Abituriyentlər üçün imtahan keçirilib

Azərbaycanda ali məktəblərə II III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

101
(Yenilənib 11:21 23.07.2016)
İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılır.

BAKI, 23 iyul — Sputnik. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində — Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılır. İmtahanların idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2445 nəzarətçi-müəllim, o cümlədən zal nəzarətçisi qismində 88 nəfər ASAN Xidmətin könüllüləri cəlb olunub.

İmtahanda 29196 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 16197 abituriyent II qrup üzrə, 12999 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 26346 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 14340, III qrup üzrə 12006 nəfər), 2850 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1857, III qrup üzrə 993 nəfər) məzunudur. Abituriyentlərin 13391 nəfəri oğlan (II qrup üzrə 10110 nəfər, III qrup üzrə 3281 nəfər), 15805 nəfəri isə qızdır (II qrup üzrə 6087 nəfər, III qrup üzrə 9718 nəfər). 28069 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 1117 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.198 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1976-cı ildən, ən gənci isə 2001-ci ildəndir.

Bakı şəhərində 12858, Naxçıvanda 1430, Gəncədə 3769, Sumqayıtda 1424, Mingəçevirdə 1424, Şəkidə 1748, Ağcabədidə 1261, Göyçayda 1320, Şirvanda 1055, Lənkəranda 1867, Xaçmazda isə 1006 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727  nömrəsinə göndərməklə öyrənə biləcəklər.

101
Emin Əmrullayev, arxiv şəkli

Təhsil naziri ilk təyinatına imza atdı

31
(Yenilənib 13:48 29.07.2020)
Müşavir təyin edilən Elnur Nəsibov Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb

BAKI, 29 iyul — Sputnik. Təhsil Nazirliyində yeni təyinat olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Nazirin əmri ilə Elnur Nəsibov müşavir təyin edilib. O, bu barədə öz sosial şəbəkə hesabında yazıb.

E.Nəsibov bundan əvvəl Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, iyulun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev Təhsil naziri təyin edilib.

31

Bəzi buraxılış qəbul imtahanlarının nəticələri elan olunub

20
9-cu sinif buraxılış, kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə və Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub

BAKI, 26 iyul - Sputnik. 23-24 iyul 2020-ci il tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) və C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, imtahanların nəticələri 25 iyul saat 22:10-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları;

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanları;

– C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanı.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

9-cu sinif üzrə buraxılış (qəbul) imtahanlarında iştirakı nəzərdə tutulan 2359 nəfərdən 202 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 2559 nəfərdən 902 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 4621 nəfərdən 407 nəfər, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanında iştirakı nəzərdə tutulan 167 nəfərdən 11 nəfər imtahana gəlməyib. 3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Xatırladaq ki, buraxılış imtahanlarında  iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün  imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

Qeyd: 23 və ya 24 iyulda keçirilən əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

20
Ümumvətəndaş pasport və pul, arxiv şəkli

Əlvida, kağız, əlvida, növbə: Rusiya elektron vizaya keçir

0
(Yenilənib 21:36 03.08.2020)
2021-ci il yanvarın 1-dən Rusiyaya qısamüddətli elektron vizanın köməyilə getmək mümkün olacaq. Onun hazırlanmasına təxminən 4 gün lazımdır. Sputnik yeni qaydalardan necə istifadə etməyin yollarını araşdırıb

BAKI, 3 avqust — Sputnik, Aleksey Stefanov. Vladivostok, Uzaq Şərq Federal Dairəsi, Kalininqrad vilayəti, Sankt-Peterburq və Leninqrad vilayətlərinə səfərlər üçün 53 ölkənin vətəndaşlarına elektron vizaların verilməsi üzrə pilot layihənin ardından Rusiya ölkənin istənilən bölgəsinə səfər etmək hüququ verən qısamüddətli elektron vizaların alınması imkanını yaradıb. 

Ötən cümə günü Rusiya Prezidenti Vladimir Putin Rusiyaya qısamüddətli səfər üçün 60 günlük müddəti olan universal vahid elektron vizanın tətbiqi barədə federal qanunu imzalayıb. Diplomatik, xidməti, adi, tranzit və müvəqqəti yaşamaq hüququ olan şəxsin vizası ilə yanaşı, bu viza da müstəqil kateqoriyaya malik olacaq.

Bu zaman səfərin müddəti 16 gündən çox olmamalıdır. Ancaq Rusiya Turoperatorları Assosiasiyasından (ATOR) Sputnik agentliyinə bildirdilər ki, statistikaya görə, əcnəbilərin Rusiyaya səfəri orta hesabla bir həftə təşkil edir, ona görə də ölkəyə qısa müddət ərzində gəlmək üçün həmin vizanın vaxtı bəs edəcək.

Rusiyaya giriş maksimal dərəcədə sadələşdirilib: 113 ölkənin vətəndaşları yararlanacaqlar

Yeni viza üçün 2021-ci il yanvarın 1-dən müraciət etmək mümkün olacaq. Rusiya XİN-dən bildiriblər ki, Uzaq Şərq Federal Dairəsi, Kalininqrad vilayəti, Sankt-Peterburq və Leninqrad vilayətinə elektron vizalarla eksperiment zamanı onlar bir problemin şahidi olublar: ərizəni dolduranlar çox zaman səhvlər edirlər və bu da onlara viza almaqda imtina edilməsinə əsas yaradır. Yeni vizalarla bağlı eyni problem yaşanmasın deyə saytı təkmilləşdirərək sadələşdiriblər.

