Professor Ədalət Muradov jurnalistlərlə görüşdə

"Mən işə gələnədək o tələbənin problemi həll olunsun!"

3426
(Yenilənib 17:59 12.01.2016)
İqtisad Universitetində media nümayəndələrinin iştirakı ilə açıq imtahan keçirilib. Bu yenilik tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədi daşıyır.

BAKI, 12 yan — Sputnik. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində media nümayəndələri ilə "Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir" devizi altında növbəti görüş keçirilib. Sputnik xəbər verir ki, mediatur təhsil nazirinin "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmrinə əsasən təşkil olunub.

İyirmiyədək jurnalistin iştirak etdiyi görüşdə imtahan prosesinin təşkili barədə məlumat verilib. Daha sonra media işçilərindən ibarət müşahidəçilər imtahanın gedişini izləyiblər. Fevral ayının 1-dək davam edəcək qış imtahan sessiyası müddətində tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün İqtisad Universitetində bütün şərait yaradılıb.

İmtahan bitdikdən sonra universitetin rektoru Ədalət Muradov jurnalistlərlə görüş keçirib. 2014-cü ildə bu vəzifəyə təyin olunan Muradov, səmimi açıqlamaları ilə media nümayəndələrinin diqqətini çəkib.

"Güvəndiyim və inandığım ən güclü qüvvə tələbələrdir. Universitetdə nə baş verirsə, məndən tez xəbər tutan olmur. Çünki öz "Facebook" səhifəm var və tələbələrlə mütəmadi ünsiyyətdə oluram. Elə olur ki, gecə saat 1-də dekanlarıma tapşırıq verirəm ki, filan tələbənin problemi mən işə gələnədək həll olunsun", —deyə rektor bildirdi.

Ə. Muradov universitetdəki əmək haqları barədə isə bunları deyib: "Təqribən 100 göstərici üzrə müəllimlərin reytinqi müəyyən olunacaq. Top 100-lüyə daxil olan müəllimlərin əmək haqqı müəyyən əmsala qədər artırılacaq. Top 10-luğa daxil olan müəllimlərin maaşı isə ikiyə vurulacaq. Bundan başqa biz Elmi Şura qərar vermişik ki, impaktı üçdən yuxarı olan elmi jurnallarda məqalə çap etdirən hər bir müəllimə 2 min dollar pul ödəyək. Düşünürəm ki, bu həvəsləndirici amil effektiv nəticəsini verəcək və verir də".

  • UNEC-də qış imtahan sessiyası
    UNEC-də qış imtahan sessiyası
    Sputnik/Fuad Həsənov
  • Elektron imtahan sistemi
    Elektron imtahan sistemi
    Sputnik/Fuad Həsənov
  • “İctimai nəzarətçi”lər imtahanların gedişinə nəzarət edirlər
    “İctimai nəzarətçi”lər imtahanların gedişinə nəzarət edirlər
    Sputnik/Fuad Həsənov
  • Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin direktoru Raqif Qasımov
    Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin direktoru Raqif Qasımov
    Sputnik/Fuad Həsənov
  • Professor Ədalət Muradov jurnalistlərin sullarını cavablandırır
    Professor Ədalət Muradov jurnalistlərin sullarını cavablandırır
    Sputnik/Fuad Həsənov
  • İmtahanın gedişi
    İmtahanın gedişi
    Sputnik/Fuad Həsənov
1 / 6
Sputnik/Fuad Həsənov
UNEC-də qış imtahan sessiyası

Universitetin maddi texniki bazasına da toxunan Ədalət Muradov, 4 korpusu olan ADİU-nun sadəcə bir korpusunda vəziyyətin ürəkaçan olmadığını deyib: "4 korpusumuz var. Onların 3-də maddi texniki baza yüksək səviyyədədir. Lakin birində vəziyyət çox pisdir. Bu Rusiya səfirliyinə yaxın yerləşən 3-cü təhsil korpusumuzdur".

"Biz universitetin öz vəsaiti hesabına onu ən müasir tələblərə cavab verən tədris korpusuna çevirməyi qarşımıza məqsəd qoymuşuq", —deyə rektor vurğuladı.

Quba rayonunda kampusları olduğunu deyən rektor, müəllim və işçilərin yay aylarında öz ailələri ilə bu kampuslarda universitet hesabına istirahət edə bildiklərini söyləyib. Ədalət Muradov, müəllimlərin təlimlərinin də məhz Qubadakı kampusda keçirildiyini bildirib.

Çıxışının sonunda Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov jurnalistləri mütəmadi universitetdə görmək istədiyini, bunu reklam üçün yox, nəzarət üçün istədiklərini qeyd edib.

3426
Teqlər:
Azərbaycan Dövlət İqtisad Universiteti, media, universitet, imtahan, rektor, tələbə, jurnalist
Əlaqədar
AMEA prezidenti: Elm özü pul qazanmalıdır
Dövlət ali məktəblərində ödənişli təhsil ləğv olunur
Təhsil naziri: Azərbaycana kreativ düşüncəli peşəkarlar lazımdır
Təhsil Nazirliyi 1570 boş yerə müəllim axtarır

Təhsil Nazirliyi dərs cədvəlinə dəyişiklik etdi

4997
Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib

BAKI, 29 sentyabr — Sputnik. Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Bu barədə Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir. Xəbərdə qeyd edilir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları davam edir.

