Azərbaycan Respublikası Təhsil Nazirliyinin binası. Arxiv şəkli

Tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinin şərtləri açıqlandı

80
Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir

BAKI, 7 iyul — Sputnik. Təhsil Nazirliyi tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi şərtlərini açıqlayıb. Nazirlikdən Trend-ə bildirilib ki, bu şərtlər mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycanın bütün ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir.

Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir. Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi və bərpası tabe olduqları dövlət qurumunun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

II və III ixtisas qruplarında müəyyənləşdirilmiş "tarix və coğrafiya müəllimliyi", "tarix müəllimliyi" və "tarix" ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş "beynəlxalq münasibətlər" və "regionşünaslıq" ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.

80
Teqlər:
köçürülmə, ali təhsil müəssisələri, ali məktəb, təhsil, Təhsil Nazirliyi, tələbə
Əlaqədar
UNEC tələbələrindən Bakıda möhtəşəm məzun günü
Sumqayıtlı tələbə özünü niyə asıb?
Tələbələrdən Azərbaycan əsgərinə dəstək
Bunlar tələbədir, yoxsa farmazon?
"Mən işə gələnədək o tələbənin problemi həll olunsun!"
Auditoriyada tələbələr, arxiv şəkli

Tələbələrin köçürülməsi üzrə qeydiyyat müvəqqəti təxirə salınır

12
(Yenilənib 14:26 03.07.2020)
Prosesin təxirə salınması bu müddət ərzində tələb olunan bəzi sənədlərin tələbələr tərəfindən əldə edilməsində yaranacaq çətinliklərlə bağlıdır

BAKI, 3 iyul — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, bəzi şəhər və rayonlarda xüsusi karantin rejiminin iyulun 20-dək uzadılması ilə bağlı tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu prosesi müvəqqəti təxirə salınır.

Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən verilən məlumata görə, prosesin təxirə salınması bu müddət ərzində tələb olunan bəzi sənədlərin tələbələr tərəfindən əldə edilməsində yaranacaq çətinliklərlə bağlıdır.

Tələbələrin köçürülməsi üzrə yeni qeydiyyat tarixlərinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

12
Əlaqədar
Qaxda internetsizlik həyatı iflic edib: Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir
Magistraturaya qəbulun nəticələri elan edildi
Karantindən sonra tamamilə yeni siniflər görəcəyik: NK-nın qərarı təqdir edilir
Ekspert: “Müasir dövrün tələblərinə cavab verən dərsliklər yazılmır”
Alıcı bazarda yumurta yığır, arxiv şəkli

Açıq bazar mədəni pozar? Yumurtanı niyə Gürcüstandan 50 qəpiyə alırıq?

527
(Yenilənib 13:53 03.07.2020)
"Azərbaycanda bir ildə 1 milyard 600 milyon ədəd ərzaq yumurtası istehsal olunur və bu da daxili tələbatı tam ödəyir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. "Gürcüstandan Azərbaycana gətirilən yumurta damazlıq yumurtadır, ərzaq yumurtası deyil. Damazlıq yumurtanın bir ədədi 45-50 qəpiyə gətirilir". Bunu Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Sputnik Azərbaycan-a bu ilin 5 ayında Gürcüstandan ölkəmizə yumurta ixracının artmasına münasibət bildirərkən deyib.

O bildirib ki, Gürcüstandan Azərbaycana gətirilən ərzaq yumurtası deyil, damazlıq yumurtadır: "Damazlıq yumurta cücə çıxartmaq üçündur, yemək üçün deyil. Azərbaycanda damazlıq yumurta istehsal edilir və ölkəmizdə 10 damazlıq təsərrüfatı fəaliyyət göstərir. Açıq bazardır, sahibkarlar damazlıq yumurtanı haradan istəyirlər, alırlar. Kimisi daxildən, kimisi də xaricdən damazlıq yumurta alır. Damazlıq yumurtada keyfiyyət hamısında eynidir. Bir xəstəlik olsa, cücə inkubatordan çıxmır. Damazlıq sahəsi steril təsərrüfatdır".

A.Vəliyev qeyd edib ki, bu ilin 5 ayında Gürcüstandan ölkəmizə gətirilən 116 ton yumurta kiçik rəqəmdir:

"Elə bizim bir təsərrüfatın bir günlük istehsalı 110 tondur. Giləzi quşçuluq təsərrüfatı 1 gündə 110 ton yumurta istehsal edir. Bizdə hazırda damazlıq yumurta 40 qəpikdir. Gürcüstanda koronavirus pandemiyasına görə alıcılıq qabiliyyəti aşağı düşüb və ona görə damazlıq yumurtanı ucuz qiymətə satmağa məcbur olurlar".

