Микаил Джаббаров, министр образования Азербайджана

Azərbaycanda aşağı siniflərdə imtahanlar keçirilə bilər

1306
Bunu Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov bəyan edib.

BAKI, 14 sen — Sputnik. “Azərbaycanda buraxılış imtahanları yalnız X və XI siniflərdə keçirilir. Daha erkən siniflərdə qiymətləndirmənin keçirilməsi şagirdlərin zəruri fənlər üzrə nəticələrini yaxşılaşdırmağa imkan verəcək”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, bu il Təhsil Nazirliyində şagirdlərin biliklərinin qiymətləndirilməsinin daha erkən siniflərdə keçirilməsi məsələsi müzakirə edilib:

“Təhsil Nazirliyi tərəfindən Təhsil Problemləri İnstitutu qarşısında bu məsələ ilə bağlı vəzifə qoyulub. Hazırda beynəlxalq təcrübə araşdırılır. Digər tərəfdən ötən tədris ilinin sonunda Dövlət İmtahan Mərkəzi ilə işçi səviyyədə müzakirələr aparılıb. Müzakirələrdə bu qənaətə gəlinib ki, belə bir qiymətləndirmənin aparılması imkanları mövcuddur. Amma biz yeni tədris ili üçün bu qərarı vermirik. Belə həlledici qərarlar verilməmişdən öncə ekspertlər tərəfindən araşdırmalar aparılmalı, beynəlxalq təcrübənin öyrənilməsi başa çatdırılmalıdır”, — deyə o vurğulayıb.

1306
Dərsliklər, arxiv şəkli

Nazirlikdən dərsliklərdə erməni bayrağı iddiasına cavab

38
(Yenilənib 16:44 21.09.2020)
Sosial şəbəkələrdə yayılmış erməni bayrağının rənglərinin əks olunduğu iddia edilən kitabların heç biri dərslik deyil və Təhsil Nazirliyi tərəfindən nəşr edilməyib

BAKI, 21 sentyabr — Sputnik. Təhsil Nazirliyi dərslikdə erməni bayrağının rənglərinin olması iddiası ilə bağlı açıqlama yayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış erməni bayrağının rənglərinin əks olunduğu iddia edilən kitabların heç biri dərslik deyil və Təhsil Nazirliyi tərəfindən nəşr edilməyib.

Təhsil Nazirliyinin məktəblər üçün nəşr etdirdiyi bütün dərsliklərlə www.trims.edu.az saytının "Qrifli dərsliklər" bölməsində tanış olmaq mümkündür. Təhsil sahəsi və dərsliklər ictimaiyyətin daim maraq dairəsində olduğundan bəzi maraqlı şəxslər vaxtaşırı olaraq belə köhnəlmiş və ya uydurma məlumatları yaymaqla insanlar arasında süni ajiotaj və narazılıq yaratmağa cəhd edirlər. Çünki bir çox insanlar yayılan xəbəri araşdırmadan onu mütləq həqiqət kimi qəbul edirlər. Təhsil Nazirliyi geniş ictimaiyyətdən dərsliklər barədə yayılan xəbərlərin doğruluğunu www.trims.edu.az saytı vasitəsilə yoxlamağı xahiş edir.

İstənilən kitab nəşriyyat məhsulu hesab edilir və onun hazırlanması zamanı mövcud qanunvericiliyə əsasən, nəşr üçün nəzərdə tutulmuş materialların senzurasına yol verilmir. Hər bir hüquqi və ya fiziki şəxs nəşriyyat məhsulunun sifarişçisi ola bilər.

38
Teqlər:
açıqlama, Təhsil Nazirliyi, rəng, bayraq, Ermənistan, Azərbaycan, tarix, dərslik
5G K9 robotu, arxiv şəkli

Robotlar insanlar üçün niyə qorxuludur - alimlərdən ilginc cavab

587
(Yenilənib 20:47 20.09.2020)
Alimlər qeyd ediblər ki, üzləri qavrama qabiliyyəti psixologiya üçün son dərəcə vacibdir. Autizmdə və bəzi xəstəliklərdə bu, yox olur və bu sahədə aparılan yeni araşdırmalar effektiv terapiyanın yolunu müəyyən edə bilər.

BAKI, 20 sentyabr — Sputnik. Emori Universitetinin psixoloqları insanların robotlardan qorxma səbəblərini müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hələ 1970-ci illərdən insanabənzər "canlı" modellərin müşahidəçilərdə xoş olmayan hisslər yaratdığı nəzərə çarpmışdı.

Bu hal "şər vadilər effekti" adlanırdı. Yeni araşdırmanın müəllifləri bunun səbəblərini müəyyən etməyə çalışıblar. Bunun üçün onlar insanların yad simaları necə qəbul etdiyini izləyiblər.

Könüllülərə insan şəkilləri, mexaniki robotlar və androidlər göstərilərək, onlardan "canlı" miqyasda qiymətləndirilməsi istənilib. Qiymətləndirmə bir neçə millisaniyə çəkib.

Nəticələr göstərdi ki, insanlar canlı bir üzü cansız bir üzdən 400 millisaniyədə fərqləndirə bilirlər. "İnsan şəklindəki" robotların isə üzünü beyin əvvəlcə canlı kimi qəbul edir, lakin sonra qarşısında süni bir cisim olduğunu anlayır.

Araşdırma müəlliflərinin fikrincə, dəhşət hissinin yaranması böyük ehtimalla qəbul edilən canlılığın azalması ilə bağlıdır.

Alimlər qeyd ediblər ki, üzləri qavrama qabiliyyəti psixologiya üçün son dərəcə vacibdir. Autizmdə və bəzi xəstəliklərdə bu, yox olur və bu sahədə aparılan yeni araşdırmalar effektiv terapiyanın yolunu müəyyən edə bilər.

587
Teqlər:
robot
Əlaqədar
Robotlar bu sahələrdə insanları sıxışdırıb çıxaracaqlar
Robotlar da yatmalıdır
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb
Qazandığımızı tam itirə bilərik: təşəbbüsü robotlara verməklə...
“Ey, insan! Qorxursan?” – Robot öz məqaləsində sual edir
DİN-in xüsusi təyinatlı polis dəstəsi, arxiv şəkli

Silahlı şəxslərə qarşı əməliyyat keçirildi

0
(Yenilənib 14:53 22.09.2020)
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

BAKI, 22 sentyabr — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Xəyyam Musazadənin yaşadığı evdə qanunsuz olaraq silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs rayon ərazisində tutulub. Onun Bərdə rayonu Şorəlli kəndində yaşadığı evə baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha məxsus 1 ədəd daraq və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Həyata keçirilən daha bir tədbir zamanı isə Şamaxı rayon sakini Amil Tağıyev üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün Bakı-Şamaxı yolunun 16-ci kilometrliyində Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd "Makarov" markalı tapança. 1 ədəd sandıqça və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

0