Lənkəran Dövlət Universitetinin 2-ci tədris korpusu

Lənkəran Dövlət Universitetinin ikinci korpusunun açılışı olub

250
(Yenilənib 18:43 15.09.2016)
Beş mərtəbədən ibarət olan binada 1600 nəfər tələbənin təhsil alması nəzərdə tutulub

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 15 sen — Sputnik. Bu gün Lənkəran Dövlət Universitetinin humanitar və təbiət elmləri fakültələrinin tələbələri üçün nəzərdə tutulan ikinci inzibati binanın açılışı olub. Sputnik-in bölgə müxbiri xəbər verir ki, bu münasibətlə təşkil edilən tədbirdə Təhsil Nazirliyinin, Rayon İcra Hakimiyyətinin rəmiləri, müəllimlər, tələbələr və valideynlər iştirak ediblər.

Tələbə
© Sputnik / Kirill Kallinikov

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov və digərləri çıxış edib tələbələrə yeni tədris ilində uğurlar diləyiblər. Sonra isə Lənkəran Dövlət Universitetinə bu il qəbul olunan tələbələrə tələbə biletləri təqdim edilib. Ardınca tədris binasının açılışı baş tutub.

Qeyd edək ki, 5 mərtəbədən ibarət olan binada 1600 nəfər tələbənin təhsil alması nəzərdə tutulub. Hər mərtəbədə 5 mühazirə auditoriyası olacaq. Bundan əlavə, tədris binası müasir təlim texnologiya standartlarına cavab verən avandanlıqlarla təmin edilib.

2-ci korpusda fizika, kimya laboratoriyaları, 2 kompüter otağı, iki elektron lövhə, elektron kitabxana, tarix və coğrafiya fənn kabinələri var. Məlumat üçün bildirək ki, gələcəkdə binanın həyətində 100 kubmetrlik su anbarı, qazanxana və yeməkxananın tikilməsi nəzərdə tutulub.

250
Teqlər:
korpus, Lənkəran Dövlət Universiteti, fakültə, bina, açılış mərasimi
Əlaqədar
"Multikulturalizm" adlı fənn artıq bütün universitetlərdə tədris ediləcək
Qafqaz Universitetinin adı dəyişdirildi
Özəl universitetlərin başı üzərində "qara buludlar"
Bakı Slavyan Universitetinin rektoru: Bunlar mənə qarşı sifarişdir
UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib