BAKI, 14 iyun — Sputnik. QS reytinq agentliyinin 2016-cı il iyunun 14-ü üçün inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralaması açıqlanıb. Reytinq regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparılıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb. Bu barədə Sputnik UNEC mətbuat xidmətinə istinadən məlumat verir.
Reytinq 9 indikator üzrə aparılıb: akademik reputasiya, məqalə üzrə sitat sayı, işəgötürənlərin reputasiyası, müəllim tələbə nisbəti, elmi dərəcəsi olan müəllimlərin sayı, əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti, əcnəbi tələbələrin yerli tələbələrə olan nisbəti, veb təsir və məqalə sayının müəllim sayına olan nisbəti.
Akademik reputasiya indikatoru üzrə göstəricilər ali təhsil müəssisələrinə öz akademik fəaliyyətlərinin mövcud vəziyyətini təhlil etmək imkanı verir. Bu zaman dünya üzrə rəy verənlərin cavabları əsas götürülür. Qiymətləndirmə zamanı bu il 77000-dən çox rəy toplanıb. Reytinqdə 30% olmaqla ən böyük çəkiyə malik akademik reputasiya indikatoru üzrə UNEC-in əldə etdiyi qiymətləndirmə 39.4-dür.Veb təsir, yəni universitetlərin yeni texnologiyalardan səmərəli istifadəsi indikatoru üzrə reytinqdə UNEC-in internet resurslarının effektivliyi 52.6 balla qiymətləndirilib. Burada əsas olaraq Webometrics qiymətləndirmələri götürülür ki, 2015-2016-cı illər üzrə bu reytinqdə UNEC ölkə üzrə birinci yerdə qərarlaşıb.
İşəgötürənlərin reputasiyasında ötən illərin göstəricilərinə nisbətən xeyli irəliləyiş var. Bu indikator üzrə ümumilikdə 2016-cı il üçün 44200-dən çox rəy toplanıb. Müxtəlif biznes qurumlarının verdiyi səsvermə əsasında UNEC-in yekun balı 22.2 olub. Qiymətləndirmə universitet məzunlarının müxtəlif müəssisələrə işə götürülməsinin təhlil olunmasına köməklik göstərir.
Müəllim və tələbə sayı nisbəti indikatoru üzrə bal 22.1 olub. Burada müəllim heyəti sayının tələbə sayına olan nisbəti əsas götürülür. Müəllim sayına düşən məqalələrin orta sayının göstəricisi 1.1 olub ki, bu da Azərbaycan ali təhsil müəssisələri arasında ikinci ən yaxşı göstəricidir. Bura ali təhsil müəssisələrinin SCOPUS bazasında indeksləşən məqalələrin sayı daxildir. Bu indikator üzrə UNEC-in irəliləməsinə əsas səbəblərdən biri bu ildən etibarən UNEC-də ilk dəfə olaraq, pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirmək məqsədilə tətbiq olunan differensial əmək haqqı sistemi olub.
Elmi dərəcəsi olan müəllimlərin sayı indikatoru üzrə də UNEC irəliləyiş əldə edib. Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri olan müəllimlərin sayının ümumi müəllimlərin sayına olan nisbəti 55.9% təşkil edir ki, bu da UNEC-ə 10.4 bal qazandırıb.
Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti indikatoru üzrə alınan bal 10.8, əcnəbi tələbələrin sayının yerli tələbələrin sayına olan nisbəti indikatoru üzrə isə toplanan bal 4.9 olub.QS haqqında:
QS Quacquarelli Symonds LTD dünya üzrə ali təhsil müəssisələrinin reytinqini 2004-cü ildən etibarən aparır. Reytinq inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika regionu, Asiya, Latın Amerikası və Ərəbistan regionları üzrə ali təhsil müəssisələrinin sıralamasını müəyyən edir. Dünya üzrə reytinq sıralaması isə hər ilin sentyabrında açıqlanır.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.
BAKI, 28 fevral - Sputnik. ExoMars-2016 missiyasının Trace Gas Orbiter Rusiya-Avropa kosmik aparatı Mars planetinin səthində nəhəng burulğanların şəklini çəkib.
Sputnik Azərbaycan bildirir ki, şəkilləri "Roskosmos" paylaşıb.
"Nəhəng toz burulğanları Mars səthində daimi hadisədir. 2021-ci il fevralın 27-də Trace Gas Orbiter aparatındakı CaSSIS kamerası ilə 45 saniyə fərqlə çəkilmiş bu iki şəkildə iki hərəkət edən burulğan görünür", - dövlət şirkətinin saytında deyilir.
Məlumat verilir ki, parlaq ləkələr Marsın cənub yarımkürəsində, 70 kilometrik kraterin dibi ilə hərəkət edərək özlərindən sonra tünd rəngli zolaqlar buraxır. İki toz sütununun hərəkət edən kölgəsi də görünür. Burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir.
Marsdakı burulğanların hündürlüyü 8 kilometrə çata bilər. Onlar özlərindən sonra onlarla, yüzlərlə kilometr enində izlər qoya bilir. Qırmızı planetin burulğanlarının öyrənilməsi son dərəcə vacib hesab olunur. Çünki bu, onların zaman keçdikcə planetin iqliminə necə təsir etdiyini anlamağa kömək edər.
BAKI, 24 fevral — Sputnik. Dekabrın 19-da onlayn keçirilmiş milli qiymətləndirmənin nəticələri Təhsil İnstitutu tərəfindən təhlil edilib.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, ölkədə fəaliyyət göstərən 3500-ə yaxın məktəbdə aparılan tədqiqatda IV, VI və IX siniflərdə təhsil alan 189445 şagird iştirak edib. Məktəblilər tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qapalı test suallarını cavablandırıblar. Qiymətləndirmədə iştirak edən şagirdlərin 53 faizini oğlanlar təşkil edib. İştirakçıların 88 faizi Azərbaycan bölməsi üzrə təhsil alanlar olub. Gender üzrə müqayisəyə nəzər salsaq, qızlar bütün fənlər üzrə daha yaxşı nəticə göstəriblər. Siniflər üzrə müqayisədə isə IV sinif şagirdləri (37 faiz) daha fəal olub.
Ərazi vahidləri üzrə müqayisə zamanı şəhər məktəblərində təhsil alan şagirdlərin nəticələrinin rayon məktəblərində təhsil alan şagirdlərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb. Belə ki, şəhər məktəbləri üzrə orta müvəffəqiyyət göstəricisi 73,7 faiz, rayon məktəbləri üzrə 64,7 faiz olub. Rayon və şəhərlər ayrı-ayrılıqda müqayisə edildikdə isə ən yaxşı nəticəni Sumqayıt şəhəri (76,8 faiz), ən aşağı nəticəni Saatlı rayonu (54 faiz) göstərib.
Təbəssüm yaradan şirniyyatların içi vanil pudinqi ilə doldurulub, üstü isə koronavirus formasında bəzədilib. COVID dizaynlı pişinin üzərinə isə çiyələklə limonlu “tibbi şpris” də əlavə olunub.
Alıcılar isə şirniyyatçıların yumoruna yetərincə dəyər verərək həmin məhsulu qısa zaman ərzində alıb, mağazanı boşaldırlar.