Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Rayon təhsil şöbələrinin ləğvi vaxta qaldı?

517
(Yenilənib 15:01 31.03.2016)
Mədəniyyət və Turizm Nazirliyində oxşar addımın atılması sözügedən mövzunu yenidən gündəmə gətirib: "Bunun da çox böyük əhəmiyyəti var - təhsilə müstəqillik verilir"

Təhsil Nazirliyinin regional idarələrinin yaranması nə vaxta qaldı?
BAKI, 30 mart — Sputnik. Azərbaycanda çoxdan gözlənilən struktur islahatları bir sıra dövləq qurumlarını əhatə etməklə davam edir. Bir müddət öncə Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirildi, regonal idarələrin formalaşdırılması prosesi ARDNŞ-də də özünü göstərir. Ötən ilin fevralında isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olundu.

Bu proses Mədəniyyət və Turizm Nazirliyində davam etdirilib. Martın 29-da Prezidentin imzaladığı sərəncamla nazirliyin rayon şöbələri ləğv edilərək, əvəzində regional idarələr yaradılıb.

Ekspertlərin fikrincə, oxşar proseslər Təhsil Nazirliyində də həyata keçirilə bilər. Dəyişiklik təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, eləcə də, təhsil sistemində hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərə xidmət etməlidir. Bəs rayon təhsil şöbələrinin ləğvi təhsilimizə nə verəcək?

Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev hesab edir ki, bu struktur islahatının çox böyük əhəmiyyəti var. Onun sözlərinə görə, təhsil şöbələri ləğv edilməli və regional təhsil idarələri yaradılmalıdır.

"Yəni əvvəllər hər bir rayonda bir təhsil şöbəsi vardırsa, indi 4-5 rayon birləşir və təhsil idarəsi yaranır. Bunun da çox böyük əhəmiyyəti var — təhsilə müstəqillik verilir. Digər tərəfdən də, müəllimlərin əmək haqqları artırılır, amma idarəetmədə struktur dəyişikliyi gedir. Müəyyən ixtisarlar olur ki, bu da maliyyə baxımından faydalıdır", —deyə professor Sputnik-ə açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, bununla təhsil sisteminə olan bütün müdaxilələr aradan qaldırılacaq: "Təhsil idarələri mobil bir təşkilat olaraq formalaşacaq, oraya təhsil sahəsində işləməyən vəzifəli şəxslərin müdaxiləsi sıradan çıxacaq. Məsələn, hansısa icra başçısı təhsil şöbəsini öz xidmətçisi hesab edir və hasar çəkilməsi və digər xərc çəkilən işləri ona tapşırır. O da naçar qalır. Nə etsin? Valideynlərdən və kimlərdənsə bunun üçün məbləğ toplanır və bu iş görülür. Daha belə olmayacaq. İndi təhsil idarələri birbaşa Təhsil Nazirliyindən təlimatı, göstərişləri alıb yerinə yetirəcək. Digər müdaxilələr də sıradan çıxacaq".

Azad Müəllimlər Birliyinin (AMB) sədri Məlahət Mürşüdlünün sözlərinə görə isə, prezident İlham Əliyev "Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" sərəncam imzalasa da, onun icrası həyata keçirilmir: "Elə söhbətlər var idi, lakin sonra onun icrası dayandırıldı".

İstisna edilmir ki, struktur islahatları zamanı müəyyən sayda adamlar iş yerlərini itirə bilərlər. Ekspertlərin fikrincə, bunun qarşısını almaq üçün təkliflər hazırlanmalıdır.

Martın 30-da Salyan rayonunda vətəndaşları qəbul edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, görüş əsnasında nazirliyin strukturunun təkmilləşdirilməsi haqqında Prezident sərəncamına da toxunub. O, bildirib ki, islahatların həyata keçirilməsi işçilərin ixtisar olunmasına gətirib çıxarmayacaq.

