ELM

Yadplanetlilər bu şəkillərlə bizə nə demək istəyiblər?

НЛО
НЛО - Sputnik Azərbaycan
Abunə olmaq
Arxeoloqlar yadplanetlilərin çəkdiyi rəsmlərin sirlərini açmağa çalışırlar. Onlar Konço daşının üzərindəki simvollarla nəyə işarə etmişdilər?

BAKI, 15 sen — Sputnik. Şotlandiyanın Qlazqo Universitetinin alimləri bəyan ediblər ki, 1887-ci ildə bir fermer tərəfindən tapılmış sirli plitələrin sirrini açmağa çalışırlar. 

Konço daşı adını almış bu daşın ölçüsü 9x18 metrdir. Onun üzərində müxtəlif dairələr, ziqzaqlar, nöqtələr və digər elementlər həkk edilib. Bu naməlum simvollar onların yad planetlilər tərəfindən çəkildiyi barədə mülahizəyə gətirib çıxarıb. 

Tədqiqatçılar hətta müəyyən ediblər ki, bu,  təxminən 5 min il əvvəl plitənin tapıldığı yerdə olmuş yad planetlilərin çəkdiyi ulduz səmasının xəritəsi də ola bilər.  O variant da istisna deyil ki, bu qeyri-adi işarələrdən qədim insanlar da istifadə edə bilərdi. 

1965-ci ildə gələcək nəsillərin onun sirrini aça bilməsi üçün Konço daşını basdırmaq qərarına gəliblər.  Hazırda şotland alimləri Konço daşının 3D versiyasını hazırlamağı və onun üzərindəki rəsmləri xüsusi kompüter proqramlarının köməyi ilə açmağı planlaşdırırlar. Onlar əmindirlər ki, tezliklə Konço daşının üzərində həkk olunmuş simvolların mənasını açacaqlar.

© dailymail.co.ukKonço daşı
Konço daşı - Sputnik Azərbaycan
Konço daşı
 

Xəbər lenti
0