ELM

Prezidentdən yeni təyinatlar

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı Dövlət Pedaqoji Universitetinə və Bakı Slavyan Universitetinə yeni rektorlar təyin edib

BAKI, 23 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Cəfər Məmməd oğlu Cəfərovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Sputnik xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Cəfər Cəfərov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilib.

Həmçinin Prezident İlham Əliyev Nurlana Müzəffər qızı Əliyevanın Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Asif Abbas oğlu Hacıyev Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

Xəbər lenti
0