İnsan hüceyrələri mikroskop altında

İnsanlarla heyvanların hüceyrələri çarpazlaşdırılacaq

1341
(Yenilənib 17:05 13.10.2016)
ABŞ-ın Səhiyyə Nazirliyi bununla nə etmək istəyir?

BAKI, 6 avq-Sputnik. ABŞ-ın Səhiyyə Nazirliyi insanın kök hüceyrələrinin heyvan embrionları ilə çarpazlaşdırılması təcrübələrinə icazə verilməsini təklif edib.

Sputnik xəbər verir ki, bu barədə Milli Sağlamlıq İnstitutunun saytında məlumat yerləşdirilib.

ABŞ hökumətinin fikrincə, bu cür təcrübələr Parkinson və Altsheymer kimi neyrodegenerativ xəstəliklərin müalicəsi istiqamətində mühüm kəşflərlə nəticələnə bilər.

Bu cür tədqiqatların aparılması 2015-ci ildə dayandırılıb. Lakin indi ABŞ-ın Səhiyyə Nazirliyi öz mövqeyini dəyişmək qərarına gəlib. Təcrübələri bərpa etmək ideyası bir ay ərzində müzakirə olunacaq.

1341
Teqlər:
ABŞ, ABŞ-ın Səhiyyə Nazirliyi, Parkonson, Altsheymer
Əlaqədar
Bizə adi görünən bu xəstəlik tibb elmi üçün sirr olaraq qalır
Qanvermə aksiyasında iştirak edən 5 nəfərdə xəstəlik aşkarlanıb
Azərbaycan hərbçiləri, arxiv şəkli

Sinif otağını səngərə dəyişən müəllimlərimiz

1519
(Yenilənib 11:26 27.09.2021)
Qırx dörd günlük müharibədə 760 təhsil işçisi iştirak edib. Onlar qəhrəmancasına döyüşərək şücaət göstəriblər.

BAKI, 27 sentyabr — Sputnik. Təhsil Nazirliyi Anım Günü ilə bağlı Vətən müharibəsində şəhid olan təhsil işçiləri barədə sosial şəbəkələrdə paylaşım edib. Nazirliyin paylaşımında Vətən müharibəsində iştirak edən və şəhid olan təhsil işçilərinin sayı açıqlanıb.

Məlumatda qeyd olunur ki, 44 günlük müharibədə 760 təhsil işçisi iştirak edib. Onlar qəhrəmancasına döyüşərək şücaət göstəriblər. Müharibədə iştirak edən təhsil işçilərindən 20 nəfəri şəhadətə qovuşub.

Qeyd edək ki, Vətən müharibəsi zamanı sinif otağını səngərə dəyişən müəllimlər arasında da şəhidlik zirvəsinə ucalanlar oldu. Onlar Vətən yolundakı bu qəhrəmanlıqları ilə bütün şagirdlər üçün əsl vətənpərvərlik nümunəsinə çevrildilər.

Eləcə də oxuyun:

1519
Teqlər:
Qarabağ, Vətən müharibəsi, şəhidlər, müəllimlər, Təhsil Nazirliyi, Anım Günü
Mövzu:
Anım Günü
Çay kənarında mağara uşağı, arxiv şəkli

Amerikalı alimlər tarix elminin səhvini üzə çıxardı: Ən qədim insanın vətəni bəlli oldu

579
(Yenilənib 13:23 26.09.2021)
Arxeoloji qazıntılar qədim dövrlərə aid sübutları göstərməklə yanaşı, eləcə də ən qədim insanların Şimali Amerikanın cənubunda mövcud olduğunu ortaya çıxarır.

BAKI, 26 sentyabr - Sputnik. ABŞ-ın Nyu-Meksiko ştatında aparılan arxeoloji qazıntılar nəticəsində sonuncu buz dövründə yaşayan insanların qalıqları aşkar edilib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə "Science" jurnalında məqalə dərc olunub.

Arxeoloji qazıntılar qədim dövrlərə aid sübutları göstərməklə yanaşı, eləcə də ən qədim insanların Şimali Amerikanın cənubunda mövcud olduğunu ortaya çıxarır.