Ordumuzun qarşısında aciz qalan düşmən mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Ötən gün Bakı şəhərində əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib. Bölgələrdəki ümumi təhsil müəssisələrində əyani formada təhsil davam edir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "Arb Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur. Bu gün də cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!

4997
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
 Distant təhsil, arxiv şəkli

Distant təhsil bir müddət dayandırılsın - ekspert səbəbi açıqladı

2561
(Yenilənib 18:30 28.09.2020)
VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır.

BAKI, 28 sentyabr — Sputnik. "İnternetə və bəzi sosial media resuslarına tətbiq olunan məhdudiyyətlərlə bağlı ali və orta təhsil pilləsində distant təhsilin bir müddət dayandırılması doğru olardı".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb.

O, qeyd edib ki, bu həm də "WhatsApp"dan istifadə edən valideynlərin, müəllimlərin və təhsil alanların kütləvi olaraq VPN yükləməsinin qarşısını alardı.

"VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən, həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır. Ümid edirəm, Təhsil Nazirliyi bunları nəzərə alaraq zəruri tədbirlər görəcək" - Osman Gündüz qeyd edib.

2561
Tamaşa zalı, arxiv zalı

Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək

0
(Yenilənib 21:49 30.09.2020)
Teatr Xadimləri İttifaqı: Teatr ictimaiyyəti olaraq, dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri Azər Paşa Nemətov teatr ictimaiyyəti adından erməni işğalçılarının qanlı 27 sentyabr təxribatı və Azərbaycan Ordusunun bütün cəbhəboyu əks hücuma keçməsi ilə əlaqədar bəyanat yayıb.

Sputnik Azərbaycan-a TXİ-dən göndərilən bəyanatda deyilir:

"Erməni işğalçıları növbəti dəfə təxribata əl ataraq sentyabrın 27-də müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutub. Xalqımız tarixən erməni xainliyi, düşmən təxribatı ilə üz-üzə qalsa da, öz qətiyyəti, mübarizliyi sayəsində bu sınaqdan üzüağ, alnıaçıq çıxıb. Erməni faşizminin növbəti təzahürü olan bu təxribat bütün xalqımız kimi Teatr Xadimləri İttifaqını və bütün teatr ictimaiyyətini dərindən hiddətləndirib. Teatr ictimaiyyəti olaraq bəyan edirik ki, Ermənistan silahlı qüvvələrinin insanlığa qarşı yönələn cinayətlərini qəti surətdə lənətləyir, işğalçı qonşularımızın və onların havadarlarının haqq və ədalət qarşısında cavab verəcəklərinə inanırıq. Dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

Qüdrətli dövlət rəhbəri və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu bir neçə gündür işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı rəşadətlə mübarizə apararaq, əzəli dədə-baba torpaqlarımızın düşmən təcavüzündən azad olunması üçün böyük ruh yüksəkliyi ilə silaha sarılıb.

Ölkəmizin Ali Baş Komandanının xalqa müraciətində dediyi kimi, bu təxribat erməni faşizminin növbəti təzahürüdür. Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri kimi zaman-zaman düşmən təxribatına layiqli cavab verib, şəhidlərimizin, mülki vətəndaşlarımızın qisası alınıb, onların qanı yerdə qalmayıb. Yenilməz Azərbaycan əsgəri, hərbçi və zabitlərimiz canları və qanları bahasına yeddi kəndimizi, bir sıra strateji yüksəklikləri düşməndən təmizləyib. Bütün beynəlxalq hüquq və normaları tapdalayan faşist mahiyyətli düşmən ordusu cəbhə bölgəsində dinc sakinləri hədəfə alır, mülki obyektlərə zərbələr endirir. Lakin qeyrətli Vətən oğullarımız düşməndən bunun qisasını alır. Ermənistanın məhv olunan canlı qüvvəsi, sıradan çıxarılan hərbi texnikası bunun bariz nümunəsidir.

Müharibə can və qan itkisi, qeyrətli Vətən oğullarının uca şəhadəti deməkdir. Lakin biz canımızı, qanımızı ana yurdumuz üçün, elimiz-obamız üçün fəda etməkdən çəkinmirik. Azərbaycan xalqı öz şəhidlərini qürurla qarşılayır, onları torpağa əmanət edib ruhları qarşısında baş əyir.

Bu şərəfli yolda bütün xalqımız, bütün teatr ictimaiyyəti Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Biz qələbə çalacağıq. Bütün Azərbaycan teatrları, eləcə də Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək. Əminik ki, Tanrı Şuşaya üçrəngli bayrağımızı sancmağı məhz Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bizə nəsib edəcək. O böyük zəfər günündə hamımız bir yerdə olacağıq. Qələbə Azərbaycan xalqının əbədi haqqıdır!"

0