ELM

Valideynini itirmiş tələbəyə təhsil haqqında güzəşt oluna bilərmi?

© Photo : REPORTTələbələr tədris prosesi zamanı. Arxiv şəkli
Tələbələr tədris prosesi zamanı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cəsarət Valehov: "Qanunla yalnız atasını itirmiş və anası 1-ci və ya 2-ci qrup əlil olan, tələbə adını qazanan abituriyentlərə təhsil haqqında güzəştlər oluna bilər"

BAKI, 18 iyul — Sputnik. Bir neçə gün öncə keçirilən ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı az deyil. Onlardan biri olan Aysel atasını illər öncə itirib. Anası Samirə Quliyeva isə orta məktəbdə müəllimdir.

Qəbul imtahanları. Arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Cəmiyyət təşvişdə: kasıb balalarının ali məktəbə yolu bağlanır?

S. Quliyeva redaksiyamıza ünvanlandığı məktubda bildirib ki, qızı yüksək bal toplasa belə, Azərbaycan Tibb Universitetində təhsil almaq istədiyi fakültənin ödənişsizinə düşə bilmir. Ödənişli fakültədə təhsil alması isə ailəyə böyük maddi sıxıntı yaşadacaq.

"Övladım qəbul imtahanlarında 621 bal toplayıb. Onun arzusu Tibb Universitetində təhsil almaqdır. Amma topladığı balla istədiyi fakültədə təhsil alması mümkün olmayacaq", — valideyn deyib.

O, həyat yoldaşının vəfat etdiyini və qazandığı gəlirlər ailəsini çətinliklə dolandırdığını qeyd edib: "Həyat yoldaşım bir neçə il öncə rəhmətə gedib. Mən də müəllim maaşımla dolanışığımızı çətinliklə təmin edirəm. Qızımın təhsil haqqını necə ödəyəcəm, bilmirəm".

Dövlət bir valideynini itirmiş tələbəni təhsil haqqından aza edə, yaxud hansısa güzəştlər tətbiq edə bilərmi? Sputnik əməkdaşının bu sualla müraciət etdiyi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sorğumuza verdiyi cavab Quliyevlər ailəsinin və bu durumda olan digər ailələrin ürəyincə olmayacaq.

Nazirlik rəsmisi deyib: "Qanunla yalnız atasını itirmiş və anası 1-ci və ya 2-ci qrup əlil olan, tələbə adını qazanan abituriyentlərə təhsil haqqında güzəştlər oluna bilər".

Deməli, ya Aysel öz arzusundan imtina etməli, ya da Samirə xanım, vaxtilə bir millət vəkilinin dediyimi kimi, dərsdən sonra daş daşıyıb, fəhləlik etməli olacaq.

Xəbər lenti
0