasında qeyd edib ki, son illər rəsm məşğələlərinə gələn uşaqların sayı azalıb, gələnlər isə az vaxt ayırırlar: "Həftədə 3 dəfə gəlməli olan şagirdlər, dərs yükünə görə həftədə 2 dəfə və ya bir dəfə gəlməyə başlayıblar. Bu da onların hazırlıqlarını zəiflədir".

Sputnik əməkdaşı ilə həmsöhbət olan piano müəllimi Aygün Qasımova da dərs yükünün ağırlığının fəsadlarından danışıb: "Təhsil Nazirliyinin şagirdlər üçün nəzərdə tutduğu dərs yükü o qədər ağırdır ki, uşaqlar əlavə məşğələlərə gedə bilmirlər. Tələbələrim dərslərin və ev tapşırığının çoxluğundan şikayətlənirlər. Mən də, ancaq dərs zamanı şagirdlərimlə pianoda məşğul ola bilirəm, ev tapşırığı verə bilmirəm. Çünki, tələbələrin əlavə vaxtı qalmır".

Kikboks müəllimi Anar Süleymanlı bildirib da indiki təhsil sisteminin idman və mədəniyyət sahələrinə zərbə vurduğu qənaətindədir. "Mən özüm idmançı olmağıma baxmayaraq, həm də elm adamı olduğum üçün sağlam təhsili dəstəkləyirəm. Amma bu günkü təhsil sistemi məni çox narahat edir. Çünki, bu sistem elə qurulub ki, uşaq gün ərzində 5-6 saat məktəbdə olur və məktəbdən sonra eyni fənlər üzrə kurslara gedir. Nəticədə digər sahələrə marağı və zamanı qalmır", — o, Sputnik-ə açıqlamasında bildirib.

"Məktəbdən sonra olan kurslar eyni fənlər üzrədir və çox zaman eyni müəllimlər məktəbdən sonra o kursları aparırlar. Səbəb? Sualın cavabı çox bəsitdir. Çünki, bu gün orta məktəb dərsliklərində, ali məktəbə giriş üçün verilən sualların birbaşa cavabı yoxdur və bu səbəbdən onları kurslarda müəllimlər şagirdlərə yenidən aşılamalı olurlar. Görəsən, Təhsil Nazirliyi körpə uşaqlara bu qədər əziyyət verdiyinin fərqindədirmi?".

5998
Teqlər:
yük, dərs, incəsənət, şagird, məktəb, elm, uşaq
Əlaqədar
Yaponiya məktəblərində Azərbaycan dərsləri keçirilir
Bakıda professor dərs zamanı vəfat etdi
Dərslərin başlaması üçün ən ideal saat bəlli oldu
Azərbaycanda yeni dərs ilinə start verilib
Yeni dərs ilinə hazırlıqlar necə gedir?
"Azərbaycanda din dərsləri tədris olunsa, fanatların sayı çoxalacaq"
Dərs buraxmağa görə cərimə rəsmən ləğv edilib
Dərs vaxtı telefonlar avtomatik səssiz rejimə keçəcək
Auditoriyada tələbə, arxiv şəkli

Bir ətək pul alırlar, verdiklərinə bax: Pandemiya dövründə isə xüsusi həngamə olacaq

420
(Yenilənib 00:17 10.07.2020)
Deputat Etibar Əliyev deyir ki, müəyyən təhsil güzəştləri paketi hazırlanmalıdır: “Universitetlərin təhsil haqlarına yenidən baxılmalıdır”

Zülfiyyə  Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 iyul — Sputnik. Azərbaycanın ali təhsil müəssisələrində ödənişli təhsilin qiymətinin baha olması yenidən müzakirələrə səbəb olub. 

Sosial şəbəkələrdə ölkəmizdə bəzi universitetlərin təhsil haqqı üçün fantastik qiymət müəyyən etməsi, verilən təhsilin təhsil haqları ilə tərs mütənasib olmasına dair fikirlər yer alıb.

Qeyd edək ki, yaranmış müzakirələrə, Baş nazir Əli Əsədovun “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarı imzalaması səbəb olub. Bu qərarda “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı" öz əksini tapıb.  Məsələn, rəngkarlıq ixtisası üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı 6 min manatdır. İnstrumental ifaçılıq üçün bu rəqəm 8200, müalicə işi 4800 manat təşkil edir.

