UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb

UNEC rektoru: Məqsədimiz tələbəyə verilən biliyin keyfiyyətinin monitorinqidir

17
UNEC-də müəllimlərin peşəkar fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində “Qış məktəbi” formatında təlimlər keçiriləcək.

BAKI, 28 okt — Sputnik. Oktyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb. Bu barədə Sputnik UNEC-in Marketinq və Kommunikasıya Departamentinə istinadən məlumat verir.

Rektor bildirib ki, UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər davam etdirilir. Prosesin daha səmərəli təşkili və bu sahədəki mövcud problemlərin müəyyən edilməsində keyfiyyət elçilərinin rolu danılmazdır. “Məqsədimiz tələbəyə verilən biliyin keyfiyyətini monitorinq etməkdir”, deyən rektor bildirib ki, xüsusi olaraq müəllimlərin Elektron Universitet Modelindən istifadə səviyyəsi və şəxsi kabinetlərə tədris vəsaitlərinin yüklənilməsinə diqqət etmək lazımdır. Ehtiyac yaranacağı təqdirdə müəllimlərə Elektron Universitet Modeli ilə bağlı təlimlər təşkil oluna bilər. Görüşdə auditoriyalarda Elektron tribunanın dərsdən əvvəl işlək vəziyyətə gətirilməsi məsələsinə də diqqət çəkilib. Bu işin qrup nümayəndələrinə həvalə edilməsi təklif edilib.

Görüşdə həmçinin müəllimlərin peşəkar fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində “Qış məktəbi” formatında təlimlərin keçiriləcəyi bildirilib. 

Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru, dosent Raqif Qasımov keyfiyyət elçilərinin tədris vəsaitlərinin, mühazirə mətnlərinin, test tapşırıqlarının və s. monitorinqini də həyata keçirərək, tədris vəsaitlərinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində layihə təklifi ilə çıxış edib.

  • UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb
    UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb
    © Photo : UNEC
  • UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb
    UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb
    © Photo : UNEC
  • UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb
    UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb
    © Photo : UNEC
1 / 3
© Photo : UNEC
UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb

Bildirilib ki, keyfiyyət elçiləri üçün xüsusi fərqləndirici nişanlar hazırlanacaq. Onlar UNEC-in bütün tədris binalarında monitorinqlər keçirəcək. UNEC-in Zaqatala filialı və Maliyyə-İqtisad Kollecində də monitoriqlərin keçirilməsi nəzərdə tutulub. 

Sonda UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı keyfiyyət elçilərinin təklifləri dinlənilib.

Qeyd: UNEC-də 2015/16-cı tədris ilindən keyfiyyət elçiləri fəaiyyət göstərir. Keyfiyyət elçilərinin müəyyən edilməsində elektron universitet platformasını aktiv istifadə edə bilməsi, müasir təhsil metodologiyasına və interaktiv tədris prosesinə yaxından bələd olması əsas meyar seçilib. Keyfiyyət elçiləri müəyyən olunmuş qrafik üzrə həftədə ən azı bir dəfə (növbə) fakültə üzrə dərslərin monitorinqində iştirak edir. Tədrisin sillabuslarda və təqvim-tematik planlarda qeyd edilən mövzulara uyğunluğu, mühazirə mətnləri, interaktiv tədris vəsaitləri, müəllimlərin mövzuya hakimliyi, dərs vaxtının optimal şəkildə idarəedilməsi, seminar dərslərində mövzu üzrə praktiki nümunələrin izahı, kollokviumlara hazırlıq və digər göstəricilər monitorinqlər zamanı qiymətləndiriləcək kriteriyalara daxildir. Monitorinqlərin nəticələri təhlil edildikdən sonra müəllimlərin daha yüksək səviyyəli tədris həyata keçirə bilməsi üçün təlim ehtiyacları, fənlərin sillabuslarının beynəlxalq standartlara uyğunlaşdırılması və təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanır.

17
SpaceX şirkətinin  Falcon 9 raketinin buraxılışı, arxiv şəkli

Orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılıb

20
(Yenilənib 23:34 24.01.2021)
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

BAKI, 24 yanvar - Sputnik. "SpaseX" şirkəti bu gün "Falcon-9" raket daşıyıcısının 143 raketlə orbitə buraxılışını həyata keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (19:00 GMT+4) Kanaveral (Florida ştatı) kosmodromunda baş tutub.

Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. Şirkətdən bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

Peyklər sartdan təxminən bir saat sonra yerətrafı orbitə buraxılıb.

20
Teqlər:
kosmik stansiya, kosmik, orbit, "SpaceX", İlon Mask
Təhsil naziri Emin Əmrullayev

Emin Əmrullayev: Azərbaycan təhsili təkcə COVID-19-dan təsirlənməyib

23
(Yenilənib 13:22 24.01.2021)
Azərbaycanın Təhsil naziri Emin Əmrullayev Twitter-də 24 yanvar Beynəlxalq Təhsil Günü ilə bağlı paylaşım edib.

BAKI, 24 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev 24 yanvar Beynəlxalq Təhsil Günü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, naziri Twitter-dəki paylaşımında deyilir: 

"Qlobal təhsil yalnız COVID-19 tərəfindən təsirləndiyi halda, Azərbaycanda müəllimlər və şagirdlər 20 müəllimin, 10 şagirdin öldürülməsi, 16 məktəblinin yaralanması və 60 məktəbin dağıdılması ilə nəticələnən Ermənistan hücumundan da təsirlənib".

23
Teqlər:
Koronavirus, COVID-19, Ermənistan, təhsil naziri, Emin Əmrullayev
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

0
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

0