UNEC

UNEC sənəd qəbulunun müddətini uzatdı

50
(Yenilənib 13:38 27.07.2016)
Məzunlar yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduğu halda təkrar ali təhsil, olmadığı halda isə yenidənhazırlanma təhsili ala bilərlər

BAKI, 27 iyul — Sputnik. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016/2017-cı tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulunun müddətini sentyabrın 10-dək uzadıb. UNEC-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dövlət və özəl ali təhsil müəssisələrinin məzunları ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduğu halda təkrar ali təhsil, olmadığı halda isə yenidənhazırlanma təhsili ala bilərlər.

Təkrar ali təhsilə qəbul 21 ixtisas üzrə aparılır və təkrar ali təhsil almaq istəyənlər rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə), işlədiyi halda iş yerindən arayış ilə əmək kitabçasından çıxarış, 3×4 sm. ölçüdə 6 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini elektron formada təqdim etməlidirlər.

Qeyd edək ki, yenidənhazırlanma təhsili 3 ixtisas üzrə aparılır və yenidən hazırlanma təhsili almaq istəyənlər fərdi qaydada rektorun adına ərizə, rektorun adına müəssisə və ya təşkilatın göndərişi, ali və ya orta ixtisas təhsili haqqında diplomun notarial qaydada təsdiqlənmiş surəti, diploma əlavənin notarial qaydada təsdiqlənmiş surəti, əmək kitabçasının rəsmi qaydada təsdiqlənmiş surəti, 1 ədəd fotoşəkil (3×4 sm jpeg formatında), şəxsiyyət vəsiqəsinin surətini pdf formatında təqdim etməlidirlər.

Xatırladaq ki, UNEC-də yenidənhazırlanma və təkrar ali təhsilə qəbul ancaq elektron qaydada — kabinet.unec.edu.az saytı vasitəsi ilə həyata keçirilir. Təhsil Azərbaycan dilindədir və tədris müddəti 1 ildir.

50
Teqlər:
imtahan, məzun, tələbə, təhsil, UNEC, Azərbaycan Dövlət İqtisad Universiteti
Əlaqədar
UNEC tələbələrindən Bakıda möhtəşəm məzun günü
UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib
Fransada təhsil alacaq UNEC-in ilk tələbələri bəlli olub
UNEC Mərkəzi Asiya Universitetlər Birliyinə üzv seçilib
Fiziki məhdudiyyətli uşaqlar UNEC-in təhsil imkanları ilə tanış olublar
Tarix dərslikləri, arxiv şəkli

Qələbəmizdən sonra dərsliklərimiz belə dəyişəcək

12
(Yenilənib 12:10 27.11.2020)
"Dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Son günlərin ən çox  müzakirə edilən mövzularından biri də Qarabağda qazandığımız zəfərin dərsliklərdə öz əksini tapması ilə bağlıdır. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənsə də, dərsliklərdə Azərbaycanın şanlı döyüş salnaməsinin necə öz əksini tapacağına dair rəsmi fikir yoxdur. Sputnik Azərbaycan dərsliklərdə müharibə və qələbə mövzusunun necə və nə vaxtdan əks olunacağını araşdırıb. Mövzunu araşdırmazdan öncə qeyd edək ki, Azərbaycanda orta ümumtəhsil müəssisələrində "Qarabağ tarixi" dərsliyi ayrıca tədris olunur. Həmin dərsliyin Qarabağ işğaldan azad olunduqdan sonra dəyişdirilməsinə xüsusi ehtiyac olduğundan, Sputnik Azərbaycan 7-ci sinif "Qarabağ tarixi" dərsliyinin həmmüəllifi, elmlər doktoru Qasım Hacıyevlə söhbətləşib.

