Antarktidada buz piramidalar

Antarktidada qədim sivilizasiyaya aid piramidalar tapıldı

3222
Alimlərin fikrincə, buz materikində tapılan piramidalar qədim sivilizasiyaya aid insanlar tərəfindən yaradılıb.

BAKI, 25 sen-Sputnik. Buz materiki — Antarktida alimləri yeni sürprizlə qarşılayıb.

Sputnik xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər Antarktidadakı çoxəsrlik buzlaqların altında təbiət tərəfindən yaradılması mümkün olmayan piramidalar tapıblar.

Bu üç qədim piramidanın təbiət abidəsi olduğunu heç bir şəkildə iddia etmək olmaz. Bu sensasiyalı tapıntını materikə ekspedisiya təşkil edən səkkizi Amerika tədqiqatçıları olmaqla bir neçə Avropa ölkələrindən olan alimlərdən ibarət qrup əldə edib.

Alimlərin sözlərinə görə, piramidalardan biri sahil xəttində yerləşir, digər ikisi isə sahildən 16 km uzaqlıqdadır.

Mütəxəssislər hesab edirlər ki, Antarktidada nə vaxtsa qədim sivilizasiyaya aid insanlar yaşayıblar. Bununla yanaşı, bu ərazilər sıx meşəliklərlə örtülü olub.

Araşdırmalar davam edəcək. Alimlər artıq Antarktidadakı bu piramidalara yeni ekspedisiya təşkil etməyə hazırlaşırlar.

3222
Teqlər:
alimlər, Avropa, Amerika, piramida, buz, Antarktida
Əlaqədar
Sensasiya: alimlər ölüləri diriltməyə hazırlaşırlar
Britaniyalı alimlər eksperiment apardılar, nəticələr inanılmaz oldu
Buz dövrü yaxınlaşır
Yeni buz dövrü gəlir
NASA Marsda nəhəng buz kütləsi aşkarlayıb
 Distant təhsil, arxiv şəkli

"Virtual məktəb" platformasından yenilik: Azərbaycan dilində fəaliyyət göstərəcək

33
(Yenilənib 18:05 28.10.2020)
"Noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Noyabrın 2-dən etibarən "Virtual məktəb" platforması Azərbaycan dilində fəaliyyət göstərəcək. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova verib. O bildirib ki, bu həftə həmin məsələ ictimaiyyətə elan ediləcək:

"Biz bununla bağlı hələ yayda açıqlama vermişdik ki, oktyabr ayında "Virtual məktəb" platformasının ana dilində istifadəsi mümkün olacaq. Qeyd edim ki, "Virtual məktəb" platformasından türk dilində istifadə mümkün idi. Amma rus dilində təhsil alan şagirdlər türk dili ilə bağlı müəyyən problem yaşayırdılar. Artıq noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər".

Xatırladaq ki, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov brifinqlərin birində "Microsoft Teams" platformasının Azərbaycan dilinə tərcümə olunmasını diqqətə çatdırmışdı. O bildirmişdi ki, bununla bağlı "Microsoft Teams" şirkətinə müraciət edilib və artıq tərcümə prosesi gedir. Yay aylarında isə şirkət tərəfindən 30 min istifadəçiyə proqramdan istifadə qaydaları ilə bağlı təlim keçilib.

33
Əlaqədar
Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb
Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU
Təki oxumağa istək olsun: "Virtual məktəb"ə direktorlar da nəzarət edəcək
Məktəbdə

İşğaldan azad edilən yurdlarımızla bağlı məktəblilərə ətraflı məlumat veriləcək

12
(Yenilənib 14:44 28.10.2020)
Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında "məktəb bülletenləri"nin hazırlanması nəzərdə tutulur.

BAKI, 28 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında "məktəb bülletenləri"nin hazırlanması nəzərdə tutulur.

Sputnik Azərbaycan-a İdarədən verilən məlumatda bildirilir ki, bununla bağlı BŞTİ-nin tabeliyindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib. "Məktəb bülletenləri"nin hazırlanmasında əsas məqsəd uşaq və gənclərdə milli vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyini artırmaq, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, işğaldan azad olunan ərazilərimiz haqqında şagirdləri məlumatlandırmaq və Qarabağın tarixi ilə bağlı məktəbliləri maarifləndirməkdən ibarətdir.

Məktəblərdə tədris prosesi bərpa olunduqdan sonra hazırlanacaq bülletenlərdə şanlı ordumuzun şücaəti sayəsində erməni işğalçılarından azad olunan rayon və şəhərlər, həmçinin strateji əhəmiyyətli yüksəkliklər barədə məlumatlar və şəkillərin dərc olunması nəzərdə tutulur. Dərgidə 30 ilə yaxın bir müddətdə işğal altında olan rayon və şəhərlərin tarixi, ərazisi, əhalisi, milli-mənəvi sərvətləri, maddi-mədəniyyət abidələri barədə müəyyən məlumatlar əksini tapacaq.

Qeyd edək ki, Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda döyüşür, dövlətimizin zəfər tarixini yazır. İşğalçı Ermənistanın təxribatına layiqli cavab verən rəşadətli Azərbaycan Ordusu düşmənə öz yerini göstərir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına əminik.

12
Əlaqədar
Yüzdən çox məktəb Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaytarılacaq
Azərbaycanda 30 məktəb koronavirusa görə distant təhsilə keçirilib
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0