Akademik Ramiz Mehdiyevin kitabı

Akademik Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxıb

30
(Yenilənib 19:39 15.12.2015)
"Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti. Dünya nizamından "nizamsızlığa" doğru"

BAKI, 15 dek-Sputnik. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin "Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti. Dünya nizamından "nizamsızlığa" doğru" kitabı çapdan çıxıb.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, akademik R.Mehdiyev bu kitabda müasir dünyada siyasi böhranın səbəblərini hərtərəfli təhlil edib.


O, göstərib ki, Avropanın müxtəlif strukturlarının və təşkilatlarının mürəkkəb məsələlərə dair qərarlar qəbul etmək hüququnu inhisarlaşdırmağa, suveren dövlətlərin daxili işlərinə qarışmağa yönəlmiş siyasəti, insan haqları məsələsindən təzyiq vasitəsi kimi istifadə edilməsi, həmçinin deklarasiya olunmuş dəyərlərdən tədricən imtina edilməsi dünya nizamının pozulmasına gətirib çıxarıb.

Kitabda deyilir: "İkili standartlar siyasətinin hər yerdə tətbiq edilməsi, "soyuq müharibə" dövrünün blok təfəkkürünə qayıdış və bunun təsiri altında Qərbin Şərq qütbü boyunca hərbi-siyasi təsirinin yayılması onunla nəticələnib ki, bəzən Şərqi Avropanın və postsovet məkanının kiçik dövlətləri bu eskalasiyanın qurbanlarına çevrilir".

Əsərdə mötəbər nümunələrə istinad edilərək Avropa strukturlarının deqradasiyasının mənbələri barədə söhbət açılır, sübut edilir ki, Azərbaycan suveren və balanslaşdırılmış xarici siyasət yürüdür. Bunun nəticəsində ölkəmiz davamlı şəkildə inkişaf edir, sanballı iqtisadi uğurlar qazanır və məhz bu uğurlar Qərbin bəzi dairələrini qıcıqlandırır. Müəllif qeyd edir ki, öz geosiyasi istəklərini reallaşdırmaq xatirinə "ölkəmizi qeyri-sabit, pərakəndə və alovlanan bir məkan kimi görməyi arzu edən" Qərb Azərbaycanın təklif etdiyi dialoq və qurucu fəaliyyət yoluna qədəm qoymaq əvəzinə, tam qarşıdurmaya hazırdır. Qarşıdurma oxu üzərində olan dövlətlərin əksəriyyəti bu baxışın tərəfdarıdır.

"Zamanın imtahanından kəsilmiş Birləşmiş Avropa" adlı birinci fəsildə müəllif "Avropa Birləşmiş Ştatları: "böyük dövlət", yoxsa fraqmentlərə bölünmüş regional oyunçu?" sualına ətraflı cavab verərək bu qənaətə gəlir ki, Avropa qeyri-müəyyən siyasi obyektdir. "Son illər yaranmış maliyyə böhranı və miqrasiya problemi göstərir ki, əgər yeni çıxış yolları tapılmasa, onda avropalılar tərəfindən uzun illər boyu həyata keçirilən inteqrasiya arzuları qısa müddətdə şovinizmin və ksenofobiyanın artması nəticəsində məhv ola bilər", — deyən müəllif daha sonra xatırladır ki, böyük dövlət dedikdə beynəlxalq münasibətlərə qlobal səviyyədə təsir göstərən dövlət nəzərdə tutulur. Avropa İttifaqında isə hər şey tam əksinədir: İttifaqın genişlənməsi onun ayrı-ayrı iştirakçılarının milli qüdrətini zəiflədir. Üstəlik də Avropa dəyərlərinin böhranı nəticəsində yaranmış islamofobiya, ksenofobiya, miqrasiya fəlakəti.

İkinci fəsil Avropa İttifaqının postsovet məkanında ikili standartlar siyasətinə, Şərq tərəfdaşlığının konfliktogen layihəyə çevrilməsi məsələsinə həsr edilib. Özü də bunlar Avropa İttifaqının özünün səyi ilə baş verir. Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə nümayişkaranə şəkildə qoşulmur, bəzi hallarda isə hətta danışıqlar prosesinə ziyan vurur. Avropa Parlamentinin fəaliyyəti nümunəsində sübut edilir ki, bu struktur Avropa İttifaqının antiazərbaycan siyasətinin əsas ruporudur.