Q.Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Quruçay mədəniyyəti dövründən başlayaraq Qarabağla bağlı mövzular yığcam şəkildə hazırlanaraq çap edilib: “Burada Qarabağın xəritədə yerləşdiyi ərazilər, təbiəti, tarixi abidələr və ən mühüm hadisələrin şəkilləri verilib”. Onun sözlərinə görə, ilk çap edilən "Qarabağ tarixi" dərsliyi 90 min nüsxə, ikinci nəşrində 130 min Azərbaycan, 13 min rus bölməsi üçün çap olunub: “Dərslik ikinci dəfə dəyişildikdə, 2019-cu ildə aprel döyüşləri, Cocuq Mərcanlının bərpası əlavə olunub. Qeyd edim ki, Nadir şahdan bu günə Azərbaycanın işğal olunmuş bir qarış torpağı belə azad edilməyib. Ona görə də, bu tarixi zəfərə bütün dərsliklərdə, xüsusən də tarix dərsliklərində ayrıca yer verilməldiir. Bizə rayonlarımızın işğal tarixi, azad olunma tarixi, toponimlər məlumdur. Amma dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın döyüş tarixində ən şərəfli hadisədir. Qarabağın azadlığa çıxması xalqımız üçün fəxredici tarixdir. Qarabağın işğaldan azad edilməsi həyatımızın bütün sahələrinə - siyasi, iqtisadi, sosial və mədəni sahələrinə təsir edir. Ona görə də nəinki tarix, ictimai və humanitar fənlərə aid olan orta və ali məktəb dərsliklərində bu hadisələr əksini tapmalıdır. Çünki qeyd etdiyim kimi, bizim qələbəmiz xalqımızın, dövlətçiliyimizin tarixində mühüm hadisədir”.

Tarix fənni ilə bağlı əlavə vəsaitlərin müəllifi Hamlet Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumilikdə tarix fənni ilə bağlı konsepsiya hazırlanmalıdır: “Bizə tarixin mahiyyəti öyrədilməlidir. Təəssüf ki, sovet təhsil ideologiyası qalmaqdadır. Hazırda Ümumi tarix və Azərbaycan tarixi keçirilir. Amma elm olaraq vahid tarix elmi var. Ona görə də düşünürəm ki, tarix elm şəklində öyrədilməlidir. Türkiyədə İnqilab tarixi var. Aşağı sinifdən tədris edilir. Bizdə də  5-ci siniflərdə Azərbaycan tarixi qalmalıdır. 6-11 siniflərdə tarix elmi vahid şəkildə keçirilməlidir. 10-11-ci siniflərdə isə tarix dərsliyindən başqa, Vətən tarixi adlı dərslik nəşr olunaraq tədris edilməlidir”.

Həmsöhbətimiz deyir ki, tarix dərslikləri baş verən tarixi hadisələrlə bağlı müəyyən dövrdən bir dəyişdirilir, əlavələr edilir: “Məsələn, 10 il əvvəl çap olunan tarix dərsliyində Mübariz İbrahimovla bağlı məlumat yox idi. Amma son nəşrlərdə Aprel döyüşü, Mübariz İbrahimovla bağlı məlumatlar daxil olub. Qələbəmiz, Qarabağın işğaldan azad olunması da müəyyən paraqraflarla dərsliklərə əlavə oluna bilər. Qarabağ tarixi dərsliyinin əlavə çap olunması torpaqlarımız işğalda olduğu dövrlər üçün aktual idi. Qarabağı unutmamaq, torpaqlarımızın işğalda olması barədə dərsliklərdə ayrı-ayrı paraqraflarda tədris olunur. Qarabağla bağlı dərsliklərdə məlumatlar var. Amma artıq torpaqlarımız işğaldan azad edilib. Düşünürəm ki, Qarabağ tarixini ayrıca çap etməyə daha ehtiyac qalmır”.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın qələbəsi, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərə salınacaq. C.Valehov hələki bu dəyişikliyin hansı dərsliklərdə aparılacağı və sair məsələlərin tam dəqiqləşmədiyini söylədi: “Sosial şəbəkələrdə yazırlar ki, Tarix dərsliyinin üzərinə müharibədə qəhrəmanlıq edən topçunun şəkli vurulacaq. Qeyd edim ki, bunlar qeyri-rəsmi məlumatlardır. Hansı qəhrəmanımızın şəklinin harada olacağı barədə indidən qəti fikir söyləmək olmaz. Onların hər biri bizim üçün qəhrəmandır. Amma dərsliklərə müharibə tariximizlə bağlı nələrin əlavə ediləcəyi barədə müzakirə aparıldıqdan sonra qərar veriləcək. Müharibədə zəfər çalmağımız, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərimizdə yer alacaq”. 

