ELM

Lənkəranda 1374 abituriyent imtahan verdi

© Sputnik / Rahim ZakiroğluLənkəranda IV ixtisas qrupuna imtahanlar keçirilib
Lənkəranda IV ixtisas qrupuna imtahanlar keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahanlar 3 imtahan mərkəzində - 4 saylı məktəb-liseydə, 5 saylı orta məktəbdə və Sütəmurdov kənd orta məktəbində keçirilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 15 iyul 2016-cı il tarixində ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV qruplar üzrə imtahan keçirdi. İmtahan Respublikanın 11 şəhərində-Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində keçirildi.

Lənkəranda isə imtahanlar 3 imtahan mərkəzində — Lənkəran 4 saylı məktəb-liseydə, 5 saylı orta məktəbdə və Sütəmurdov kənd orta məktəbində keçirildi. Lənkəranda keçirilən imtahanda 1374 abituriyent iştirak edib. İmtahanı 3 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri və 123 nəfər nəzarətçi-müəllim idarə edib.

Xəbər lenti
0