Piramida

Okeanın dibində kosmosda mövcud olan piramidaların əsl memarları kimlərdir?

7572
(Yenilənib 17:05 13.10.2016)
Onlar doğrudanmı, kosmik enerjinin toplanması üçün vasitə, yaxud informasiya ötürücüləri idilər?

BAKI, 3 avq-Sputnik. Ehramlara və piramidaları xatırladan qədim tikililərə dünyanın hər yerində rast gəlinir. Mütəxəssislərin fikrincə, onları okeanın dibində və hətta kosmosda tapmaq olar. Eyni zamanda alimlər qədim inşaatçıların bu tikililəri hansı məqsədlə inşa etməsi barədə birmənalı rəyə gələ bilmirlər.

Akademik rəyə əsasən, piramidalar ya hökmdarların sərdabələrı, ya da dini ibadət obyektləri olub. Bəzi alimlərin fikrincə, bu cür tikililər qədim qəbuledicilər — məlumat ötürücüləri ola bilərdi.

Piramidaların qədim elektrostansiya olması fərziyyəsi də var. Müasir elmin qəbul etmədiyi alimlər arasında Yer kürəsinin müxtəlif guşələrində yerləşən piramidaların kosmik enerjinin toplanması üçün linza olması və planetin maqnit sahəsinin sabitləşdirilməsində bu enerjidən istifadə olunması fərziyyəsi geniş yayılıb.

Piramida formasındakı tikililər Misirdə, Mərkəzi Amerikada, Afrikada, Asiyada, hətta Avropada var. Belə tikililərə hətta Uralda, Altay dağlarında və Krımda rast gəlmək mümkündür.

Alimlərin fikrincə, piramidaların konstruksiyası onu deməyə əsas verir ki, onlar müxtəlif informasiyaları qəbul edirlər, yaxud da ötürürlər.

Onlar hesab edirlər ki, piramidalar hətta Yer və kosmos arasında enerji akkumulyatorları rolunu da oynaya bilərdilər. Bu isə planetin maqnit sahəsini stabilləşdirmək baxımından önəmlidir.

Məhz bu cür ehtimallar bir çox hallarda qədim dövrlərə aid olan piramidaların yad planetlilər tərəfindən inşa olunduğu barədə firikləri də ortaya çıxarır. Misir ehramlarının tədqiqatçıları onların inşa olunduğu dövrdəki ibtidai texnika və materiallarla, özü də insan əli ilə tikilməsini qeyri-mümkün hesab edirlər.

Piramidaların sirrinin açılmaması onların memarlarının başqa planetlərin sakinləri olduğuna dair mülahizələri ortaya çıxarır.

7572
Teqlər:
ehram, piramida, Asiya, Misir, Amerika, Avropa
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

0
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

0
Dərsliklər, arxiv şəkli

Bu mövzular da dərsliklərə salınacaq

12
(Yenilənib 13:32 28.11.2020)
Ailə dəyərləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzuları ümumi təhsil üzrə müvafiq dərsliklərə daxil ediləcək.

BAKI, 28 noyabr — Sputnik. 2021-2023-cü illərdə ailə dəyərlərinin, reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzuları ümumi təhsil üzrə müvafiq dərsliklərə daxil ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında əksini tapıb. Fəaliyyət Planına əsasən, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) prosesdə iştak etməsi tövsiyə olunur.

12
Teqlər:
Ailə Məcəlləsi, ailə, Milli Fəaliyyət Planı, Azərbaycan prezidenti İlham Əliyev, prezident İlham Əliyev, İlham Əliyev