ADİU-nın rektoru Ədalət Muradov

Azərbaycanlı rektor Vaşinqtonda çıxış edib

71
Ədalət Muradov Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun illik toplantısına qatılıb

BAKI, 10 okt — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) Qrupunun illik toplantısında iştirak edib. Ə.Muradov toplantıya hər iki təşkilatın birgə dəvəti ilə qatılıb. UNEC-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, xüsusi proqrama uyğun olaraq, Serbiya, Bosniya və Herseqovina, El-salvador, İordaniya, Anqola, Kot d`İvuar, Myanmar, İndoneziya, Kolumbiya və Azərbaycandan dəvət olunan akademik dairənin nümayəndələri BVF-nin icraçı direktoru K.Laqard (Christine Lagarde) və Dünya Bankı Qrupunun direktoru J.Kimin (Jim Yong Kim) iştirakı ilə bir sıra müzakirələrə qatılıblar.

Nobel mükafatçısı, professor Edvard Preskott
© Photo : forum-astana.org

Oktyabrın 7-də keçirilən BVF və DB-nin illik toplantısında Ümumdünya Ticarət Təşkilatının baş katibi R.Azevedo bildirib ki, qlobal iqtisadi artım tempinin azalması ilə bərabər, ticarətdə maneələr artıb, proteksionizm güclənıb. Bununla yanaşı, inkişaf etmiş ölkələrdə iqtisadi artım qeyri-barəbər bölünüb. O bildirib ki, ilin sonuna qədər imzalanacağı gözlənilən Ticarətə Yardım Sazişi (Trade Facilitation Agreement) inkişafda olan bir sıra ölkələrin ticarət xərclərini 15 faizə qədər azaldacaq.

BVF-nin icraçı direktoru K.Laqard, BVF yaradıcılarından olan C.Keynsden (John Maynard Keynes) "bir çox hallarda çağırış yeni ideyaların inkişafından daha çox köhnə ideyalardan uzaqlaşmaqdan ibarətdir" sitatını misal gətirərək, əsas prioritet kimi "dəyişən BVF və dəyişən dünya", müasir texnologiyaların vacibliyindən danışıb. Rəqəmsal əsrə doğru inkişafı, inklüziv iqtisadi artımı təmin edən siyasəti və beynəlxalq əməkdaşlığı ön plana çəkib.

J.Kim Dünya Bankının əsas məqsədinin dünyada mütləq yoxsulluğun aradan qaldırılması olduğunu vurğulayaraq, dayanıqlı və daha yüksək artım tempinin təmin edilməsi üçün daha böyük əməkdaşlığın yaradılmasının vacibliyini qeyd edib. Eləcə də, infrastruktur layihələrinin reallaşdırılmasının davam etdirilməsinin əhəmiyyətini bildirib.

Səfər çərçivəsində bir çox müzakirələrdə iştirak edən UNEC rektoru, BVF-nin Azərbaycan üzrə missiya rəhbəri Məhəmməd Əl Qorçi ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar haqqında ətraflı məlumat verilib. M.Qorçi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. Müzakirələr zamanı BVF-nin elektron kitabxanasına sərbəst çıxış imkanlarının yaradılması, BVF ilə UNEC-in birgə tədqiqatlar aparması, konfrans, seminar və dəyirmi masaların təşkili təklif edilib.

71
Teqlər:
Vaşinqton, ABŞ, Ədalət Muradov, UNEC, Azərbaycan Dövlət İqtisad Universiteti
Əlaqədar
UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında razılaşması əldə edilib
Prezident təqaüdünə layiq görülən UNEC tələbələrinin sayı artıb
UNEC-də tələbə-mentorlar fəaliyyətə başlayacaq
UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinə keçid balı 601 olub
UNEC sənəd qəbulunun müddətini uzatdı
UNEC-də yeni meqa fakültə yaradılıb
Tarix dərslikləri, arxiv şəkli

