ELM

Nazirlik eksperti təkzib etdi

© Sputnik / Murad OrujovМинистерство образования Азербайджанской Республики
Министерство образования Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik Nadir İsrafilova informasiyanı verərkən dürüst statistikaya əsaslanmağı və olmayan rəqəmləri şərh etməməyi” məsləhət görüb.

BAKI, 7 sen — Sputnik. Təhsil nazirliyi ekspert Nadir İsrafilovun bir müddət öncə “Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə səsləndirdiyi fikirləri təkzib edən açıqlama yayıb. 

“Çox təəssüf edirik ki, Təhsil Nazirliyinə istinad edərək “Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində təhsil eksperti Nadir İsrafilov qeyd edib ki, guya 30 min şagird bu il ümumi təhsil müəssisələrinə gedə bilməyəcək. Birmənalı deyirik ki, bu yalan informasiyadır və Təhsil Nazirliyi adından heç vaxt belə bir rəqəm səslənməyib. Təhsil Nazirliyinin rəsmiləri müxtəlif tədbirlərdə ölkəmizin müsbət demoqrafiyasını qeyd  edərək, hər il birinci sinfə gedən uşaqların sayının artdığını bildiriblər. Məsələn, bu il ümumi təhsil müəssisələrinin I sinfinə 164 mindən çox şagird gedəcək. Ötən tədris ilində isə 156 877 nəfər şagird qəbul olunub ki, buradan da müsbət demoqrafiya aydın görünür”, deyə deyə Sputnik-in ünvanına göndərilən açıqlamada deyilir. 

Tələbə. Arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Özəl universitetlərin başı üzərində "qara buludlar"

Nazirlik Nadir İsrafilova informasiyanı verərkən dürüst statistikaya əsaslanmağı və olmayan rəqəmləri şərh etməməyi” məsləhət görüb. 

“O ki qaldı hörmətli ekspertin qəbul imtahanlarında balların aşağı düşməsi fərziyyəsinə, TQDK-nın aşağıda təqdim olunan statistikası buna ən yaxşı cavabdır”, deyə nazirlikdən bildirilib.

Açıqlamada həmçinin o da qeyd olunur ki, 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir: “Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord sayda — 34 385 nəfər (43,8%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8%, 2014-ci ildəki göstəricidən 9,1% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib”.

Xəbər lenti
0