Azərbaycan Dövlət İqtisad Universiteti

Fiziki məhdudiyyətli uşaqlar UNEC-in təhsil imkanları ilə tanış olublar

59
Mərkəzdəki uşaqlar və UNEC-in Yaradıcılıq Mərkəzi üzvlərinin iştirakı ilə Novruz şənliyi qeyd edilib. Görüşün sonunda UNEC-in THİK-nin təşkilatçılığı ilə təşkil edilən xeyriyyə konsertindən əldə edilən vəsait hesabına Günərzi İcma Əsaslı Reabilitasiya Mərkəzinin üzvlərinə bayram sovqatı paylanıb.

BAKI, 18 mart — Sputnik. Martın 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri (UNEC) "Müşviq" Qaradağın Əlil Uşaqlarına Yardım İctimai Birliyi nəzdində fəaliyyət göstərən Günərzi İcma Əsaslı Reabilitasiya Mərkəzində olublar. Bu barədə UNEC-in mətbuat xidmətindən Sputnik-ə məlumat verilib.

Mərkəzin uşaqlarına UNEC haqqında ətraflı məlumat verilib. Bildirilib ki, fiziki məhdudiyyətli gənclərin ali təhsilə inteqrasiyası istiqamətində UNEC-də zəruri tədbirlər həyata keçirilir. Bunlardan biri də, Əlilliyi olan tələbələr üçün mərkəzdir. Mərkəz "Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması" TEMPUS (ESFIDIP) layihəsi çərçivəsində yaradılıb.

Sonra Mərkəzdəki uşaqlar və UNEC-in Yaradıcılıq Mərkəzi üzvlərinin iştirakı ilə Novruz şənliyi qeyd edilib. Görüşün sonunda UNEC-in THİK-nin təşkilatçılığı ilə təşkil edilən xeyriyyə konsertindən əldə edilən vəsait hesabına Günərzi İcma Əsaslı Reabilitasiya Mərkəzinin üzvlərinə bayram sovqatı paylanıb.

Qeyd edək ki, xeyriyyə konsertində əməkdar artistlər Ədalət Şükürov, Almaz Ələsgərova, Səlim Abbasov, müğənnilər Lamiyyə Novruzova, Yaşar Yusub, Elçin Cəfərov, Vüsal Hacıyev, Əhməd Mustafayev, Elgün Hüseynov və başqaları iştirak edib. Konsertdən əldə edilən vəsaitin bir hissəsini isə UNEC tələbələri Səbail rayonunda yaşayan kimsəsiz qocalara Novruz sovqatı aparıb.

59
Teqlər:
yardım, uşaq, Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC
Əlaqədar
Azərbaycanda ilk: universitetin brendləşdirilməsi həyata keçirilib
Webometrics nəticələri açıqladı: UNEC Azərbaycan birincisidir
"Azərbaycanda uşaqların bərpa müalicəsində ən müasir üsullar tətbiq edilir"
Kasıb uşaqların ali məktəbə yolu biryolluq bağlana bilər
Здание Национальной Академии Наук Азербайджана в Баку

AMEA İnstitut direktoruna nöqsanları aradan qaldırmaq üçün şans verib

9
Rəyasət Heyətinin iclasında AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələri açıqlanıb.

BAKI, 22 yanvar - Sputnik. Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.

AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasın gündəliyinə çıxarılan ilk məsələ - AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələri ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, Komissiya tərəfindən adıçəkilən institutda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb.

O, yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqların aşkarlandığını söyləyib.

Diqqətə çatdırıb ki, Komissiya tərəfindən tərtib edilmiş yoxlama arayışı ətrafında müəssisənin rəhbərliyi və aidiyyəti şöbə müdirləri ilə müzakirələr aparılıb. 

Qeyd edilənləri nəzərə alaraq, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər. 

O.Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb. Həmçinin, müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb. İnstitutun direktoru vəzifəsinin icrası isə müvəqqəti olaraq akademik Adil Qəribova həvalə edilib.

Tədbirdə müzakirə edilən növbəti məsələ AMEA-nın Biofizika İnstitutunda keçirilmiş yoxlamanın nəticələri haqqında olub. Yoxlamanın nəticələrini təqdim edən hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev diqqətə çatdırıb ki, Biofizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 15 və 18 yanvar tarixlərində yoxlama aparılıb.  Yoxlama zamanı müəssisənin kadr və kargüzarlıq fəaliyyətində kiçik nöqsanlar aşkarlanıb. 

2016-cı ildə yaradılan bu institutun fəaliyyətində heç bir maliyyə pozuntusunun olmadığını deyən Rasim Ağasiyev sənədlərin qanunvericiliyin tələblərinə uyğun, düzgün tərtib edilməsi üçün müəssisə əməkdaşlarına qısa müddətli seminar təşkil olunduğunu bildirib.  

Rəyasət Heyəti tərəfindən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımova qeyd olunan nöqsanların aradan qaldırılması tapşırılıb.

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələlər akademiyanın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, dövlət büdcəsindən AMEA-ya ayrılan maliyyə vəsaitindən effektiv və səmərəli istifadə olunması və düzgün maliyyələşdirmə mexanizmlərinin tətbiqi özündə əks etdirən AMEA-nın 2021-ci il üçün dövlət büdcəsi ilə əlaqədar olub.

9
Национальная Академия Наук Азербайджана. Архивное фото

AMEA-nın iki institutunun rəhbərləri işdən azad olundular

12
(Yenilənib 19:17 22.01.2021)
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun, həmçinin Radiasiya Problemləri direktorları vəzifələrindən azad ediliblər.

BAKI, 22 yanvar - Sputnik. AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib. Onun yerinə hələlik təyinat yoxdur.

Həmçinin Yaqub Mahmudov AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Bu barədə məlumatı AMEA-dan təsdiqləyiblər.

12
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

0
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

0
Teqlər:
Pentaqon, ABŞ