Professor İlham Rəhimov Rusiya İstintaq Komitəsinin Akademiyasının “Fəxri professoru” adına layiq görülüb

Azərbaycanlı hüquqşünas Rusiyada "Fəxri professor" adına layiq görülüb

24
Moskvada professor İlham Rəhimovun "Cinayətkarlıq və cəza", "Cinayət və cəzanın fəlsəfəsi" və "Cəzanın əxlaqı haqqında" kitablarının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib

BAKI, 11 mart — Sputnik. 9 mart 2016-cı ildə Moskva şəhərində Rusiya Federasiyası İstintaq Komitəsinin Akademiyasında hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası İlham Rəhimovun kitablarının ("Cinayətkarlıq və cəza", "Cinayət və cəzanın fəlsəfəsi", "Cəzanın əxlaqı haqqında") müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib. Sputnik xəbər verir ki, "dəyirmi masa"da Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası, ədliyyə generalı A.İ.Bastrıkin, eləcə də, məşhur hüquqşünas alimlər, professorlar İ.M.Matskeviç, V.S.Djatiyev, V.İ.Zubkova, A.İ.Çuçaev, S.N.Baburin, Y.V.Qolik, A.İ.Korobeev, T.V.Nepomnyaşaya və başqaları çıxış ediblər.

Kitabın müzakirəsində, həmçinin Rusiyanın ictimai-siyasi xadimləri, o cümlədən Rusiya Federasiyası Federal Vergi Xidmətinin rəhbəri, I dərəcəli həqiqi dövlət müşaviri, iqtisad elmləri doktoru M.V.Mişustin, Rusiya Dövlət Duması "Dövlət Quruculuğu və Konstitusiya Qanunvericiliyi" komitəsinin sədri, hüquq elmləri namizədi V.N.Pligin, Rusiya Federasiya Şurası Avrasiyaya İnteqrasiya və Həmvətənlərlə əlaqə, MDB işləri üzrə komitənin sədri L.E.Slutskiy, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Z.A.İskandarov, Rusiyanın Vəkillik və Notariat Akademiyasının rektoru, hüquq elmləri doktoru, Rusiya Federasiyasının əməkdar hüquqşünası H.B.Mirzəyev çıxış ediblər.

İstintaq Komitəsinin Akademiyasının Elmi Şurasının qərarı ilə professor İ.M.Rəhimov Akademiyanın "Fəxri professoru" adına layiq görülüb. Həmçinin İ.M.Rəhimov Rusiya Vəkillər Gildiyasının "Vəkilliyin inkişafındakı xidmətlərinə görə" fərqlənmə nişanı ilə təltif edilmişdir.

24
Teqlər:
hüquq, Moskva, Rusiya, fəxri professor, professor, İlham Rəhimov
Əlaqədar
Putin İlham Rəhimovun şəriki olduğu mərkəzin açılışında iştirak edib
Azərbaycan multikulturalizminə dair silsilə kitablar dərc olunacaq
Azərbaycanda 3000 adama 1 kitab düşür
Məktəblərin birində, arxiv şəkli

Bu şagirdlərin summativ qiymətləndirilməsi aparılmayacaq

26
(Yenilənib 12:52 20.01.2021)
II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır.

BAKI, 20 yanvar — Sputnik. Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.

26
Teqlər:
Azərbaycan Təhsil Nazirliyi, Təhsil Nazirliyi
Məktəbdə dərs prosesi, arxiv şəkli

Məktəb, vaksinasiya, metro borclar: milyon yarım şagirdlə bağlı qərar veriləcək?

97
(Yenilənib 17:13 19.01.2021)
Yanvarın 22-də keçiriləcək brifinqdə təhsil naziri Emin Əmrullayev təhsilin növbəti aylardakı fəaliyyəti ilə bağlı açıqlama verəcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanın COVID-19 əleyhinə vaksinasiyaya başlaması ənənəvi təhsilin bərpasına ümid yaradıb. Bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, peyvənddən sonra məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq. Onun sözlərinə görə, məktəblərdə ənənəvi təhsilin bərpası nəzərdə tutulur.

