İlham Əliyev Bakıdakı 311 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib

İlham Əliyev Bakıda orta məktəbin yeni binasının açılışında iştirak edib

143
(Yenilənib 12:37 15.09.2016)
Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşüb

BAKI, 15 sen — Sputnik. Prezident İlham Əliyev sentyabrın 15-də — Bilik günündə Bakının Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib. Sputnik xəbər verir ki, dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Azərbaycan Prezidentinə məlumat verib. Qeyd edilib ki, 960 şagird yerlik üçmərtəbəli məktəbdə tədris iki növbədə aparılacaq.

1 / 5
İlham Əliyev Bakıdakı 311 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

143
Teqlər:
311 nömrəli tam orta məktəb, açılış, 15 sentyabr, dərs, məktəb, İlham Əliyev
Əlaqədar
Müdafiə naziri hərbi məktəbdə olub
Prezident Xətai rayonundakı 261 və 58 nömrəli məktəblərdə olub
Bu gün uşaqların məktəbə hazırlanması aktual və bahalı prosesdir
Prezident ən yaxşı məktəb və ən yaxşı müəllim mükafatlarını ləğv etdi