UNEC “Beynəlxalq iqtisadi və inzibati perspektivlər: Yeni regional baxışlar” mövzusunda beynəlxalq konfrans keçirib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında razılaşması əldə edilib

30
Bakıda 12 ölkənin 54 universitetindən 187 nümayəndənin qatıldığı konfrans keçirilib

BAKI, 29 sen — Sputnik. Sentyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Beynəlxalq iqtisadi və inzibati perspektivlər: Yeni regional baxışlar" mövzusunda beynəlxalq konfrans keçirilib. UNEC-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, UNEC və Türkiyənin Süleyman Dəmirəl Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunub. Beynəlxalq tədbirə 12 ölkənin 54 universitetindən 187 nümayəndə heyəti qatılıb.

Konfransı giriş sözü ilə açan UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illik tarixinə qısa nəzər salaraq, bu dövr ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb: "Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Ölkəmizin gələcək iqtisadi inkişafı qeyri-neft sektoru ilə sıx bağlıdır. Qeyri-neft ixracını artırmaq üçün qlobal bazarların təsirləri nəzərə alınmalı, ölkənin real istehsal gücü əsas götürülməlidir".

  • UNEC “Beynəlxalq iqtisadi və inzibati perspektivlər: Yeni regional baxışlar” mövzusunda beynəlxalq konfrans keçirib
    UNEC “Beynəlxalq iqtisadi və inzibati perspektivlər: Yeni regional baxışlar” mövzusunda beynəlxalq konfrans keçirib
    © Photo : UNEC

1 / 3
© Photo : UNEC
UNEC “Beynəlxalq iqtisadi və inzibati perspektivlər: Yeni regional baxışlar” mövzusunda beynəlxalq konfrans keçirib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə müstəqilliyin bərpasından ötən 25 il ərzində ölkə iqtisadiyyatının keçdiyi yoldan və qazanılan uğurlardan danışıb: "Belə bir möhtəşəm tədbirin UNEC-də keçirilməsi İqtisad Universitetinin əldə etdiyi uğurların nəticəsidir. Dünyanın 54 universitetinin nümayəndələrinin UNEC-də bir araya gəlməsi ölkənin milli maraqları ilə yanaşı, beynəlxalq maraqlara da cavab verir".

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov məzunu olduğunu İqtisad Universitetinin dünyanın nüfuzlu beynəlxalq elmi konfransına ev sahibliyi etməsini yüksək qiymətləndirib.

Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazgan Azərbaycan-Türkiyə münasibətlərinin sürətli və hərtərəfli inkişafında iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın iş adamlarının ali məktəblərlə sıx əməkdaşlıq etməsinin vacibliyindən, professor-müəllim heyətinin əhatəsində olmağının rolundan danışıb. Universitet mühitindən uzaq olan iş adamının öz çərçivəsindən kənara çıxa bilməyəcəyini vurğulayıb.

Beynəlxalq konfrans çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türkiyənin Süleyman Dəmirəl Universiteti arasında magistratura pilləsində ikili diplom razılaşması əldə edilib. Qeyd edək ki, konfransın Elm Komitəsi tərəfindən seçilmiş elmi işlərin məruzəsi və müzakirəsi panel və seksiyalarda davam edib. 30-dan artıq seksiyada 200-ə yaxın elmi məqalənin məruzəsi və müzakirəsinin keçiriləcəyi nəzərdə tutulub. Tədbirdə bir çox nüfuzlu elmi konfransların UNEC-də keçirilməsi təklifi irəli sürülüb. Tədbir sentyabrın 30-a kimi davam edəcək.

30
Teqlər:
Süleyman Dəmirəl Universiteti, diplom, razılaşma, Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC, konfrans
Əlaqədar
Prezident təqaüdünə layiq görülən UNEC tələbələrinin sayı artıb
UNEC-də tələbə-mentorlar fəaliyyətə başlayacaq
UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinə keçid balı 601 olub
UNEC sənəd qəbulunun müddətini uzatdı
UNEC-də yeni meqa fakültə yaradılıb
UNEC tələbələrindən Bakıda möhtəşəm məzun günü