12
Teqlər:
Salnamə, Azərbaycan, döyüş, Qarabağ, dərslik, qələbə
Süni intellekt, arxiv şəkli

Süni intellekt Parkinson xəstəliyini müəyyən edə biləcək

25
(Yenilənib 19:31 25.11.2020)
Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

BAKI, 25 noyabr — Sputnik. ABŞ-ın Florida Universitetinin alimləri Parkinson xəstəliyini erkən mərhələdə təyin edə bilən, süni zəka sistemi yaradıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Şimali Amerika Radioloji Cəmiyyətinin konfransının materiallarına görə, müayinələr xəstənin göz dibinin şəkli əsasında aparılacaq.

Qeyd edək ki, Parkinson xəstəliyi beyində dopamin istehsal edən neyronların zədələnməsi və ölümü ilə əlaqələndirilir. Bir qayda olaraq, əzaların titrəməsi, məhdud hərəkət və qeyri-sabit yeriş kimi görünən simptomlar başladıqdan sonra aşkar edilir. Yeni tətqiqatlara görə isə, xəstəliyin varlığı daha əvvəl müəyyən edilə bilər. Alimlərin fikrincə, Parkinson xəstəliyi zamanı xəstənin gözündə retinanın kiçik kapilyarlarında anormallıqlar müşahidə edilir.

Süni intellekt həm sağlam insanların, həm də xəstələrin bir neçə yüz fotoşəklini təhlil edib. Araşdırma zamanı müəyyən edilib ki, sistem patoloji dəyişiklik əlamətləri olan şəkilləri müəyyənləşdirə bilir.

Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

Parkinson xəstəliyinin erkən aşkarlanması və müalicənin erkən başlanması xəstəliyin inkişafını ləngidəcək.

25
Teqlər:
ABŞ, Xəstəlik, Parkinson, süni intellekt, alimlər
Sazlar, arxiv şəkli

Aşıq sənəti ilə bağlı mühüm layihəyə davam edir

0
(Yenilənib 12:42 27.11.2020)
Layihədə Azərbaycan aşıq sənətinin tarixi, müasir günümüzdə inkişafı, bu sənətin görkəmli nümayəndələri haqqında məlumatlar və aşıqların həm videoarxiv, həm də yeni lentə alınan ifaları yer alacaq.

BAKI, 27 noyabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzi (BMM) aşıq sənətimizi təbliğ edən yeni onlayn "Aşıq musiqimizin inciləri" adlı layihəyə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, layihədə Azərbaycan aşıq sənətinin tarixi, müasir günümüzdə inkişafı, bu sənətin görkəmli nümayəndələri haqqında məlumatlar və aşıqların həm videoarxiv, həm də yeni lentə alınan ifaları yer alacaq. Layihənin ilk buraxılışları Kəlbəcər aşıqlarına həsr olunub.

Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Ta qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar həmişə el içində yaşamış, öz dövrlərinin, mühitlərinin bilikli, məlumatlı adamları, müdrik sənətkarları olmuşlar. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, əmək şəraiti, toy-düyünləri rəngarəng bədii boyalarla öz ifadəsini tapmışdır.

Azərbaycan dövlətinin, xüsusilə UNESCO və ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bu gün Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.

BMM öz fəaliyyətində aşıq sənətini təbliğ edən çoxsaylı layihələr həyata keçirir. Bu layihələr sırasında "Aşıq musiqisi axşamları" adlı silsilə konsertləri, aşıq sənətinə həsr olunan dəyirmi masa və müzakirələri qeyd etmək olar.

0
Teqlər:
layihə, UNESCO, Bakı Beynəlxalq Muğam Mərkəzi, sənət, aşıq