İmtahan

Qəbul imtahanlarının nəticələri böyük məyusluq yaradıb

1804
Mütəxəssislərin əksəriyyəti abituriyentlərin səviyyəsindən narazı qalıb

BAKI, 21 iyul — Sputnik. İyulun 15-də ali məktəblərə I və IV qruplar üzrə qəbul imtahanları keçirildi. Qəbul imtahanında 6 nəfər 700 bal toplayıb. Ümumilikdə, keçən illərə nisbətən, bu il 600 balı keçən tələbələrin sayı çoxdur.

Əjdər Ağayev, təhsil eksperti
© Photo : STR
Əjdər Ağayev, təhsil eksperti

Sputnik-in əməkdaşı qəbul imtahanlarının nəticələri, bu nəticələrin hansı mənzərəni meydana çıxarması və vəziyyətin nə dərəcədə ürəkaçan olub-olmaması ilə bağlı təhsil ekspertlərinin rəylərini öyrənib. Beləliklə:

Əjdər Ağayev: "Abituriyentlərin cavablarını məqbul hesab edirəm. Nəticələr gözlənilən oldu. Uğurlu nəticələr var. İldən-ilə qəbul imtahanlarında yüksək bal toplayanların sayı artır. Bu da təhsilimizin uğurudur. Abituriyentlərin intellektual səviyyələri artıb.

O ki qaldı 700 bal toplayan abituriyentlərin sayının artmasına, hesab edirəm ki, uşaqlar daha çox oxuyub, öz üzərində yaxşı hazırlaşıb uğur qazana bilirlər. Ümumi səviyyə yüksəlib, nəticədə də bu ilki göstəricilər ürəkaçan oldu".

Rafiq İsmayıl, təhsil eksperti
© Photo : MUSAVAT.COM
Rafiq İsmayıl, təhsil eksperti

Rafiq İsmayıl: "Qəbul imtahanlarında abituriyenlərin göstəriciləri hər il aşağı düşür. Bu vəziyyətdən çıxmaq üçün qəbul ballarını aşağı salırlar. Bu da təhsilin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bilik almaq istəyən övladlar çoxdur. 700 bal toplayanlar əvvəldən oxuyub və qazandıqları uğur illərlə çəkdikləri əziyyətlərinin nəticəsidir. Özlərinin və ailələrinin köməyi ilə bu nəticəni əldə alırlar.

Etiraf etmək lazımdır ki, müntəzəm, nizamlı qaydada təhsil yoxdur. Şagirdlər repetitorların yanında hazırlaşırlar. Təhsil sisteminin özündə müntəzəmlik sistemlilik olmadığı üçün, ümumi yüksək nəticə əldə etmək mümkün olmur".

Kamran Əsədov, təhsil üzrə ekspert
© Photo : APA
Kamran Əsədov, təhsil üzrə ekspert

Kamran Əsədov: "İmtahanların nəticələri acınacaqlı mənzərə ortaya çıxardı. Təəssüflər olsun ki, 31397 abituriyentdən cəmi 11406 nəfəri keçid balını — 200 balı keçə bilib. Bu, əlbəttə ki, biabırçı bir nəticədir. Müsabiqə şərtlərini 11406 abituriyent ödəsə də, qəbul plan yeri dəfələrlə çox — 13632-dir. Deməli, abituriyentlər düzgün ixtisas seçimi etsələr, 1-ci ixtisas qrupu üzrə müsabiqəyə buraxılan abituriyentlərin hamısı ali məktəblərə qəbul olacaq və hətta 2 mindən çox plan yeri boş qalacaq.

1-ci ixtisas qrupu üzrə sənəd təqdim edən abituriyentlərin bir çoxu həm də 5-ci ixtisasa sənəd verib, deməli 1-ci qrupda boş qalan plan yerlərinin sayı daha da çox olacaq. 4-cü qrup üzrə 5340 abituriyent sənəd qəbulunda iştirak edib, onlardan 2823-ü müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılıb. Yəni 50 faizdən çox abituriyent 200 balı toplaya bilməyib.

Burda bir məsələ var ki, hər iki ixtisas qrupundan, 1 və 4 cü qrupdan 3 abituriyent maksimum nəticə, 700 bal toplayıb. Bu, heç də abituriyentlərin yüksək göstəricisi demək deyil. Bu, qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının mayda keçirilən imtahandan dəfələrlə asan olması ilə əlaqədardır. 31 min abituriyentdən yalnız min nəfəri 500 balı keçə bilib. 400-700 bal arası nəticə göstərən abituriyentlərin sayı cəmi 1636 nəfərdir ki, bu da 31 min abituriyentin qarşısında bərbad bir nəticənin olduğunu göstərir.

Nadir İsrafilov, təhsil üzrə ekspert
© Photo : AzToday
Nadir İsrafilov, təhsil üzrə ekspert

Hesab edirəm ki, 1 və 4-cü qruplar üzrə imtahan nəticələri əvvəlki illərdə olduğu kimi, çox aşağı səviyyədədir. Təəssüflər olsun ki, imtahan nəticələri ildən-ilə irəli getməli olduğu halda, ya yerində sayır, ya da geriyə doğru hərəkət edir".

Nadir İsrafilov: "Vəziyyət heç də ürəkaçan deyil. Hələ də Sovet hakimiyyətinin təhsil sistemindən çıxmaq üçün dəfələrlə yeni qaydalar reallaşdırmağa çalışırıq. Hər dəfə də yeni qaydanın tətbiqi təhsil sistemində problemlər ortaya çıxarır.