517
Teqlər:
təhsil şöbələri, struktur islahatları, təhsil, Təhsil Nazirliyi
Əlaqədar
Yeməyi təhsildən üstün tutanlar...
TQDK Təhsil Nazirliyinə birləşərsə, nə baş verər?
Təhsil nazirliyi şagirdin döyülməsi faktını araşdırır
Təhsil haqları qalxa bilərmi?
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin edilib
Təhsil sahəsində lisenziyalar üçün dövlət rüsumu iki dəfə azaldıldı
Tələbələr imtahan verirlər, arxiv şəkli

Bəzi tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

9
(Yenilənib 18:00 24.09.2020)
Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək.

BAKI, 24 sentyabr — Sputnik. Ola bilsin ki, gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilsin.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda ali məktəblərə sənəd qəbulu zamanı abituriyentin həssas qrupa aid olub-olmadığı bilinmir:

"Amma ola bilsin ki, belə abituriyentlərin sosial statusu ilə bağlı gələcəkdə təqdim edə biləcəkləri sənəd əsasında onların sayını elə sənəd qəbulu zamanı müəyyən edək. Bu səbəbə görə hazırda bizdə bu il ali məktəbə qəbul olan həssas təbəqəyə aid olan abituriyentlərin sayı barədə məlumat yoxdur. Biz ərizələri qəbul edən zaman şəxsiyyət vəsiqəsinin FİN kodu ilə abituriyentin kimliyini yoxlayırıq".

M.Abbaszadə əlavə edib ki, ödənişli ixtisaslara qəbul olunanların bir qisminin təhsil haqqı dövlət hesabına ödəniləcək:

"Bu, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin üzvləri üçün həmişə olub, amma bu ildən valideyn himayəsindən məhrum olan və s. həssas əhali qrupuna aid edilən ailələrin övladlarının təhsil haqları dövlət tərəfindən ödəniləcək. Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək".

9
Teqlər:
Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası, Dövlət İmtahan Mərkəzi
 Distant təhsil, arxiv şəkli

Ölkədə distant təhsilə keçən siniflərin sayı artdı

7
(Yenilənib 15:57 24.09.2020)
İndiyədək isə distant təhsilə keçən siniflərin sayı 9, distant təhsilə keçirilmiş məktəblərin sayı 1 nəfər təşkil edir

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanda koronavirusa görə üç sinif distant təhsilə keçib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin 24 sentyabr üzrə ümumi təhsil müəssisələrində COVID-19-la bağlı hazırladığı statistikada qeyd olunub. Məlumatda bildirilir ki, bu gün üçün heç bir məktəb distant təhsilə keçirilməyib. İndiyədək isə distant təhsilə keçən siniflərin sayı 9, distant təhsilə keçirilmiş məktəblərin sayı 1 nəfər təşkil edir.

7
Teqlər:
sinif, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19, təhsil, distant, məktəb
Əlaqədar
Azərbaycanda şagirdlər arasında koronavirusa yoluxma sayı açıqlandı
"Babalı Sərvərin boynuna" - valideynlər niyə iltizam imzalamalıdırlar?
Təhsil Nazirliyi məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumat yayıb
Gələn aydan məktəblərlə bağlı təhlükə daha da böyüyəcək
Ölkədə təhsil böhranı yaşanır, internet problemi isə hələ də həllini tapmayıb
Moskvada COVID-19 hospitalı, arxiv şəkli

Koronavirus can almaqda davam edir: Bir gündə yüzdən çox adam təkcə Rusiyada ölüb

0
(Yenilənib 19:39 24.09.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1128836-ya çatıb. Rusiyada pandemiya yayılandan 19948 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 929829-a çatıb.

BAKI, 24 sentyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 6595 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 149 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1128836-ya çatıb. Rusiyada pandemiya yayılandan 19948 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 929829-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 31,7 milyonu keçib, 973 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
operativ qərargah, Rusiya, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Koronavirus qurbanlarının sayı 950 minə yaxınlaşır
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir