Qəbul imtahanları. Arxiv şəkli

Cəmiyyət təşvişdə: kasıb balalarının ali məktəbə yolu bağlanır?

4584
(Yenilənib 15:37 13.04.2016)
TQDK-nın ləğv edilib, yeni qurumun yaradılması əhali arasında narahatlıqlara səbəb olub. Test üsulunun ləğv ediləcəyi ilə bağlı iddialar isə, kasıb təbəqədən olan ailələri daha çox narahat edir.

BAKI, 13 apr — Sputnik. "Azərbaycanın müstəqillik əldə edikdən sonra ilk uğurlu islahatlarından biri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaradılması oldu. O zaman qeyri-obyektiv seçimlər gedirdi. Amma TQDK dünya standartlarına cavab verən üsul və vasitələrdən istifadə edərək ali təhsil ocaqlarına qəbulu həyata keçirməyə başladı".

Kamran Əsədov, təhsil üzrə ekspert
© Photo : APA
Kamran Əsədov, təhsil üzrə ekspert

Bu fikirləri Sputnik-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov səsləndirib. TQDK-nın imtahan prosesinin şəffaf keçirilməsinə nəzarət edən qurum olduğunu deyən ekspertin sözlərinə görə, Komissiya operativ fəaliyyət göstərməsi ilə də fərqlənib: "Vətəndaşlar nə zaman istəsəydilər, suallarını quruma ünvanlayıb cavab ala bilirdilər. Hansı ki, digər qurumlarda belə operativlik, demək olar ki, yoxdur".

TQDK-nın hansı zərurətdən ləğv edilməsinə gəldikdə, K. Əsədovun sözlərinə görə, əslində sözügedən qurum ləğv olunmayıb, sadəcə adı dəyişdirilib: "Digər bir qurum vardı — Dövlət Qulluğu Məsələləri üzrə Komissiya. Bu qurum ləğv edildi və TQDK ilə birləşərək, yeni yaranan Dövlət İmtahan Mərkəzində birləşdirildi".

"Bunun səbəbi isə odur ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilat və qurumların üzvüdür və dövlət qurumlarının sənədi beynəlxalq arenada mühüm rol oynayır. TQDK sözü beynəlxlq arena üçün məhdudiyyət yaradırdı. Çünki, TQDK tək tələbə qəbulunu deyil, eyni zamanda magistr, kolleclərə qəbulu, digər qəbulları həyata keçirirdi. Amma qurumun adında konkretlik vardı. Sadəcə yeni yaradılan qurumun adı daha universallaşdı və bu da daha məqsədəuyğundur", —deyə mütəxəssis bildirib.

Burda daha bir yeniliyin olduğunu deyən həmsöhbətimizin dediyinə görə, əvvəllər TQDK qəbul və sınaq imtahanlarını təkbaşına həyata keçirirdisə, artıq yeni yaradılan Dövlət İmtahan Mərkəzi görəcəyi işlərdə, edəcəyi nəşrlərdə, dərsliklər və kitabların çapında Təhsil Nazirliyi ilə ortaq məxrəcə gələrək qərar verməli olacaq: "Son illər iki qurumun arasında gedən mübarizədə Təhsil Nazirliyi, haardasa istədiyinə nail oldu. Artıq nazirlik qəbul prosesində öz təkliflərini qəbul etdirə biləcək".

Test üsulunun ləğv edilib-edilməyəcəyinə gəlincə, ekspert qeyd edib ki, builki qaydalarda dəyişikliklər yoxdur: "Bu il sənəd qəbulu və qəbul imtahanı köhnə qurumun qoyduğu qaydalar əsasında aparılacaq. Yeni İmtahan Mərkəzinin qaydaları isə yeni təhsil ilindən həyata keçiriləcək. Müsabiqə yenə də test imtahanı ilə olacaq. Yeni nizamnamədə də test imtahanı üsulu ilə davam etdiriləcək. Bir yenilik də İmtahan Mərkəzinin 1 milyon manat büdcəsinin olması ilə bağlıdır. Bu da qurumun gələcəkdə başqa yollara əl atmamasına səbəb olacaq".

Бахтияр Гаджиев
© Photo : Bakhtiyar Hajiyev
Бахтияр Гаджиев

Xaricdə təhsil üzrə ekspert Bəxtiyar Hacıyev isə düşünür ki, bu struktur dəyişikliyi, qurumun daha az ştat vahidi ilə daha effektiv işləməsinə hesablanıb. "Düşünmürəm ki, TQDK-nın əvvəl gördüyü işlərə dəyişiklik ediləcək. Hələlik sadəcə ad dəyişdirilib", —deyə o, Sputnik-ə açıqlamasında bildirib.

Test üsulunun ləğvi və kasıb ailələrin övladlarının ali məktəblərə qəbulunda maneələr yaradılıb-yaradılmayacağı ehtimalına gəldikdə, B. Hacıyev test üsulunun ləğvinin tərəfdarı olduğunu deyib, amma: "Mən həm Azərbaycanda, həm də xaricdə təhsil almış biri kimi deyə bilərəm ki, test üsulu ilə qəbul effektli deyil. Mən düşünürəm ki, hər bir universitet özü tələbə qəbulu həyata keçirsə, daha gözəl olar".

"Çox ölkələrdə bu sistemdən istifadə edilir. Sadəcə Azərbaycanda korrupsiyanın bir çox növləri inkişaf etdiyindən, təhsildə inkişaf əvəzinə, geriləmə olar. Ona görə hələ korrupsiya tamamilə ölkədə ləğv olunmayana kimi, test üsulunu ən mükəmməl üsul kimi qəbul edirəm", —deyə ekspert vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin yaradılıb.

Bunun ardınca cəmiyyətdə narahatlıq dolu müzakirələr meydana gəlib. Xüsusilə test üsulunun ləğvi və nəticədə kasıb ailələrin övladlarının ali məktəbə gedən yolunda əngəllər yaradılacağı ilə bağlı iddialar təşvişə səbəb olub.

4584
Teqlər:
Kamran Əsədov, sınaq, Dövlət İmtahan Mərkəzi, test, Bəxtiyar Hacıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, qəbul, imtahan, TQDK
Əlaqədar
Prezident TQDK-nı ləğv etdi
TQDK bu ilki qəbul imtahanlarının tarixini açıqlayıb
Prezident Məleykə Abbaszadəni yüksək vəzifəyə təyin etdi
Magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirilir
 Boş dərs otağı, arxiv şəkli

Nazirlər Kabineti təhsillə bağlı qərar verdi

103
Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir

BAKI, 20 noyabr - Sputnik. Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

Qeyd edək ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Müəyyən edilib ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.

103
Teqlər:
dəyişiklik, qərar, Nazirlər Kabineti, distant, təhsil, Azərbaycan
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

20
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

20
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

0
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,68 dollar ucuzlaşaraq 48,05 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,59 dollar geriləyərək 47,59 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 45,06 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Teqlər:
barel, birja, qiymət, neft