AMEA-nın prezidenti, akademik Akif Əlizadə və UNEC-in rektoru professor Ədalət Muradov

"Bu qərar təhsildə fasiləsizliyi təmin edəcək"

36
UNEC-də "Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar" mövzusunda konfrans keçirilib

BAKI, 7 iyun — Sputnik. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə "Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar" mövzusunda elmi konfrans keçirilib. Bu barədə Sputnik-ə UNEC-in mətbuat xidmətindən məlumat verilib.

UNEC-də keçirilən tədbirdə universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, elm, təhsil və təcrübənin vəhdəti olmadan biznesdə uğur qazanmaq mümkün deyil. Rektor elmi tədqiqatların aparılmadığı universitetin orta məktəbdən fərqlənmədiyini vurğulayıb: "UNEC-də elmlə təhsilin vəhdətini daha yüksək səviyyədə təşkil etmək üçün "Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar" mövzusunda konfrans keçirməyi qərara aldıq. Tədbirin əsas müzakirə mövzusu AMEA ilə UNEC arasında əməkdaşlıq olacaq".

"İstəyirik ki, müəllimin pedaqoji fəaliyyəti onun elmi tədqiqatları əsasında qiymətləndirilsin. Bunu nəzərə alaraq, UNEC-də Diskurs.az — virtual iqtisadi forumu və "UNEC ekspert" jurnalı yaradılıb. Bu resurslar müəllimlərimizə elmi tədqiqatlarının nəticələrini ictimaiyyətlə bölüşmək imkanı verir", — Ə. Muradov qeyd edib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayaraq, konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Dövlətin elm və təhsilə qayğısından söz açan akademik, prezident İlham Əliyevin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı təşəbbüsünü alqışladığını bildirib.

"Bu qərar elm və təhsildə kadr hazırlığına böyük zəmin yaradacaq, təhsildə fasiləsizliyi təmin edəcək. Tədqiqatçıların böyük əksəriyyəti qadınlardır. Yeni qərarın magistr və doktorantlar arasında oğlanların sayının artmasına da təsir edəcəyini ümid edirik", — deyə AMEA prezidenti bildirib.

O, Təhsil Nazirliyi ilə birlikdə universitetlərlə əlaqələri genişləndirməyin üstünlüklərindən danışıb. Bildirib ki, akademiyada universitetlər yaradılarsa, onlar gələcəkdə mükəmməl elm təhsil mərkəzlərinə çevriləcək. Elm və təhsilin vəhdəti yeni tələblərə uyğun istiqamətdə yaradılmalıdır, deyən akademik, burada innovasiyanın da vacib faktor olduğunu bildirib.

AMEA-nın İctimai Elmlər bölməsinin akademik katibi, EA-nın müxbir üzvü Nərgiz Axundova "İqtisadi biliklərin tədrisinin ictimai elmlər sahəsində əhəmiyyəti" mövzusunda danışıb: "O ölkə rəqabət sistemində üstünlüyə nail ola bilər ki, orada bilik iqtisadiyyatı öz əksini tapsın. Gələcək iqtisadiyyatın təməli elm və təhsilin vəhdətindədir. Akademik təhsillə biznes biliklərinin birləşməsi iqtisadi dinamikaya gətirib çıxaracaq".

Nəzəriyyə ilə təcrübənin bir-birindən uzaq düşdüyünü vurğulayan N.Axundova bu proseslərdə elmi tədqiqatların vacibliyini qeyd edib. Bildirib ki, elmi tədqiqatla məşğul olan müəllim iqtisadiyyatda gedən prosesləri daha yaxşı görə bilir.

UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədov "Elm və təhsilin sintezi: dünya təcrübəsi və aktual meyllər" mövzusunda məruzə ilə çıxış edib. Professor elmi fəaliyyəti gücləndirmək, alimləri beynəlxalq aləmdə tanıtdırmaq məqsədi ilə, dünya təcrübəsini rəhbər tutaraq, ölkədə Elmi İstinad İnstitutunun təsis olunmasının vacibliyini vurğulayıb. Z.Məmmədov, eyni zamanda, professor-müəllim heyətinin elmi tədqiqat fəaliyyətinin yüksəldilməsi məqsədilə dərs yükünün azaldılmasını və bakalavr pilləsində "Elmi tədqiqatın əsasları" fənninin tədris olunmasını, tədrisə isə AMEA-nın professorlarının cəlb olunmasını təklif edib. Professor həmçinin, UNEC nəzdində Bakı Ali Bank Məktəbinin açılması fikrini də irəli sürüb.

Konfransda müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Bildirilib ki, AMEA ilə UNEC-in vahid kitabxana şəbəkəsinin yaradılması, dərslik hazırlığı və birgə tədqiqatların aparılması elm və təhsilin vəhdətini təmin etməkdə vacib rol oynayacaq.

Sonda AMEA ilə UNEC arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəddə birgə elmi-tədqiqatların aparılması, onların tədris prosesində tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, tədris-metodiki ədəbiyyatın işlənib hazırlanması və digər məsələlər öz əksini tapıb.

36
Teqlər:
Nərgiz Axundova, Akif Əlizadə, "Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar", Zahid Məmmədov, AMEA, Ədalət Muradov, Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC, Azərbaycan Milli Elmlər Akademiyası
Əlaqədar
UNEC Mərkəzi Asiya Universitetlər Birliyinə üzv seçilib
Fiziki məhdudiyyətli uşaqlar UNEC-in təhsil imkanları ilə tanış olublar
Webometrics nəticələri açıqladı: UNEC Azərbaycan birincisidir
UNEC-də nümunəvi dərslər aylığına start verilib
Dərs cədvəlinə baxan məktəbli, arxiv şəkli

Şagirdlərin qış tətilinin vaxtı açıqlandı

44
(Yenilənib 19:16 21.01.2021)
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublunun verdiyi açıqlamaya görə, qış tətili şənbə və bazar günləri də daxil olmaqla cəmi 5 gün olacaq.

BAKI, 21 yanvar — Sputnik. Yanvarın 27-də şagirdlərin qış tətili başlayacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, qış tətili fevralın 1-dək davam edəcək. Həmin gün tədris ilinin ikinci yarımili başlayacaq.

44

Əyani təhsil başlayanda şagirdləri nələr gözləyir?

52
(Yenilənib 16:26 20.01.2021)
Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması təhsilə də sirayət edəcək. KİV-də məlumat yayılıb ki, Təhsil Nazirliyi məktəbləri açmağa hazırlaşır, ancaq konkret vaxt deməyə hələ tələsmir

Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb. 

Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur. 

Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə: 

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

52

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya