ELM

Ali məktəb və kolleclərdə imtahanların vaxtı dəyişdirildi

© Photo : REPORTAli məktəblərə qəbul imtahanı. Arxiv şəkli
Ali məktəblərə qəbul imtahanı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Formula 1 ilə əlaqədar, universitetlərdən, orta ixtisas təhsil müəssisələrinin rəhbərlərindən iyunun 15-dən 20-dək imtahan təyin olunmaması xahiş edilib

BAKI, 31 may — Sputnik. Bu il Bakıda keçiriləcək Formula 1 yarışları ilə əlaqədar olaraq paytaxtdakı ali təhsil müəssisələrində və kolleclərdə yay imtahanlarının keçirilmə vaxtı dəyişdirilib. Bu barədə Trend-ə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Nazirlik sözçüsü bildirib ki, elm, ali və orta ixtisas təhsili şöbəsi, yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün, universitetlərdən, orta ixtisas təhsil müəssisələrinin rəhbərlərindən iyunun 15-dən 20-dək imtahan təyin olunmaması xahiş edib. Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu qaydada davam etdiriləcək.

C.Valehov deyb ki, bu, yalnız tövsiyə xarakterlidir və imtahanların keçirilməsi kiçik bir dövrü əhatə edəcək. Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.

Xəbər lenti
0