Hansı ölkənin vətəndaşlarının yenilikdən istifadə edəcəkləri hələlik dəqiq məlum deyil. “Xarici ölkələrin siyahısını Rusiya Federasiyası hökuməti ayrıca təsdiq edəcək”,  - Dövlət Dumasının Fiziki tərbiyə, idman, turizm və gənclərlə iş komətəsinin üzvü Natalya Kuvşinova Sputnik-ə deyib.

“Güman edirəm ki, qısamüddətli elektron viza üçün tələbat böyük olacaq. Yenilik Rusiyada gəlmə turizminin inkişafına yönəldilib, çünki hazırda məhz daxili və gəlmə turizmi prioritetdir. Hesab edirəm ki, bu, əcnəbi vətəndaşlara digər səyahət ölkələri ilə yanaşı, Rusiya Federasiyasını da seçməyə imkan verən bir mexanizmdir”, - Dövlət Dumasının üzvü deyib.

Ehtimal ki, elektron vizadan faydalanacaq ölkələrin siyahısında pilot layihədən yararlanan 53 dövlətin sakinləri də olacaqlar. Bunlar arasında Avropa İttifaqı ölkələri, Çin, Yaponiya, Türkiyə, Hindistan vardı. Ancaq ABŞ, Kanada və Böyük Britaniya həmin siyahıda deyildi. Və mümkündür ki, qısamüddətli elektron vizanı onlar bundan sonra da ala bilməyəcəklər. XİN-dən qeyd ediblər ki, ayrı-ayrı regionlar üçün elektron vizaların pulsuz olduğu eksperimental layihədən fərqli olaraq, yeni viza 2021-ci ilin yanvarından pullu olacaq. Qiyməti isə, güman ki, 50 ABŞ dollarından baha olmayacaq.

“Gələn il yeni elektron vizanın bu gün qüvvədə olanlara nisbətdə nə qədər populyar olduğuna baxacağıq”, - Dövlət Dumasının deputatı Natalya Kuvşinova qeyd edib. 

RF-ə elektron viza almaq hüququ olan 53 ölkənin vətəndaşları ilə yanaşı, daha 60 ölkənin sakinlərinin ikitərəfli beynəlxalq razılaşmalar əsasında Rusiyaya vizasız giriş imkanı var. Beləliklə, XİN-dən qeyd ediblər ki, 2021-ci ildən Rusiyaya kağız vizanın alınmasını tələb etməyən maksimum liberal giriş rejimi əhali sayı ümumilikdə bəşəriyyətin yarısını – təxminən dörd milyard insanı əhatə edən xarici ölkələrin vətəndaşlarına şamil ediləcək.

Turist axını minimum 30% artacaq

“Ölkəyə girişin bu cür əhəmiyyətli dərəcədə sadələşdirilməsini gəlmə turizmi illərdir xəyal edirdi. Əsas odur ki, doğrudan da elektron vizanı almaq asan olsun”, deyə ATOR-un icraçı direktoru Mayya Lomidze yeniliyi şərh edib.

Onun fikrincə, qısamüddətli elektron viza, hətta ən pessimist proqnozlar da nəzərə alınarsa, turist axınını minimum 30% artıracaq. Ona görə Lomidze əmindir ki, yeniliyin ancaq müsbət tərəfləri olacaq, “mənfi tərəfi isə ancaq bir ola bilər – o da əgər sadələşmə deyildiyi kimi gerçək sadələşmə olmasa”. 

Öz növbəsində ATOR-un vitse-prezidenti Aleksandr Kurnosov hesab edir ki, hökumətin bu qərarı turist axınını 40 və ya 50%, hətta bundan da çox artıra bilər, “çünki vizaları ləğv edən və ya alınmasını xeyli sadələşdirən ölkələrin təcrübəsi göstərir ki, effekt daha böyük ola bilər”.

“Bu qərarın qəbul edilməsi, özü də turizm bazarı üçün belə bir çətin dövrdə gündəmə gəlməsi özü çox pozitiv hadisədir”, - o qeyd edib. 

Aleksandr Kurnosov viza rejiminin bundan sonra da liberallaşdırılacağına – “vizanın etibarlı olduğu indiki iki aydan yarım il və ya bir il müddətinə uzadılacağına, yaxud da günlərin sayının 16-dan 30-a qaldırılacağına” ümid edir. 

ATOR-un vitse-prezidenti həmçinin  elektron vizanın şamil ediləcəyi ölkələrin sayının artırılacağına da ümidlidir, “çünki Rusiyaya xeyli sayda turist göndərən ölkələrin, məsələn, ABŞ və Böyük Britaniyanın, adlraı siyahıya daxil olmayıb”. 

“Bu, yaxşı olardı. Amma aydındır ki, bu məsələdə hər şey siyasi vəziyyətdən asılıdır”, - Aleksandr Kurnosov yekunlaşdırıb.

0
Əlaqədar
Qardaş ölkəyə səfərə hazırlaşanların nəzərinə: Yeni qaydalar var
Köhnə qitəyə vizasız gedə bilərik, amma öncə istixana qazları, rəqəmsal iqtisadiyyat və...
Get evinə: ABŞ onlayn təhsilə keçən tələbələri ölkədən çıxaracaq
Ukrayna altı ölkə ilə viza rejimini ləğv edir - dördü ərəb ölkəsidir
Səyahəti sevənlər üçün: əvvəl həkim, sonra viza, pul qalsa - bənövşəyi nişanı görmək