Ərzaq yumurtasına gəlincə A.Vəliyev diqqətə çatdırıb ki, Azərbaycanda ərzaq yumurtası yüksək səviyyədə istehsal olunur və ucuz qiymətə də satılır: "Azərbaycanda bir ildə 1 milyard 600 milyon ədəd ərzaq yumurtası istehsal olunur və bu da daxili tələbatı tam ödəyir. Hətta ötən il bir sıra ölkələrə yumurta ixrac da edilib. Yumurtanın topdansatış qiyməti 10-11 qəpikdir. Marketlər isə istədiyi qiyməti qoyub sata bilir".

O bildirib ki, növbəti dövrlərdə ölkədə yumurtanın qiymətində dəyişiklik gözlənilmir: "Yumurtanın qiymətinin qalxması gözlənilmir. Ucuzlaşma ola bilər, amma bahalaşma olmayacaq".

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 393,1 min dollar dəyərində 116,8 ton yumurta ixrac edilib. Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin 5 ayı ilə müqayisədə ixrac edilən məhsulun həcmi 57,5 ton və ya 97% artaraq 116,8 tona, dəyəri isə 155,9 min dollar və ya 65,7% artaraq 393,1 min dollara çatıb.

Xatırladaq ki, 2019-cu ilin yanvar-may ayları ərzində Gürcüstandan Azərbaycana 237,2 min dollar dəyərində 59,3 ton yumurta ixrac edilib.

527
Əlaqədar
Qiymətləri 3-5 dəfə bahalandırmaq üçün səbəb, yoxsa dünyaya təbiiliklə meydan oxumaq?
Qızıl qiymətinə olan delikates: Hamı yeyir dadlıdır deyir, biz əlindən dad çəkirik
Azərbaycanda biri on beş manata satılan yumurta: internetdən soraqlaşıb alırlar - FOTO
Qulağımızın dibindən keçib: İdxal olunan südün qiyməti yüksəlib, hiss etməmişik
Bakıda alternativ qaz xətləri yaradılır

Bakıda alternativ qaz xətləri yaradılır

0
Son 17 il ərzində adları çəkilən qəsəbələrdə aparılan tikinti işləri, yol çəkilişləri zamanı "Aşağı Şağan" qaz xəttinin çox hissəsi torpaq altına düşdüyündən korroziyaya uğrayıb.

BAKI, 4 iyul — Sputnik. Bakı şəhərində bir sıra ərazilərdə mövcud qaz xətlərinə alternativ xətlərin çəkilməsinə diqqət ayrılıb.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu cür üsuldan istifadə etməklə müəyyən ərazilərdə hər hansı texniki problemlər aradan qaldırılarkən qaz təchizatının dayandırılmasını minimuma endirməyə çalışacaq.

Dairəvi sistem kimi çalışacaq bu xətlər qəza hadisələrinin təsirindən yaranan təchizatdakı dayandırmaların əhatə dairəsini azaldacaq. Hazırda Xəzər rayonu ərazisində 219 mm diametrində olan 5800 metr uzunluqda "Aşağı Şağan" qaz xəttinin 2500 metrlik hissəsi əsaslı təmir olunur. 2003-cü ildə istifadəyə verilən bu xətlə qaz alan Buzovna, Şağan, Şüvəlan və Mərdəkan qəsəbələrinin təqribən 19 min abonenti tez-tez təchizatdakı problemlərdən narahatlıqlarını ifadə edirdilər. Bu xəttin böyük bir hissəsi torpaq altında qalıb, dirəklərdən düşmüş vəziyyətdədir.

© Photo : AzeriGas Production Union
Bakıda alternativ qaz xətləri yaradılır

Son 17 il ərzində adları çəkilən qəsəbələrdə aparılan tikinti işləri, yol çəkilişləri zamanı "Aşağı Şağan" qaz xəttinin çox hissəsi torpaq altına düşdüyündən korroziyaya uğrayıb. Onu da qeyd edək ki, haqqında danışılan qaz xətti Sabunçu rayonunda hər hansı səbəbdən qaz verilişində fasilə yaranarsa, alternativ xətt kimi istifadə ediləcək. Belə ki, fasilələr zamanı bu rayonda Bilgəh, Pirşağı və Kürdəxanı qəsəbələrinin təqribən 15 min abonentinin ehtiyaclarını "Aşağı Şağan" qaz xətti ilə ödəmək mümkün olacaq.

0