Qələbəmizdən sonra dərsliklərimiz belə dəyişəcək

26
(Yenilənib 12:10 27.11.2020)
"Dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Son günlərin ən çox  müzakirə edilən mövzularından biri də Qarabağda qazandığımız zəfərin dərsliklərdə öz əksini tapması ilə bağlıdır. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənsə də, dərsliklərdə Azərbaycanın şanlı döyüş salnaməsinin necə öz əksini tapacağına dair rəsmi fikir yoxdur. Sputnik Azərbaycan dərsliklərdə müharibə və qələbə mövzusunun necə və nə vaxtdan əks olunacağını araşdırıb. Mövzunu araşdırmazdan öncə qeyd edək ki, Azərbaycanda orta ümumtəhsil müəssisələrində "Qarabağ tarixi" dərsliyi ayrıca tədris olunur. Həmin dərsliyin Qarabağ işğaldan azad olunduqdan sonra dəyişdirilməsinə xüsusi ehtiyac olduğundan, Sputnik Azərbaycan 7-ci sinif "Qarabağ tarixi" dərsliyinin həmmüəllifi, elmlər doktoru Qasım Hacıyevlə söhbətləşib.

Q.Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Quruçay mədəniyyəti dövründən başlayaraq Qarabağla bağlı mövzular yığcam şəkildə hazırlanaraq çap edilib: “Burada Qarabağın xəritədə yerləşdiyi ərazilər, təbiəti, tarixi abidələr və ən mühüm hadisələrin şəkilləri verilib”. Onun sözlərinə görə, ilk çap edilən "Qarabağ tarixi" dərsliyi 90 min nüsxə, ikinci nəşrində 130 min Azərbaycan, 13 min rus bölməsi üçün çap olunub: “Dərslik ikinci dəfə dəyişildikdə, 2019-cu ildə aprel döyüşləri, Cocuq Mərcanlının bərpası əlavə olunub. Qeyd edim ki, Nadir şahdan bu günə Azərbaycanın işğal olunmuş bir qarış torpağı belə azad edilməyib. Ona görə də, bu tarixi zəfərə bütün dərsliklərdə, xüsusən də tarix dərsliklərində ayrıca yer verilməldiir. Bizə rayonlarımızın işğal tarixi, azad olunma tarixi, toponimlər məlumdur. Amma dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın döyüş tarixində ən şərəfli hadisədir. Qarabağın azadlığa çıxması xalqımız üçün fəxredici tarixdir. Qarabağın işğaldan azad edilməsi həyatımızın bütün sahələrinə - siyasi, iqtisadi, sosial və mədəni sahələrinə təsir edir. Ona görə də nəinki tarix, ictimai və humanitar fənlərə aid olan orta və ali məktəb dərsliklərində bu hadisələr əksini tapmalıdır. Çünki qeyd etdiyim kimi, bizim qələbəmiz xalqımızın, dövlətçiliyimizin tarixində mühüm hadisədir”.

Tarix fənni ilə bağlı əlavə vəsaitlərin müəllifi Hamlet Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumilikdə tarix fənni ilə bağlı konsepsiya hazırlanmalıdır: “Bizə tarixin mahiyyəti öyrədilməlidir. Təəssüf ki, sovet təhsil ideologiyası qalmaqdadır. Hazırda Ümumi tarix və Azərbaycan tarixi keçirilir. Amma elm olaraq vahid tarix elmi var. Ona görə də düşünürəm ki, tarix elm şəklində öyrədilməlidir. Türkiyədə İnqilab tarixi var. Aşağı sinifdən tədris edilir. Bizdə də  5-ci siniflərdə Azərbaycan tarixi qalmalıdır. 6-11 siniflərdə tarix elmi vahid şəkildə keçirilməlidir. 10-11-ci siniflərdə isə tarix dərsliyindən başqa, Vətən tarixi adlı dərslik nəşr olunaraq tədris edilməlidir”.

