Jurnalist

Professor mətbuata səsləndi: "Hərflərimizi "yeməyin""

249
Qulu Məhərrəmli: "Çox adam "məhrum" sözünün əvəzinə "mərhum" və ya "layihə" sözünün əvəzinə "lahiyə" yazır"

BAKI, 14 okt — Sputnik. Azərbaycan dilində elə sözlər var ki, bu sözlərin yazılışı ilə deyilişi fərqlidir və çox vaxt belə sözlərin yazılışı zamanı böyük mübahisələr yaranır. AMEA Dilçilik İnstitunun keçmiş direktoru, professor Qulu Məhərrəmli Sputnik-ə açıqlamasında bəzi mətləblərə aydınlıq gətirib.

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli
© Sputnik / Murad Orujov
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli

"Dilimizdə belə sözlər çoxdur. Bu, orfoepiyadır. Məsələn, tələffüzdə "baxça" deyilir, amma yazılan zaman "bağça" yazılır. Sözün kökü bağ sözündəndir, yəni balaca yer mənasındadır. "Uşaq bağçası" da, həyətyanı "bağça" da eyni cür yazılır", — professor bildirib.

O, rəhbərlik etdiyi azleks.az saytında 10 mindən çox Azərbaycan sözünün düzgün yazılışının verildiyini qeyd edib: "Dilimizdə ənənəvi olaraq səhv yazılan sözlər var. Çox adam "məhrum" sözünün əvəzinə "mərhum" və ya "layihə" sözünün əvəzinə "lahiyə" yazır. Bu sözləri qarışıq salırlar. İnsaların çoxu sözləri tələffüz etdiyi kimi yazmağa meyllidirlər".

"Amma dilin yazı və tələffüz şəkli var. Bunlar bir-birindən fərqlənir. Elə sözlər var ki, deyildiyi kimi yazılır, amma elə sözlər var ki, onda hərflər tələffüz zamanı dəyişir. Məsələn: "quşlar" yazırıq, amma "quşdar" oxuyuruq", — ekspert vurğulayıb.

Q. Məhərrəmlinin sözlərinə görə, bəzən qaydaları nəzərə almırlar, ona görə səhvlər ortaya çıxır: "Uzun sözlər var ki, orada hərfləri "yeyirlər". "Müvəffəqiyyət", "niyyət", "cümhuriyyət" kimi sözlərdə bir "y" hərfini yazmırlar ki, bu da böyük səhvdir".

Professor hər kəsi, xüsusilə KİV nümayəndələrini ana dilimizin qayda-qanunlarına hörmətlə yanaşmağa, çətinliyə düşüldüyündə, "yola vermək" əvəzinə, lüğətlərdən istifadə etməyə səsləyib.

249
Əlaqədar
"Türk dili millətimizin birlik zəmanətidir"
Azərbaycan dilinin tədrisinin səviyyəsini yüksəltmək lazımdır
Gələcəkdə azərbaycanlılar öz dillərini başa düşəcəklərmi?
Dünya iqtisad elminin nümunəvi əsərlərinin Azərbaycan dilinə tərcüməsinə başlanıb
Azərbaycan dilinin yeni qrammatikası yazılacaq
Şıxzərli palçıq vulkanı

Alovsuz, amma güclü ecazkar: Şıxzərli vulkanının püskürmə anı - VİDEO - FOTO

139
(Yenilənib 01:39 15.01.2021)
Vulkan püskürməzdən əvvəl güclü uğultuyla "xəbərdarlıq" edib. Sonra yerin dərinliklərindən qalxan palçıq kütlələri 2.5 hektar sahəyə yayılıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. 2021-ci il 09 yanvar tarixində saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal-qərbində yerləşən Şıxzərli palçıq vulkanının püskürməsi ilə əlaqədar Ekologiya Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları ərazidə monitorinqlər aparıblar.

Bu barədə Sputnik Azərbayan-a qoruğun direktoru Ceyhun Paşayev məlumat verib.

O bildirib ki, püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərzində yerin dərinliyindən palçıq kütləsi yer səthinə püskürüb.

Püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının budəfəki püskürməsində qeydə alınmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun əməkdaşları müvafiq ölçmə işləri həyata keçiriblər.

1 / 7
Şıxzərli palçıq vulkanı

"Müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatlar şimal və şimal-qərb istiqamətində daha sıx və dərindir. Çatların orta enliliyi 0,7 metr, bəzi yerlərdə uzunluğu 150 metrə çatır. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir", - C.Paşayev bildiirb.

Direktorun sözlərinə görə, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil.

Qeyd edək ki, vulkanın aktivliyinin təhlili onu göstərir ki, o, çox aktiv palçıq vulkanıdır. Son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu, vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan Şıxzərli vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur.

139
Teqlər:
video, püskürmə, palçıq vulkanı, Qobustan
İşğaldan azad olunmuş Şuşa

Qəbul imtahanlarında yeni tip suallar olacaq

80
Məleykə Abbaszadə bildirib ki, qəbul imtahanlarında o tip suallar verməyə ixtiyarları var. Kömək üçünsə "Abituriyent-1" jurnalını oxumağı tövsiyə edib.

BAKI, 14 yanvar — Sputnik. Qəbul imtahanlarında mütləq Vətən müharibəsi ilə bağlı suallar olacaq. Suallar Tarix fənnindən olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.

O qeyd edib ki, Vətən müharibəsi ilə bağlı "Abituriyent 1" jurnalında müəyyən məqalələr çap olunacaq: "Suallar da həmin materialların əsasında hazırlanacaq. Bu, ona görədir ki, imtahanda iştirak edən şəxs o məqalədən məlumatlar əldə edə bilsin. Tarix dərsliyimizdə işğaldan azad olunan rayonların işğal tarixləri qeyd edilib. Lakin indi həmin rayonlar azaddır. Bizim qəbul imtahanında real tarix haqqında sual verməyə ixtiyarımız var. Çünki 17-18 yaşında olan şagirdlər bu tarixi yaşayıb".

80
Teqlər:
müharibə, Vətən, sual, qəbul imtahanı, imtahan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0