Yupiterin yeni şəkilləri

Bu nəhəng planetin ən dəqiq görüntüləri Yerə göndərildi

661
NASA-nın kosmik vasitəsi “Juno” Yupiterə çatmaq üçün 5 il yol gedib.

BAKI, 3 sen — Sputnik. ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinə (NASA) aid kosmos vasitəsi “Juno” iyul ayında orbitinə girdiyi Yupiterdən bugünədək ən dəqiq görüntüləri göndərib. 

Sputnik haberturk-ə istinadla xəbər verir ki, Yupiterdən indiyə qədər alınan ən yaxın görüntüləri qiymətləndirən Amerikalı elm adamı Scott Bolton Yupiterin şimal qütb dairəsinin gözləniləndən daha fırtınalı olduğunu və planetin daha mavi göründüyünü söyləyib.

Bolton bildirib ki, bu görüntünün Yupiter olaraq qəbul edilməsi xeyli çətindir. “Juno”nun göndərdiyi ətraflı görüntülər, daha əvvəl heç görmədiyimiz və xəyal etmədiyimiz şəkildədir. O, görüntülərdə buludların kölgələri olduğuna dair işarələrə diqqət çəkib.

Günəş sisteminin ən böyük planeti Yupiterin sirlərini öyrənmək üçün 5 avqust 2011-ci ildə kosmosa göndərilən “Juno” 5 il davam edən səyahətdən sonra 5 iyulda Yupiterin orbitinə girmişdi. 

Sıx radiasiyaya dayanıqlı olmasına baxmayaraq bu kosmos vasitəsinin orbitə yaxınlaşması zamanı tədbir məqsəd ilə bağlanılan kamerası və avadanlığı, orbitə girdikdən bir neçə gün sonra təkrar açılıb.

Beş illik müddətdə 2,8 milyard kilometr qət edən “Juno” 20 fevral 2018-ci ildə Yupiterin şiddətli atmosferinə düşüb yanaraq missiyasını tamamlayacaq.

661
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

3
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

3
Dərsliklər, arxiv şəkli

Bu mövzular da dərsliklərə salınacaq

12
(Yenilənib 13:32 28.11.2020)
Ailə dəyərləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzuları ümumi təhsil üzrə müvafiq dərsliklərə daxil ediləcək.

BAKI, 28 noyabr — Sputnik. 2021-2023-cü illərdə ailə dəyərlərinin, reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzuları ümumi təhsil üzrə müvafiq dərsliklərə daxil ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında əksini tapıb. Fəaliyyət Planına əsasən, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) prosesdə iştak etməsi tövsiyə olunur.

12
Teqlər:
Ailə Məcəlləsi, ailə, Milli Fəaliyyət Planı, Azərbaycan prezidenti İlham Əliyev, prezident İlham Əliyev, İlham Əliyev
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

0
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

0