ELM

UNEC-də yeni standartların tətbiqinə başlayıb

© Photo : UNECUNEC tələbələri
UNEC tələbələri - Sputnik Azərbaycan
Abunə olmaq
Magistratura pilləsində aktiv dərs müddəti yeni tədris ilindən 2 semestr nəzərdə tutulub və nəzəri təlimə ayrılan həftələrin sayı 45-dən 30-a endirilib

BAKI, 11 okt — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/2017-ci tədris ilindən başlayaraq magistratura pilləsində yeni standartların tətbiqinə başlanılıb. Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yeni standartlara əsasən, UNEC-in magistratura pilləsində 15 ixtisas üzrə tədris Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə və bu sistemə qoşulan ölkələrin təcrübəsinə əsaslanaraq aparılacaq.

Nobel mükafatçısı, professor Edvard Preskott - Sputnik Azərbaycan
ELM
Nobel mükafatçısı UNEC-də olub

UNEC-in magistratura pilləsində aktiv dərs müddəti yeni tədris ilindən 2 semestr (1 il) nəzərdə tutulub və nəzəri təlimə ayrılan həftələrin sayı 45-dən 30-a endirilib. Nəzəri təlimlərin sayının azaldılmasında məqsəd magistrləri elmi-tədqiqatlara daha çox cəlb etmək, müəllimlərlə fərdi olaraq məsləhət saatını və dissertasiya işinə ayrılan vaxtı artırmaqdır. Bu, keyfiyyətli dissertasiya işinin hazırlanması üçün şərait yaradacaq.

Daha bir yenilik müxtəlif fənlər üzrə mövcud olan fərqli kreditlərin AKTS-yə uyğun olaraq, vahid kredit səviyyəsi ilə (6 kredit) əvəz edilməsidir. Bu, fənlərin eyni əhəmiyyətə malik olduğunu göstərməklə yanaşı, beynəlxalq tələbə mübadilə proqramları zamanı dərslərin və dərs kreditlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, həmçinin xarici universitetlərlə ikili diplom proqramlarının həyata keçirilməsinə imkan verəcək.

Digər bir dəyişiklik "Ali məktəb pedoqogikası" və "Ali məktəb psixologiyası" fənlərinin "İxtisasa yönəltmə-1", "İxtisasa yönəltmə-2" fənləri ilə əvəz edilməsidir. Belə ki, yeni təhsil standartlarında "Ali məktəb pedaqogikası" və "Psixologiya" fənləri "İxtisasa yönəltmə-1" fənnində birləşdirilib. Bu fənnin tədrisi zamanı magistrlər müəllimlə birlikdə dərslərdə iştirak edərək, tələbə psixologiyasını və ali məktəb pedaqoqikasını öyrənəcək, tələbələrlə çalışma, onları qiymətləndirmə metodlarına daha yaxından bələd olacaqlar. Bu da nəticədə tələbənin ali məktəb psixologiya və pedaqogikasını daha keyfiyyətli mənimsəməsinə, yalnız nəzəri deyil, eyni zamanda praktiki vərdişlərə də yiyələnməsinə kömək edəcək.

UNEC “Beynəlxalq iqtisadi və inzibati perspektivlər: Yeni regional baxışlar” mövzusunda beynəlxalq konfrans keçirib - Sputnik Azərbaycan
ELM
UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında razılaşması əldə edilib

"İxtisasa yönəltmə-2" fənni üzrə isə elmi araşdırmaların aparılma qaydaları tədris olunacaq. Magistrın dissertasiya işi ilə bağlı ən azı bir elmi məqaləsinin beynəlxalq və ya yerli elmi jurnalda, eləcə də konfransda nəşri bu fənn üzrə müvəffəqiyyət göstəricisi hesab olunacaq. Yeni qayda magistrlərdə akademik məqalə yazmaq vərdişlərini inkişaf etdirməklə, onları akademik çalışmalara daha çox cəlb edəcək.

Yeni standartlara uyğun olaraq, "İqtisad elminin tarixi və metodologiyası" fənni isə "Tədqiqat metodları" fənni kimi tədris olunacaq. Fənnin tədrisi magistrlərə tədqiqat mövzusunu müəyyən etməyə, elmi məqalə və tezislər yazmağa, akademik etika qaydalarını mənimsəməyə kömək edəcək. Eyni zamanda, tədqiqat zamanı lazımi məlumatların toplanması, təhlili yolları, müasir proqram təminatından istifadə, tədqiqatla bağlı hesabatların hazırlanması üsulları və vasitələri də tədris olunacaq.

Qeyd edək ki, magistraturanın yeni tədris standartında ixtisas və ixtisaslaşmaya ayrılan fənlər üçün 48 kredit, yəni 8 fənn müəyyən edilib. Həmin fənlər sırasından 6 fənn (36 kredit) ixtisasa daxil olan bütün ixtisaslaşmalar üçün nəzərdə tutulub. Digər iki fənn isə (12 kredit) magistr tərəfindən hər bir ixtisaslaşma üçün ayrılıqda müəyyən edilən 6 fənnin arasından seçiləcək.

Xəbər lenti
0