Amerikanın ilk sakinlərinin meydana çıxma vaxtı 13-20 min il əvvəl arasında dəyişir.

Arxeoloqların araşdırmasının dəqiqliyinə bir sıra metodlardan istifadə etməklə zəmanət verilir: çöküntü təbəqələrinin analizi və hər təbəqədə bitki toxumlarının qalıqlarının radiokarbon analizi.

Qeyd edək ki, tarix elmi ən qədim insanların izlərinin Afrika va Asiyada aşkar edildiyini bildirir.

579
Sputnik peyvəndi, arxiv şəkli

"AstraZeneca" "Sputnik Light" kombinasiyası üzrə tədqiqat haqda ilkin məlumat açıqlandı

0
(Yenilənib 22:41 27.09.2021)
Aralıq təhlillərin nəticələrinə görə, 57-ci müşahidə günündə könüllülərin 85%-də "SARS-CoV-2" virusunun "tikanvari" zülalına (S-zülalına) qarşı neytrallaşdırıcı antitellərin dörd və ya daha çox dərəcədə artması müşahidə olunub.

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanda birgə tədqiqat çərçivəsində koronavirusa qarşı "AstraZeneca" və "Sputnik Light" peyvəndlərinin  kombinasiyası S-zülalına qarşı antitellərin yüksək artımını göstərib. Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) məlumat verib.

"Rusiya Birbaşa İnvestisiya Fondu... "AstraZeneca" və "R-Farm" şirkətləri Azərbaycan Respublikasında klinik tədqiqat çərçivəsində "AstraZeneca" şirkətinin peyvəndi ilə (Oksford Universiteti ilə birlikdə hazırlanıb) koronavirusa qarşı "Sputnik V" vaksinin ilk komponentinin birgə istifadəsinin virusneytrallaşdırıcı aktivliyi ilə bağlı ilkin məlumatları açıqlayıb", - deyə məlumatda bildirilib.

"Aralıq təhlillərin nəticələrinə görə, 57-ci müşahidə günündə könüllülərin 85%-də "SARS-CoV-2" virusunun "tikanvari" zülalına (S-zülalına) qarşı neytrallaşdırıcı antitellərin dörd və ya daha çox dərəcədə artması müşahidə olunub", - deyə fond əlavə edib.

Məlumatlar tədqiqatın kombinasiyanın hər iki komponentinin vurulduğu ilk 20 iştirakçısının müşahidələrinin nəticələrinə əsaslanır. Birinci komponent kimi "AstraZeneca" peyvəndi, ikincisi kimi isə "Sputnik Light" istifadə olunub. Dozalar arasındakı interval 29 gün təşkil edib.

Azərbaycanda tədqiqatlar 2021-ci ilin fevral ayında başlanıb. Bu günə qədər tədqiqatlarda 100 könüllü iştirak edir.

Azərbaycandan əlavə, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada da qlobal proqram çərçivəsində vaksinlərin kombinasiyasının klinik tədqiqatı həyata keçirilib. Belarusda tədqiqat aparmaq üçün tənzimləyicilərdən icazə alınıb.

İlk dəfə olaraq koronavirusa qarşı "Sputnik V" peyvəndi əsasında heterogen busterləşdirmə yanaşması (birinci komponent olaraq insanın 26-cı, ikinci komponent olaraq 5-ci serotip adenovirusunun istifadə olunduğu "peyvənd kokteyli") tətbiq edilib. RBİF "Sputnik V"nin ilk komponentinin xarici dərmanlarla kombinasiyasının birgə araşdırılması təşəbbüsü ilə dünyada ilk olub.

2020-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə RBİF, N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi, "R-Pharm" şirkətlər qrupu və "AstraZeneca" şirkəti "AstraZeneca"vaksini və "Sputnik V" peyvəndinin birinci komponentinin immunogen kombinasiyası və təhlükəsizliyi ilə bağlı birgə klinik tədqiqatlar aparmaq üçün əməkdaşlıq memorandumu imzalayıblar.

 

0