Milli Elmlər Akademiyası

Azərbaycan "Sabahın alimləri"ni Amerikaya göndərəcək

18
Ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müsəsisələrinin 9-11-ci sinif şagirdləri elmi lahiyələrini təqdim ediblər

BAKI, 11 fev — Sputnik. Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "Sabahın alimləri" V Respublika müsabiqəsinə açılış mərasimi keçirilib. Sputnik xəbər verir ki, müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasında ABŞ-da hər il keçirilən İntel İSEF-İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur: "Ölkəmizin ümumi təhsil müsəsisələrində həyata keçirilən islahatların əsas hədəfləri sırasında gənclərdə yetkin düşüncə tərzinin, vətəndaşlıq mövqeyinin formalaşdırılması və onların tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi xüsusi yer tutur".

AMEA-nın prezidenti Akif Əlizadə və gənclər və idman nazirinin müavini İntiqam Babayev də müsabiqəni gənclərin elmə marağnının artırılması, onların isdedad, bacarıq və potensialının üzə çıxarılması baxımdan əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, "Sabahın alimləri" müsabiqəsində, ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müsəsisələrinin 9-11-ci sinif şagirdləri, 129 elmi lahiyə ilə iştirak edir. Onlardan 87-i kollektiv, 42 isə fərdi fərdi lahiyədir.

18
Teqlər:
elm, alim, V Respublika müsabiqəsi, "Sabahın alimləri", Azərbaycan Milli Elmlər Akademiyası
Əlaqədar
Azərbaycanda elmi fəaliyyətlə məşğul olmaq üçün məhdudiyyətlər ləğv edilir
İlham Əliyev "Elmlər Akademiyası" metrosunun yeni çıxışını açıb
Elmlə məşğul olanların nəzərinə: 8 milyonluq qrant ayrıldı
Elmə təzə qan gəlməsə, inkişaf edə bilməz