Təhsil üzrə ekspert Kamran Əsədov isə bu qərarın ictimaiyyət tərəfindən yanlış anlaşıldığını, düzgün şərh edilmədiyini söyləyir. Onun sözlərinə görə, orada qeyd edilən rəqəmlər təhsilalanın illik ödəyəcəyi təhsil haqqı deyil: "Bu, təhsil haqlarının artırılması demək deyil. Bu qiymətlər adambaşına düşən xərclər ilə bağlıdır. Yəni həmən ixtisas üzrə tələbəyə çəkilən xərclər bu qədərdir. Təbii ki, tələbələrin sayı artdıqca xərclər də onlar arasında bölünür. Təhsil haqqını müəyyən etmək ali təhsil müəssisələrinin özlərinin ixtiyarındadır. Onlar tələbə sayı ilə xərclər smetasını müəyyən edirlər. Burada təhlükəsizlik marjası var. Yəni nə qədər minimum tələbə olsa, təhsil müəssisəsi zərərsiz işləyə bilər. Yəni break-even point (Zərərsizlik nöqtəsi) baş nazirin imzaladığı qərara uyğun olacaq. Qısası, təhsil haqları artırılmayacaq".

Sputnik Azərbaycan pandemiya dövründə ali məktəblərin təhsil haqlarının real vəziyyətə və verilən təhsilin səviyyəsi ilə uyğun olub-olmadığını da araşdırıb. Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov açıqlamasında bildirib ki, təhsil haqlarını bazar müəyyənləşdirməlidir: "İnzibati yolla təhsil haqlarını müəyyənləşdirmək ancaq dövlət ali təhsil müəssisələri üçün doğrudur. Fərz edək ki, dövlət təhsil müəssisəsi hansısa fakultə üçün 1000 manat qiymət qoyub. Özəl ali məktəb daha yaxşı  təhsil verirsə onun iki min manat qiymət qoymaq haqqı var. Amma bütün hallarda elə qərar qəbul etmək lazımdır ki, gənclərimiz kütləvi şəkildə xaricə axışmasın".

Ş. Əsgərov deyir ki, bəzən təhsil haqları verilən keyfiyyətə adekvat olmur. Ona görə də buna bir nəzarət mexanizmi olmalıdır: "Soruşan olmalıdır ki, tələbədən bu qədər pul alırsan, əvəzində necə təhsil verirsən? Aldığın pul keyfiyyətli təhsil vermək üçün xərclənirmi? Əgər müəllimin əmək haqqına ödənilirsə, yüksək qiymət də qoya bilərlər. Bu gün bahalı ali məktəblər var. Amma bu gün orta təhsil müəssisələri arasında da bahalıları var. Paytaxtda illik 10  min manat təhsil haqqı olan məktəblər fəaliyyət göstərir".

Ş. Əsgərov bildirir ki, Azərbaycandan xaricə tələb qəbulu təkcə ölkəmizdəki ali təhsil müəssisələrində təhsil haqlarının baha olması ilə bağlı deyil: "Xarici universitetlər abituriyentləri imtahansız tələbə qəbul edir. Ona görə də, Azərbaycan xaricdə təhsilin sosioloji tədqiqatını aparmalıdır. Hər bir qurum öz şəxsi mənafeyi ilə yanaşı, dövlətin də mənafeni düşünməlidir".