Sputnik Azərbaycan peyvənddən sonra təhsilin hansı formada bərpa olunacağını araşdırıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, yanvarın 22-də keçiriləcək brifinqdə təhsil naziri Emin Əmrullayev təhsilin növbəti aylardakı fəaliyyəti ilə bağlı açıqlama verəcək.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19 əleyhinə vaksinasiyaya cəlb edilən risk qrupunda təhsil işçiləri də var. Təhsil işçilərinin peyvənd olunması isə ənənəvi tədrisin bərpası yönündə atılmış addımdır: "Ölkəmizdə vaksinasiyadan sonra məktəblər hibrid formada, həftədə bir neçə gün olmaqla açıla bilər. Amma düşünürəm ki, ənənəvi dərslərdə iştirak etmə könüllü olmalıdır. Virusa yoluxmadan narahat olanların və səhhətində problem olanların dərslərdə iştirak etməsi məcburi yox, könüllülük prinsipi əsasında təşkil ediləcək".

K.Əsədov deyir ki, məktəblər açılan kimi birinci yarımil üzrə məktəbdaxili qiymətləndirilmənin həyata keçirilməsi mümkün deyil: "Birinci yarımil üzrə məktəbdaxili qiymətləndirilmə həyata keçirilməyəcək. Çünki 1,6 milyon şagirdi qısa müddətdə bu prosesə cəlb etmək mümkün deyil. Birinci yarımil yanvarın 27-də başa çatır. Çox güman ki, şagirdlərin biliyi ikinci yarımilin sonunda qiymətləndiriləcək. Bu isə yekun qiymət olacaq".

Ekspert bildirir ki, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin də qismən və mərhələli şəkildə açılması mümkündür:

"Nəzərə almaq lazımdır ki, 1-ci kurs tələbələri ümumiyyətlə təhsil müəssisələrinə getməyiblər. 4-cü kursların isə pedaqoji, istehsalat təcrübələri var. Eyni zamanda, bəzilərinin akademik borcları yaranıb. Bütün bu problemlər bu semestr həll olmalıdır. 4-cü kurs tələbələrinin diplom işləri, buraxılış işləri var. Onlar magistratura pilləsinə qəbul imtahanı verəcəklər. Ümumiyyətlə, bütün kurslar üzrə tədrisin bərpa edilməsi istiqamətində addım atılması mümkündür".

Tədris bərpa olunsa belə, ekspert orta və ali məktəblərdə yaşı 65-dən yuxarı olan şəxslərin dərslərə buraxılmasının riskli olduğunu söyləyir: "Ənənəvi təhsil bərpa edilərkən yoluxma sayının artmaması üçün metronun fəaliyyəti bərpa edilməlidir. Məktəblərdə azı 1 giriş və 1 çıxış qapıları müəyyən edilməlidir. Şagirdlərin qoruyucu maskadan istifadə etməsi məcburi olmalıdır. Müəllimlər də sanitariya qaydalarına riayət etməli, məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır. Hibrid formada tədris bərpa olunandan sonra dərslərin müddəti azaldıla bilər. Əsas fənlər ənənəvi, digər fənlər onlayn qaydada həyata keçirilməlidir. Xüsusilə ibtidai sinif şagirdlərinə Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri hər gün tədris edilməlidir. Digər fənlər isə onlayn rejimdə keçirilməlidir".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ənənəvi təhsilin bərpasına tələsmək olmaz: "Koronavirus yayılan kimi ilk olaraq məktəblər bağlandı. Bu, səbəbsiz deyildi. Çünki təhsil müəssisələri virusun yayılması üçün ən böyük risk məkanları sayılırdı. Ona görə də biz ənənəvi təhsili bərpa etməyə tələsməməliyik. Vaksinasiya hər iki risk qrupu üzrə başa çatdıqdan və müsbət nəticə əldə edildikdən sonra məktəblərdə ənənəvi təhsilə mərhələli şəkildə başlamaq olar. Mənim fikrimcə, məktəblərdə tam ənənəvi təhsilə keçmək düzgün olmaz. Məktəblərdə dərslər hibrid formada təşkil edilməlidir".

Qeyd edək ki, artıq Rusiyada orta məktəblərdə ənənəvi təhsil bərpa olunub. Türkiyədə isə yaxın vaxtlarda təhsilin hibrid formada bərpası nəzərdə tutulur.

97
Teqlər:
Təhsil Nazirliyi, vaksinasiya, karantin, məktəb
Müharibə iştirakçılarının reabilitasiyası

Şəhid müharibə iştirakçılarının ailələrinə dəstək davam edir

0
(Yenilənib 15:07 20.01.2021)
3200-dən çox şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

BAKI, 20 yanvar — Sputnik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüşülüb, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin "Onlayn psixoloji dəstək xidməti"nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb. Eyni zamanda, Nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, 7 nəfər yaralanmış qazi əlil arabası, 6 hərbçi yüksək texnologiyalı 8 müasir protezlə təmin edilib.

0