Qarammatik səhvlərlə yazılmış söz və ifadələr

"Nəsihətdən anlamadılar, cəzalandırmaqdan başqa yol qalmır"

158
(Yenilənib 11:42 27.10.2016)
Bu məmləkətdə heç kim bir-birinin dilindən anlamır və ya dilinə diqqət etməyənlər cəzalandırıla bilər

BAKI, 25 okt — Sputnik. "Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsi tətbiq olunmalıdır". Bir neçə gün öncə, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu belə təkliflə çıxış edib.

Məsələni Sputnik-ə şərh edən AMEA Dilçilik İnstitunun keçmiş şöbə müdiri, professor Qulu Məhərrəmli hesab edir ki, dilin düzgün işlədilməsi inzibati qaydalarla yox, sevgi ilə mümkündür: "Milli heysiyyata bağlı olan dil təəssübkeşliyi və içdən gələn sevgi olmasa, biz bu sahədə uğur qazana bilməyəcəyik. Üstəlik, yol hərəkəti sistemindən fərqli olaraq, biz hələlik dil normaları ilə bağlı qaydaları mükəmməl şəkilə salmamışıq".

Professor onu da qeyd edib ki, əvvəllər də "dil polisi" yaratmaq, ədəbi normaları pozanları cərimə etmək barədə təşəbbüslər olub: "Amma yaxşı ki, bunlar müzakirə səviyyəsindən o yana getməyib".

Filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu isə ədəbi dilin normalarını pozanların cərimələnməsi təklifinə müsbət yanaşır. "Dil normalarının pozulmasına qarşı Dilçilik İnstitutu müxtəlif tədbirlər həyata keçirib. Məsələn, İnstitut mediada, ticarət obyektlərində dil normalarını düzəltmək üçün, onlara tövsiyyə xarakterli məlumatlar göndərirdi. Amma bu tədbirlərlə, zaman keçsə də, heç bir nəticə əldə etmək mümkün olmadı. Artıq başqa variant qalmadı və ona görə bu təklif irəli sürüldü", — o, Sputnik-ə açıqlamasında bildirib.

C. İsmayıloğlu onu da bildirib ki, bir çox kinoteatrlarda dil normativlərinə əməl olunmur: "Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar Azərbaycan dilini saymır, dilə hörmət etmir. Bu, həm qanun pozuntusu, həm də dilin daşıyıcısı olan xalqa hörmətsizlikdir".

"Cərimələr cəmiyyətdə sınanmış vasitədir. Ona görə də hesab edirəm ki, cərimələr bəzi insanların qayda pozuntusundan çəkinmələrinə səbəb olar", — dilçi alim vurğulayıb.

Onun sözlərinə görə, icra hakimiyyətlərinin tərkibində, ticarət obyektlərində ədəbi dil normalarının pozulması ilə mübarizə aparan xüsusi idarə var: "Amma onların fəaliyyəti effektsizdir. Çünki, həmin idarədə dil normalarına nəzarət ən axırıncı yerdə durur və ona görə də belə hallar tez- tez baş verir. Və bu da cərimələrin tətbiq edilməsini zəruri edir".

158
Teqlər:
Cahid İsmayılov, ədəbi dil, ana dili, Möhsün Nağısoylu, AMEA, Qulu Məhərrəmli, Azərbaycan, cərimə
Əlaqədar
Professor: KİV ana dilimizin qayda-qanunlarına hörmətlə yanaşmalıdır
"Türk dili millətimizin birlik zəmanətidir"
Sputnik-dən “Azərbaycan dili günü”nə xüsusi hədiyyə
Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Azərbaycan dilinin tədrisinin səviyyəsini yüksəltmək lazımdır
Gələcəkdə azərbaycanlılar öz dillərini başa düşəcəklərmi?
Azərbaycan dilindəki yeniliklər: problem, yoxsa inkişaf
Qocası ölən, körpəsi doğulmayan Azərbaycan dili
 Boş dərs otağı, arxiv şəkli

Nazirlər Kabineti təhsillə bağlı qərar verdi

55
Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir

BAKI, 20 noyabr - Sputnik. Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

Qeyd edək ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Müəyyən edilib ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.

55
Teqlər:
dəyişiklik, qərar, Nazirlər Kabineti, distant, təhsil, Azərbaycan
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

20
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

20
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Türkiyədə epidemioloji vəziyyət

Türkiyə qaydaları sərtləşdirir: artıq günlərində də...

0
(Yenilənib 22:19 30.11.2020)
"Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq" - Ərdoğan

BAKI, 30 noyabr – Sputnik. Koronavirusa yoluxmanın artması səbəbindən  çərşənbə axşamından etibarən Türkiyədə hamam, hovuz və idman zallarının fəaliyyəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hamamlar, saunalar, hovuzlar, idman zalları çərşənbə axşamından etibarən işini dayandırır. Ticarət mərkəzlərinə məhdud sayda insanları rəqəmsal şifrə ilə buraxacaqlar. Küçələrdə insanların toplaşması da məhdudlaşdırılacaq. İş günlərində 21.00-dan 05.00-dək, eləcə də cümə axşamı 21.00-dan bazar ertəsi 05.00-dək komendant saatı tətbiq olunacaq. Dövlət müəssisələri 10-dan 16-dək işləyəcək”, - deyə Ərdoğan televiziya ilə müraciətində deyib.

“Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq. Vaksinasiya gələn aydan başlanacaq. Artıq 50 milyon doza vaksin sifariş etmişik”, - Türkiyə lideri əlavə edib.

Ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, koronavirus pandemiyası Türkiyənin bir sıra bölgələrində, eləcə də İstanbulda üçüncü pik həddinə çatıb. Son həftə ərzində koronavirusa yoluxma və COVID-19-dan ölüm faktları üzrə rekord göstəricilər bir-birini əvəzləyib.

Bu gün qardaş ölkə yenə antirekordu təzələyib - COVID-19-dan 188 xəstə ölüb. Bir gün ərzində 31219 yeni yoluxma faktı aşkarlanıb. İndiyədək Türkiyədə 13746 nəfər COVID-dən dünyasını dəyişib. 5190 xəstənin vəziyyəti ağırdır.

0
Teqlər:
komendant saatı, sərt karantin rejimi, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Türkiyə
Mövzu:
Dünyanı cənginə almış bəla