Millət vəkili Etibar Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün dünyada təhsil haqları universitetlərin nüfuzuna və universitetlərdə verilən təhsilin keyfiyyətinə görə müəyyənləşdirilir. Onun sözlərinə görə, universitetlərin akkreditasiyadan keçməsinin nəticəsi də təhsil haqlarının müəyyənləşdirilməsində rol oynayır: "Əlbəttə ki, indiki şəraitdə təhsil haqları təhsilin keyfiyyəti ilə ekvivalentlik təşkil etmir. Amma bəzi universitetlər burada  istisnadır. UNEC, ADA kimi universitetlərdə təhsilin keyfiyyəti yüksəkdir. Təhsilin keyfiyyəti yüksək olduğu halda valideynlər yüksək təhsilə sərmayə qoyduqlarından təhsil haqqının qiymətinə çox da qayıtmırlar. Amma təhsilin keyfiyyəti aşağı olub, təhsil haqqı yuxarı olan ali məktəblərdə bu narazılıq yaradır. Cari tədris ilindən pandemiya məsələsi isə təhsil haqları müəyyənləşərkən nəzərə alınmalıdır. Mart ayından bəzi insanların işində fasilə yaranması təhsil haqqlarının müəyyənləşdirilməsində nəzərə alınmalıdır. Məsələn, Tibb Universitetində təhsil haqları çox yüksəkdir. Halbuki, Tibb Universiteti bir çox sahələr üzrə mütəxəssis hazırlamaq iqtidarında deyil. Amma orada təhsil haqqı çox yüksəkdir. Hüquq fakültəsində, İdarəçilik akademiyasının bir sıra ixtisaslarında da qiymət çox bahadır. Gələcəkdə mütləq təhsil haqlarında endirim edilməlidir".

Deputat deyir ki, müəyyən təhsil güzəştləri paketi hazırlanmalıdır: "Pandemiya nəzərə alınaraq Prezidentin göstərişi ilə dövlət həssas ailədən olan tələbələrin təhsil haqqının ödənilməsinə 40 milyon vəsait ayırdı. Tələbələrə güzəşt olundu. Anacaq hesab edirəm ki, xaricdə oxuyan tələbələr üçün də müəyyən güzəştlər hazırlanmalıdır. Bütün məqsəd pandemiyanın təhsilə etdiyi təsiri azaltmaq məqsədi daşıyır. O ki, qaldı universitetlərdə təhsil haqlarına, düşünürəm ki, universitetlərin dəqiq akkreditasiyası keçirilməli, universitetlərin təhsil haqlarına yenidən baxılmalıdır".

420
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

Pandemiya zamanı birinci olmaq? 17 yaşlı oğlan sirləri açıqlayır - FOTO

815
(Yenilənib 21:03 09.07.2020)
“Bütün dünyadan təcrid olunub sırf dərs oxuyaraq imtahanlarda yüksək nəticə əldə etməyə köklənmək, zənnimcə, yaxşı hal deyil” - Həsən Abbaslı

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı 11-ci siniflər üçün buraxılış imtahanında mümkün 300 baldan 297.1 balı toplamaqla respublikada ən yüksək nəticə əldə edib.

Həsən Abbaslı Sputnik Azərbaycan-a bildirib ki, onun imtahanlara hazırlaşmaq üçün konkret qrafiki olmayıb. 

© Sputnik / Rahim Muradov
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

“Bacardığım qədər dərslərimi öyrənməyə və eləcə də digər məşğuliyyətlərimə vaxt ayırmağa çalışırdım. Yəni başqa məşğuliyyətlərimdən əl çəkim, ancaq dərslə məşğul olum - xeyr, belə etmədim. Bütün dünyadan təcrid olunub sırf dərs oxuyaraq imtahanlarda yüksək nəticə əldə etməyə köklənmək, zənnimcə, yaxşı hal deyil. Hər bir məşğuliyyətə müəyyən qədər vaxt ayırmaq lazımdır. Təbii ki, son vaxtlar istirahət saatlarımı azaldıb dərs saatlarına daha çox yer ayırmışdım. Bütün səylərim də imtahan nəticəsində öz əksini tapdı. 

Son aylarda, bildiyiniz kimi, məlum səbəblərdən dərslər dayandırılıb və buna görə də biz öz dərslərimizi onlayn formada davam etdirirdik. Onlayn dərslərimi öyrənməklə bərabər, buraxılış imtahanlarına da ciddi hazırlaşırdım. Lakin mən 9-cu sinifdən başlayaraq bu ilin mart ayına kimi repetitor müəllimləri vasitəsilə əlavə hazırlıqlar keçmişəm”.

© Sputnik / Rahim Muradov
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

H.Abbaslı ikinci imtahandan da gözlənilən nəticəni əldə edəcəyi təqdirdə seçəcəyi ixtisasları da açıqladı: “3-4 ixtisas mənim hədəflərimdir. Bunlar “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”,  “Kimya mühəndisliyi” və "Kimya" ixtisaslarıdır. Mən inanıram ki, bu ixtisaslardan biri üzrə təhsilimi alacağam. 

