Orta məktəb şagirdləri dərs zamanı

Dərslərin başlaması üçün ən ideal saat bəlli oldu

7039
Alimlər belə qənaətə gəliblər ki, uşaq və gəncləri tezdən oyadıb dərsə göndərmək təhsil prosesində əks effekt verir

BAKI, 22 sen — Sputnik. Oksford Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər ki, əgər məktəblilər dərsə hazırda tətbiq edilən vaxtdan bir qədər sonra getsələr, onların dərsi qavrama qabiliyyətləri və dərs fəallığı əhəmiyyətli dərəcədə artar.

Universitetin professoru və universitet nəzdindəki məktəblərdən birinin direktoru olan Pola Kelli bildirib ki, əgər şagird və tələbələrə səhərlər kifayət qədər yatmaq imkanı verilsə, onlar məşğələlərdə yüksək nəticə göstərə bilərlər: "Uşaq və gəncləri tezdən oyadıb dərsə göndərmək təhsil prosesində əks effekt verir".

O, qeyd edib ki, məktəb məşğələləri səhər saat 10-dan tez başlamamalıdır. Tələbələrə gəlincə, alimin fikrincə, onların dərsləri hətta daha gec — səhər saat 11-də başlamalıdır.

Oksfordlu alimlər Britaniya məktəblərində eksperiment aparıblar. Onlar aydınlaşdırıblar ki, saat 08:30 və ondan daha tez dərsə başlayan 10 yaşlı məktəblilər məşğələlərə çox böyük çətinliklə diqqət edirlər.

Mütəxəssislər bildiriblər ki, 16 yaşlı şagirdlər saat 10:00-a qədər olan informasiyaları normal qavraya və yadda saxlaya bilmirlər: "Buna səbəb səhərin erkən saatlarında beyinin fəallığının zəif olmasıdır".

"Beyinin öz funksiyasını normal bərpa etməsi və diqqətin normaya düşməsi vaxtı əksər uşaq və gənclər üçün məhz səhər saat 10:00-dan sonradır", — mütəxəssislər bildirirlər.

Eksperimentlər nəticəsində o da məlum olub ki, saat 10:00-dan sonra başlayan məşğələlərdə şagirdlərin orta qavrama və diqqət göstəriciləri 19 faiz artır.

7039
Teqlər:
saat, dərs, tədris, məktəb, araşdırma, Oksford Universiteti
Əlaqədar
Azərbaycanda yeni dərs ilinə start verilib
Yeni dərs ilinə hazırlıqlar necə gedir?
"Azərbaycanda din dərsləri tədris olunsa, fanatların sayı çoxalacaq"
"Azərbaycan mediası müəllimləri şagirdlərin gözündən salıb"
Min nəfərə yaxın şagird imtahana gəlməyib
Şıxzərli palçıq vulkanı

Alovsuz, amma güclü ecazkar: Şıxzərli vulkanının püskürmə anı - VİDEO - FOTO

136
(Yenilənib 01:39 15.01.2021)
Vulkan püskürməzdən əvvəl güclü uğultuyla "xəbərdarlıq" edib. Sonra yerin dərinliklərindən qalxan palçıq kütlələri 2.5 hektar sahəyə yayılıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. 2021-ci il 09 yanvar tarixində saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal-qərbində yerləşən Şıxzərli palçıq vulkanının püskürməsi ilə əlaqədar Ekologiya Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları ərazidə monitorinqlər aparıblar.

Bu barədə Sputnik Azərbayan-a qoruğun direktoru Ceyhun Paşayev məlumat verib.

O bildirib ki, püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərzində yerin dərinliyindən palçıq kütləsi yer səthinə püskürüb.

Püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının budəfəki püskürməsində qeydə alınmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun əməkdaşları müvafiq ölçmə işləri həyata keçiriblər.

1 / 7
Şıxzərli palçıq vulkanı

"Müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatlar şimal və şimal-qərb istiqamətində daha sıx və dərindir. Çatların orta enliliyi 0,7 metr, bəzi yerlərdə uzunluğu 150 metrə çatır. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir", - C.Paşayev bildiirb.

Direktorun sözlərinə görə, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil.

Qeyd edək ki, vulkanın aktivliyinin təhlili onu göstərir ki, o, çox aktiv palçıq vulkanıdır. Son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu, vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan Şıxzərli vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur.

136
Teqlər:
video, püskürmə, palçıq vulkanı, Qobustan
İşğaldan azad olunmuş Şuşa

Qəbul imtahanlarında yeni tip suallar olacaq

80
Məleykə Abbaszadə bildirib ki, qəbul imtahanlarında o tip suallar verməyə ixtiyarları var. Kömək üçünsə "Abituriyent-1" jurnalını oxumağı tövsiyə edib.

BAKI, 14 yanvar — Sputnik. Qəbul imtahanlarında mütləq Vətən müharibəsi ilə bağlı suallar olacaq. Suallar Tarix fənnindən olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.

O qeyd edib ki, Vətən müharibəsi ilə bağlı "Abituriyent 1" jurnalında müəyyən məqalələr çap olunacaq: "Suallar da həmin materialların əsasında hazırlanacaq. Bu, ona görədir ki, imtahanda iştirak edən şəxs o məqalədən məlumatlar əldə edə bilsin. Tarix dərsliyimizdə işğaldan azad olunan rayonların işğal tarixləri qeyd edilib. Lakin indi həmin rayonlar azaddır. Bizim qəbul imtahanında real tarix haqqında sual verməyə ixtiyarımız var. Çünki 17-18 yaşında olan şagirdlər bu tarixi yaşayıb".

80
Teqlər:
müharibə, Vətən, sual, qəbul imtahanı, imtahan

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0