Hazırda çox sayda özəl universitetlərin olması tələbə qəbulu zamanı rəqabəti azaldır. Ümumiyyətlə, çox sayda universitetin olması diplom verərək, "ali savadlı"ların sayının artmasına səbəb olur. Amma bir problem ortaya çıxır: ali savadlı gənclər işlə təmin olunurmu? Mən daha çox özəl universitetdənsə, az sayda peşə məktəblərinin olmasının tərəfdarıyam".

1804
Teqlər:
Nadir İsrafilov, Kamran Əsədov, Rafiq İsmayıl, Əjdər Ağayev, qəbul, imtahan, qrup, ali məktəb
Əlaqədar
Lənkəranda 1374 abituriyent imtahan verdi
İmtahan suallarının sayının azaldılması təklif olunur
Uşaqlar niyə imtahandan "2" alıblar?!
V ixtisas qrupu üzrə imtahan keçirildi
Min nəfərə yaxın şagird imtahana gəlməyib
"İmtahanların nəticəsi biabırçı mənzərə ortaya çıxaracaq"
Dərsliklər, arxiv şəkli

Bu mövzular da dərsliklərə salınacaq

11
(Yenilənib 13:32 28.11.2020)
Ailə dəyərləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzuları ümumi təhsil üzrə müvafiq dərsliklərə daxil ediləcək.

BAKI, 28 noyabr — Sputnik. 2021-2023-cü illərdə ailə dəyərlərinin, reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzuları ümumi təhsil üzrə müvafiq dərsliklərə daxil ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında əksini tapıb. Fəaliyyət Planına əsasən, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) prosesdə iştak etməsi tövsiyə olunur.

11
Teqlər:
Ailə Məcəlləsi, ailə, Milli Fəaliyyət Planı, Azərbaycan prezidenti İlham Əliyev, prezident İlham Əliyev, İlham Əliyev
Kitab oxuyan tələbə, arxiv şəkli

Diplomların tanınmasında yenilik

16
(Yenilənib 18:50 27.11.2020)
Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda, arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək

BAKI, 27 noyabr — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu ilin noyabr ayından etibarən tanınma (nostrifikasiya) üzrə müraciət edən vətəndaşlara müraciətinin statusundan asılı olaraq müvafiq arayışları elektron qaydada əldə etmək imkanı yaradır. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, aparılan təkmilləşdirmə işləri nəticəsində artıq vətəndaşların sözügedən arayışları elektron sistem vasitəsilə əldə etmələri mümkündür. Belə ki, vətəndaşlar şəxsi kabinetlərinə daxil olaraq e-ərizə bölməsini seçməklə, generasiya olunmuş elektron arayışları PDF formatda əldə edə bilərlər:

Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək.

Müsahibəyə dəvət olunmaya dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız müsahibəyə dəvət olunduqları halda sistem vasitəsi ilə əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda, arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcəkdir.

Qeyd edək ki, bundan öncə vətəndaşlar yuxarıda göstərilən hər iki arayış növünü imzalı və möhürlü kağız daşıyıcıda əldə etmək üçün rəsmi şəkildə Agentliyə müraciət etməli olurdu.

16
Teqlər:
sənəd, yenilik, Azərbaycan, tanınma, diplom
Şəhidin dəfni, arxiv şəkli

Şəhid ailələri müharibə əlilləri ilə bağlı tədbirlər planı hazırlandı

0
(Yenilənib 15:12 28.11.2020)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib ki, həmin tədbirlər çərçivəsində onların məşğulluq imkanlarının da artırılması təmin olunacaq.

BAKI, 28 noyabr — Sputnik. Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Bildirilir ki, Plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrini, müharibə əlilləri və digər iştirakçılarını geniş sosial dəstək tədbirləri ilə əhatə edəcək. Həmin tədbirlər çərçivəsində onların məşğulluq imkanlarının da artırılması təmin olunacaq. Bu məqsədlə Tədbirlər Planı hazırlanıb.

Plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir.

Tədbirlər Planında nəzərdə tutulur:

Şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının özünüməşğulluq proqramına qısa zamanda növbədənkənar cəlb edilməsi, onların istehsal-xidmət və kənd təsərrüfatı sahələri üzrə mal və materiallarla, avadanlıqlarla təmin edilməklə kiçik bizneslərinin yaradılması;

Döyüş zonasına yaxın olmuş bölgələrdə özünüməşğulluq proqramına cəlb olunan şəxslər üzrə kvotanın artırılması, proqram üzrə mal və materiallarla, avadanlıqlarla təminat işlərinin genişləndirilməsi;

Erməni terroru nəticəsində kiçik müəssisə və ailə təsərrüfatlarına ziyan dəymiş vətəndaşlara özünüməşğulluq proqramı çərçivəsində dəstəyin göstərilməsi;

Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının növbədənkənar cəlb edilməsi, döyüş zonasına yaxın olmuş bölgələrdə bu proqram üzrə kvotaların artırılması;

Həssas qruplardan olanlar üçün nəzərdə tutulan kvotadan başqa, əlavə olaraq şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün iş yerləri yaradan işəgötürənlər üçün həmin iş yerləri üzrə əməkhaqqının 100%-dək maliyyələşdirilməsi layihəsinin hazırlanması və icrası və s.

0
Teqlər:
Ali Baş Komandan cənab İlham Əliyev, Azərbaycan prezidenti İlham Əliyev, İlham Əliyev, plan, şəhid ailələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi