Möhsün Nağısoylu - AMEA Dilçilik İnstitutunun direktoru

Azərbaycan dilinin yeni qrammatikası yazılacaq

89
Möhsün Nağısoylu: "Fonetikada ciddi dəyişiklik olmayacaq. Amma morfologiya, sintaksis, üslubiyyat, nitq mədəniyyəti bölmələrində ciddi dəyişikliklərin olacağı gözlənilir"

BAKI, 23 iyun — Sputnik. Gələn ildən Azərbaycan dilinin qrammatikasının təkmilləşdirilməsi üçün işlərə başlamaq nəzərdə tutulur. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib.

Kitab sərgisi
© Sputnik / Кирилл Каллиников

Onun sözlərinə görə, qrammatika müasir elmi tələblər səviyyəsində qurulmalıdır: "Üç cilddə olan Azərbaycan dilinin qrammatikası sonuncu dəfə 1980-ci illərdə nəşr edilib. Həmin dövrdən sonra elmi səviyyə yüksəlib, elmi tələblər artıb. Ona görə də düşünürəm ki, Azərbaycan dilinin elmi qrammatikası yenidən işlənib hazırlanmalıdır".

M.Nağısoylu qeyd edib ki, Azərbaycan dilinin qrammatikasının bütün bölmələri yenidən işlənməlidir. Onun sözlərinə görə, fonetikada ciddi dəyişiklik olmayacaq. Amma morfologiya, sintaksis, üslubiyyat, nitq mədəniyyəti bölmələrində ciddi dəyişikliklərin olacağı gözlənilir.

"Çünki bu sahə üzrə yeni araşdırmalar var. Ona görə də düşünürəm ki, dilçilik elminin yeni nailiyyətləri orada öz əksini tapmalıdır. O zaman qrammatika yazılanda bu sahələr bu şəkildə inkişaf etməmişdi. Digər tərəfdən, o zaman müəyyən məhdudiyyətlər vardı. İndi isə müstəqil dövlətik. Çalışacağıq ki, Azərbaycan dilinin qrammatikasını başqa türkdilli xalqların qrammatikası ilə uyğunlaşdıraq, ortaq nöqtələrə gələk", — direktor əvəzi vurğulayıb.

89
Teqlər:
Möhsün Nağısoylu, Dilçilik İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, qramatika, dilçilik, dil, Azərbaycan dili
Əlaqədar
Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir
Dilin bəlasına düşmək belə olur
Latviyada rus dilinə birdəfəlik qadağa
Milyonlarla iranlı rus dilini öyrənmək istəyir
Millət vəkili: yeni dilənçilik növü yaranıb
Azərbaycan dilində kitab sərgisi təşkil etdiyi üçün həbs olundu
Bakı məktəblərin birində tədris prosesi, arxiv şəkli

Hər kəs oxuyacaq - Nazirlik yeni tədris ili məsələsinə aydınlıq gətirdi

838
Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməkdədir

BAKI, 5 avqust — Sputnik. Hazırda Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, ümumi təhsil müəssisələrinin I siniflərinə şagirdlərin qəbulu prosesi aparılır, müəllimlərin işə qəbulu imtahanının növbəti həftədən başlanması nəzərdə tutulur, təhsil müəssisələrinin tikintisi və təmiri, tədris resurslarının hazırlanması və digər sahələr üzrə işlər isə davam etdirilir.

Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyatı dövlət qurumları ilə bu istiqamətdə müzakirələr aparılır.

Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməkdədir. Bunun üçün ənənəvi təhsil forması ilə yanaşı, müxtəlif təhsil pillələri üçün bir sıra modellər artıq formalaşdırılıb. Bu istiqamətdə mövcud resurslardan istifadə ilə yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlıq həyata keçirilməkdədir.

Tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır. Bununla bağlı mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.

838
Emin Əmrullayev, arxiv şəkli

Təhsil naziri ilk təyinatına imza atdı

35
(Yenilənib 13:48 29.07.2020)
Müşavir təyin edilən Elnur Nəsibov Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb

BAKI, 29 iyul — Sputnik. Təhsil Nazirliyində yeni təyinat olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Nazirin əmri ilə Elnur Nəsibov müşavir təyin edilib. O, bu barədə öz sosial şəbəkə hesabında yazıb.

E.Nəsibov bundan əvvəl Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, iyulun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev Təhsil naziri təyin edilib.

35
Yerevanda epdimioloji vəziyyət

Ermənistanda koronavirusa yoluxanların sayı 40 minə yaxınlaşır

0
(Yenilənib 13:29 06.08.2020)
Gürcüstanda isə daha 9 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1206-ya çatıb.

BAKI, 6 avqust — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 39819-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 233 nəfər artıb.

Ermənistanda son gündə daha 2 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 772-yə çatıb. Xəstəlikdən sağalanların sayı 31556 olub. Hazırda bu ölkədə 7263 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 9 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1206-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,8 milyonu keçib, 707 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0