Kök adam

60 saniyəyə bu bəladan qurtula bilərsiniz

5893
Evdə hazırlayacağınız qarışıq qida, qısa müddətə qarın şişkinliyinizi və köp kimi şikayətlərinizi yox edə biləcək.

BAKI, 21 apr — Sputnik. Qarın şişkinliyindən şikayətçisiniz, nə yesəniz, dərhal qarınınız şişir və bu şikayətdən qısa müddətdə xilas olmaq qeyri-mümkündür deyə düşünürsünüzsə, yanılırsınız. Evdə hazırlayacağınız və şikayətlərinizi 60 saniyəyə yox edə biləcək qarışıq qida mövcuddur.

Sputnik azadqadin.az-a istinadən həmin qarışığın tərkibini və hazırlanmasını təqdim edir.

Tərkibi:

1 orta boy xiyar (qabıqları soyulmuş və dilimlənmiş)
1 orta boy limon (incə dilimlənmiş)
1 çay qaşığı sürtgəcdən keçirilmiş zəncəfil
12 ədəd kiçik nanə yarpağı
2 litr su

Hazırlanması:

Bir qaba 2 litr su (ilıq), zəncəfil və nanə yarpaqları əlavə edin. Bir neçə dəfə qarışdırdıqdan sonra incə dilimlənmiş limonu və xiyar dilimlərini əlavə edin və təkrar qarışdırın. Gecə otaq istiliyində saxlayın. Səhər qalxdığınızda qarışıq içməyə hazır hala gəlmiş olacaq.

Bu qarışığı gündə 8-10 stəkan içməlisniz. Bu ev istehsalı içki həzm sistemini yaxşılaşdıracaq, qəbizlik və qabarıqlıq problemini ortadan qaldıracaq. Bu qarışığı qəbul etmədən öncə həkim məsləhəti almağı unutmayın.

5893
Teqlər:
nanə, zəncəfil, limon, xiyar, köp, qarın şişkinliyi
Əlaqədar
Azərbaycan əhalisinin qida rasionu dəyişir
Böyrək daşına səbəb olan qida məhsulları
Bu qidaları yeyən insanlarda damar tutulmaları olmur
Göz sağlamlığı üçün faydalı qidalar
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Məktəbdə dərs prosesi, arxiv şəkli

Bu gün onlayn, sabahdan əyani - Azərbaycanda tədris bu formada davam edəcək

8
(Yenilənib 11:12 16.05.2021)
Bakı, Sumqayıt, Şəki, Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani keçiləcək

BAKI, 16 may — Sputnik. Azərbaycanda bu gündən etibarən onlayn dərslərə start verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün bazar günü olmasına baxmayaraq ölkədə rəsmi iş günü olduğundan, dərslər onlayn formada keçirilir. Mayın 17-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa ediləcək.

Təhsil Nazirliyi kollegiyasının müvafiq qərarına əsasən, sabahdan etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq.

Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.

Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.

Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.

X-XI siniflər üzrə dərslər onlayn formada davam etdiriləcək.

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formaya keçirilmişdi.

Eləcə də oxuyun: 

Şagirdlər üçün maska taxmaq məcburidir? - Nazirlikdən rəsmi mövqe

Məktəblərdə koronavirusa yoluxma riski - Baş pediatr açıqladı

 

8
Teqlər:
Azərbaycan, bərpa, əyani təhsil
Sinif otağında dərs prosesi, arxiv şəkli

Birinci sinfə qəbul portalı aktivləşdi - Bu gündən

5
(Yenilənib 10:16 16.05.2021)
Müsahibəyə yazılma mərhələsinin iyunun 8-i saat 11:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələrin isə mayın 4-dən iyunun 14-dək təşkili planlaşdırılır.

BAKI, 16 may — Sputnik. Bu gündən birinci sinfə şagird qəbulu üzrə www.mektebeqebul.edu.az portalı fəaliyyətini bərpa edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Ramazan bayramı tətili ilə əlaqədar mayın 8-dən portala giriş müvəqqəti dayandırılmışdı.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunan və cəlb olunmayan uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesi də davam edir. Müsahibəyə yazılma mərhələsinin iyunun 8-i saat 11:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələrin isə mayın 4-dən iyunun 14-dək təşkili planlaşdırılır.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

5

Vladimir Putin azərbaycanlıları mükafatlandırdı

0
(Yenilənib 21:24 16.05.2021)
Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimləri təltif olunublar.

BAKI, 16 may - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimlərini təltif edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Trend yazır.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Puşkin medalına, teatrın baş rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovski "Dostluq" ordeninə layiq görülüb.

2020-ci ildə Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev də Vladimir Putinin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdu. 

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının əməkdaşlarının orden və medallarla təltif olunması, eləcə də onlara mədəniyyət sahəsində fəxri adların verilməsi barədə sərəncam imzalamışdı.

0
Teqlər:
Rus Dram Teatrı, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, təltif, Vladimir Putin