BAKI, 27 sen — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Lider müəllim-Lider universitet" layihəsinə start verilib. Azərbaycan Dövlət İqtisad Universitetininin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, layihənin əsas məqsədi UNEC-in professor-müəllim heyətinin peşəkarlıq qabiliyyətinin daha da yüksəldilməsi, onların elmi tədqiqata, şəxsi inkişafa, sosial fəaliyyətə, işgüzar əlaqələrə olan marağının artırılmasından ibarətdir.
Layihəyə uyğun olaraq pedoqoji heyət arasında "Lider müəllim — innovativ müəllim", "Lider müəllim — peşəkar müəllim", "Lider müəllim — tədqiqatçi müəllim", "Lider müəllim — sevimli müəllim", "Lider müəllim — təşəbbüskar müəllim", "Lider müəllim — ixtiraçi müəllim" və "Lider müəllim — özünü inkişaf etdirən müəllim" kriteriyaları üzrə müsabiqə keçiriləcək.
"Lider müəllim — innovativ müəllim" və "Lider müəllim — təşəbbüskar müəllim" üzrə qiymətləndirməni beş nəfərdən ibarət komissiya müəyyən edəcək. Onlar müsabiqədə iştirak edən müəllimə əvvəlcədən xəbər vermədən 4 dərsdə (2 mühazirə 2 məşğələ olmaqla) iştirak edərək, meyarlar üzrə qiymətləndirmə aparacaq. Müsabiqənin yekununda ən yüksək nəticə göstərən müəllimlərin balları eyni olarsa, o zaman Differensial əmək haqqı sistemindəki "Tələbə Məmnunluq Anketini"ndə daha yüksək bal alan şəxs qalib seçiləcək.
"Lider müəllim — innovativ müəllim" kriteriyasının qiymətləndirmə meyarları innovativ tədris metodlarından istifadə, Elektron Universitet Modelindən yararlanma və tədris resurslarının yenilənmə səviyyəsinə görə 10 ballıq sistemlə aparılacaq. "Lider müəllim — təşəbbüskar müəllim" kriteriyası isə tədris prosesinin təkmilləşdirilməsi, işgüzar və ictimaiyyətlə əlaqələrinin inkişafı, eyni zamanda idman və sosial mövzuda layihələrin həyata keçirilməsi ilə bağlı təşəbbüsün sayına görə qiymətləndiriləcək.
Digər 5 kriteriya isə UNEC-də tətbiq edilən professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin müvafiq bölmələrinin nəticələrinə əsaslanaraq aparılacaq.
Qeyd edək ki, müsabiqədə iştirak könüllülük əsasında aparılacaq. İştirak etmək istəyənlər üçün unec.edu.az saytında elektron ərizə forması yerləşdiriləcək. Komissiya daxil olan esseləri qiymətləndirərək, müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirəcək. Sonra müsabiqəyə qatılan müəllimlərin siyahısı elan ediləcək. Müsabiqə 2017-ci il iyunun 30-dək davam edəcək.
İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 14 yanvar — Sputnik. 2021-ci il 09 yanvar tarixində saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal-qərbində yerləşən Şıxzərli palçıq vulkanının püskürməsi ilə əlaqədar Ekologiya Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları ərazidə monitorinqlər aparıblar.
Bu barədə Sputnik Azərbayan-a qoruğun direktoru Ceyhun Paşayev məlumat verib.
O bildirib ki, püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərzində yerin dərinliyindən palçıq kütləsi yer səthinə püskürüb.
Püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının budəfəki püskürməsində qeydə alınmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun əməkdaşları müvafiq ölçmə işləri həyata keçiriblər.
"Müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatlar şimal və şimal-qərb istiqamətində daha sıx və dərindir. Çatların orta enliliyi 0,7 metr, bəzi yerlərdə uzunluğu 150 metrə çatır. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir", - C.Paşayev bildiirb.
Direktorun sözlərinə görə, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil.
Qeyd edək ki, vulkanın aktivliyinin təhlili onu göstərir ki, o, çox aktiv palçıq vulkanıdır. Son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu, vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan Şıxzərli vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur.
BAKI, 14 yanvar — Sputnik. Qəbul imtahanlarında mütləq Vətən müharibəsi ilə bağlı suallar olacaq. Suallar Tarix fənnindən olacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.
O qeyd edib ki, Vətən müharibəsi ilə bağlı "Abituriyent 1" jurnalında müəyyən məqalələr çap olunacaq: "Suallar da həmin materialların əsasında hazırlanacaq. Bu, ona görədir ki, imtahanda iştirak edən şəxs o məqalədən məlumatlar əldə edə bilsin. Tarix dərsliyimizdə işğaldan azad olunan rayonların işğal tarixləri qeyd edilib. Lakin indi həmin rayonlar azaddır. Bizim qəbul imtahanında real tarix haqqında sual verməyə ixtiyarımız var. Çünki 17-18 yaşında olan şagirdlər bu tarixi yaşayıb".
BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.