Həmsöhbətimiz deyir ki, tarix dərslikləri baş verən tarixi hadisələrlə bağlı müəyyən dövrdən bir dəyişdirilir, əlavələr edilir: “Məsələn, 10 il əvvəl çap olunan tarix dərsliyində Mübariz İbrahimovla bağlı məlumat yox idi. Amma son nəşrlərdə Aprel döyüşü, Mübariz İbrahimovla bağlı məlumatlar daxil olub. Qələbəmiz, Qarabağın işğaldan azad olunması da müəyyən paraqraflarla dərsliklərə əlavə oluna bilər. Qarabağ tarixi dərsliyinin əlavə çap olunması torpaqlarımız işğalda olduğu dövrlər üçün aktual idi. Qarabağı unutmamaq, torpaqlarımızın işğalda olması barədə dərsliklərdə ayrı-ayrı paraqraflarda tədris olunur. Qarabağla bağlı dərsliklərdə məlumatlar var. Amma artıq torpaqlarımız işğaldan azad edilib. Düşünürəm ki, Qarabağ tarixini ayrıca çap etməyə daha ehtiyac qalmır”.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın qələbəsi, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərə salınacaq. C.Valehov hələki bu dəyişikliyin hansı dərsliklərdə aparılacağı və sair məsələlərin tam dəqiqləşmədiyini söylədi: “Sosial şəbəkələrdə yazırlar ki, Tarix dərsliyinin üzərinə müharibədə qəhrəmanlıq edən topçunun şəkli vurulacaq. Qeyd edim ki, bunlar qeyri-rəsmi məlumatlardır. Hansı qəhrəmanımızın şəklinin harada olacağı barədə indidən qəti fikir söyləmək olmaz. Onların hər biri bizim üçün qəhrəmandır. Amma dərsliklərə müharibə tariximizlə bağlı nələrin əlavə ediləcəyi barədə müzakirə aparıldıqdan sonra qərar veriləcək. Müharibədə zəfər çalmağımız, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərimizdə yer alacaq”. 

26
Teqlər:
Salnamə, Azərbaycan, döyüş, Qarabağ, dərslik, qələbə
Süni intellekt, arxiv şəkli

Süni intellekt Parkinson xəstəliyini müəyyən edə biləcək

25
(Yenilənib 19:31 25.11.2020)
Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

BAKI, 25 noyabr — Sputnik. ABŞ-ın Florida Universitetinin alimləri Parkinson xəstəliyini erkən mərhələdə təyin edə bilən, süni zəka sistemi yaradıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Şimali Amerika Radioloji Cəmiyyətinin konfransının materiallarına görə, müayinələr xəstənin göz dibinin şəkli əsasında aparılacaq.

Qeyd edək ki, Parkinson xəstəliyi beyində dopamin istehsal edən neyronların zədələnməsi və ölümü ilə əlaqələndirilir. Bir qayda olaraq, əzaların titrəməsi, məhdud hərəkət və qeyri-sabit yeriş kimi görünən simptomlar başladıqdan sonra aşkar edilir. Yeni tətqiqatlara görə isə, xəstəliyin varlığı daha əvvəl müəyyən edilə bilər. Alimlərin fikrincə, Parkinson xəstəliyi zamanı xəstənin gözündə retinanın kiçik kapilyarlarında anormallıqlar müşahidə edilir.

Süni intellekt həm sağlam insanların, həm də xəstələrin bir neçə yüz fotoşəklini təhlil edib. Araşdırma zamanı müəyyən edilib ki, sistem patoloji dəyişiklik əlamətləri olan şəkilləri müəyyənləşdirə bilir.

Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

Parkinson xəstəliyinin erkən aşkarlanması və müalicənin erkən başlanması xəstəliyin inkişafını ləngidəcək.

25
Teqlər:
ABŞ, Xəstəlik, Parkinson, süni intellekt, alimlər
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

0
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

0