Növbəti illərdə məzun olanlara isə məsləhətim odur ki, imtahan zamanı çalışsınlar həyəcanlanmasınlar. Sualların cavablandırılması və tapşırıqların həllində vaxtlarını səmərəli bölüşdürsünlər. Amma dərslərinə hazırlaşmaqları ilə bağlı konkret məsləhət verə bilmərəm. Çünki hər bir məzun özünə uyğun olaraq hazırlığını qurmalıdır”.

© Sputnik / Rahim Muradov
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

Həsənin atası İskəndər Abbaslı isə oğlu ilə qürur duyduğunu və yüksək nəticə əldə edəcəyinə hər zaman inandığını vurğulayıb: “Mən Həsənin dərslərinə güclü hazırlaşmasına görə, məsuliyyətli olduğuna görə imtahanlardan yüksək nəticə əldə edəcəyinə inanırdım. O, əyləncəsinə də vaxt ayırırdı, amma dərslərinə daha çox hazırlaşırdı. Orta məktəbdə də nümunəvi şagird olub və bütün müəllimləri ondan razı qalıblar. Həsənin bir qardaşı var, Həsən kimi olmasa da, amma dərslərini yaxşı oxuyur. Hazırda 9-cu sinifdədir və inanıram ki, o da 11-ci sinfi bitirəndə yüksək nəticə əldə edəcək”.

Məlumat üçün bildirək ki, Həsən Abbaslı ölkədə keçirilən bir çox bilik və intellektual yarışlarda Lənkəranı layiqincə təmsil edərək qalib olub.

815
Əlaqədar
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi attestatlarla bağlı məlumat yaydılar
Çayxana qədər olmayan təhsilin çətin günü! Bunun fəsadı ağır olacaq
İlk qəbul imtahanları barədə abituriyentlərə vacib məlumatlar açıqlandı
Qaxda internetsizlik həyatı iflic edib: Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir
Ekspert: “Müasir ixtisasların tədrisi üçün peşəkar kadrlara ehtiyac var”

Azərbaycanın ən gözəl qızı oğlanı onlayn seçdilər

0
(Yenilənib 23:19 10.07.2020)
Karantin rejimi tətbiq olunandan əvvəl altı ay müddətində iştirakçılar model xoreoqrafiyası, model işinin nəzəriyyəsi, psixologiya və xarici dil dərslərinə qatılıblar

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Modellər Banu Şücai və Elçin Dadaşov Miss&Mister Azerbaijan-2020 milli gözəllik müsabiqəsinin qalibi olublar.

Bu barədə Sputnik Azərbaycan-a layihənin mətbuat xidmətindən məlumat verilib.

Koronavirus pandemiyası səbəbindən müsabiqə ilk dəfə onlayn keçirilib. Münsiflər heyətinə layihənin yaradıcısı və təşkilatçısı Anelya Orduxanova, baş koordinator, quruluşçu xoreoqraf Ayla Mais, koordinator və xoreoqraf Hidayət Xəlilov (Mister Super Model 2018) və müsabiqənin piar-meneceri, psixoloq Səxavət Qabiloğlu daxildirlər. 

© Photo : Courtesy organizers of the contest Miss & Mister Azerbaijan-2020
Banu Şücai və Elçin Dadaşov

Models Production model şirkətinin nümayəndəsi də finala qatılaraq iştirakçıların çıxışını onlayn izləyib.

Karantin rejimi tətbiq olunandan əvvəl altı ay müddətində iştirakçılar model xoreoqrafiyası, model işinin nəzəriyyəsi, psixologiya və xarici dil dərslərinə qatılıblar. Finalçılar Bakıdan və Azərbaycanın digər regionlarından şəbəkəyə qoşularaq məharətlərini münsiflərə nümayiş etdiriblər.

Səsvermə nəticəsində Banu Şücai və Elçin Dadaşov birinci olublar.

Banu Şücai Miss Globe International və  Miss smile titullarının sahibi, “Səs Azərbaycan” milli musiqi layihəsinin iştirakçısı olub. Dünyada bir çox beynəlxalq moda həftələrində model kimi iştirak edib. Elçin Dadaşov da moda və gözəllik sənayesi ilə bağlı müxtəlif layihələrə qatılıb.

 

0