"Azərbaycanın "ağıllı qüvvəsi" məxsusi inkişaf yolu kimi" adlı üçüncü fəsil ictimai diplomatiyadan bacarıqla istifadə edilməsi, hərbi qüvvə ilə yanaşı, səmərəli iqtisadi üsullar əsasında ölkənin inkişafı məsələlərinə həsr edilib. "Eurovision"dan başlamış Avropa Oyunlarına qədər qeyri-siyasi məsələlərin Qərb tərəfindən siyasiləşdirilməsi, Azərbaycanda bəzi QHT-lərin və fondların dövlətə aşkar ifadə olunmuş zidd xarakteri belə fikir yaradır ki, onlar ölkəmizdə etiraz hərəkatının öz məqsədləri naminə sınaqdan keçirilməsi üçün müəyyən metodlar tətbiq etməyə çalışırlar.

Kitabda Avropa İttifaqı ilə Azərbaycanın energetika sahəsində münasibətləri də təhlil edilir. Akademik R. Mehdiyev yazır: "Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və tərəfdaş olaraq qalır. Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. Marionetka statusu istisna edilir".

Azərbaycan və rus dillərində nəfis şəkildə tərtib edilmiş kitab "Şərq-Qərb" nəşriyyat evinin mətbəəsində çap olunub.

30
Teqlər:
"Şərq-Qərb" nəşriyyat evi, Eurovision, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Avropa İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası, Avropa Oyunları, akademik Ramiz Mehdiyev, Ramiz Mehdiyev
Əlaqədar
Akademik Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxıb
Akademik Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxıb
Akademik Ramiz Mehdiyevin kitabı Ankarada türk dilində çap olunub
Ramiz Mehdiyevin Qarabağ tarixinə dair kitabı türk dilində nəşr olunub
Bakı məktəblərin birində tədris prosesi, arxiv şəkli

Təhsillə bağlı qərar verməkdə çətinlik var

93
Bu gün əlimizdə olan rəqəmlər əsasında hansısa qərar qəbul etsək, iki həftə sonra bu rəqəmlər dəyişə bilər - Şahmar Mövsümov

BAKI, 8 avqust — Sputnik. “İki həftədir, tədrislə bağlı məsələ müzakirə edilir. Bütün dünya ölkələrinin təcrübəsi öyrənilir”.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın birifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, problem odur ki, vəziyyət çox dinamikdir: “Bu gün əlimizdə olan rəqəmlər əsasında hansısa qərar qəbul etsək, iki həftə sonra bu rəqəmlər dəyişə bilər. Növbəti brifinq tədris məsələlərinə həsr olunacaq. Bu zaman tədrislə bağlı bütün suallara aydınlıq gətiriləcək”.

93
Əlaqədar
Hər kəs oxuyacaq - Nazirlik yeni tədris ili məsələsinə aydınlıq gətirdi
Müəllimlərin işə qəbulu ilə bağlı qərar verildi
Qəbul imtahanları başlayır: 13 və 14 avqusta təyin olunub
Yeni modelə keçidin başlanğıcı: Azərbaycanda pandemiya dövründə təhsil inqilabı

Qəbul imtahanları başlayır: 13 14 avqusta təyin olunub

15
(Yenilənib 15:21 07.08.2020)
I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları ) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

BAKI, 7 avqust – Sputnik. Dövlət İmtahan Mərkəzi 13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan edib.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun 2 gün ərzində keçiriləcək.

Bu ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

13-14 avqust tarixlərində:

• cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları;

• I-IV ixtisas qrupları üzrə:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları ) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

© Photo : REPORT
Cədvəl

Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi rayona müvafiq imtahan mərkəzində imtahan verirlər.

 

- Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. 

İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

- İmtahana buraxılış vərəqələri imtahandan 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

- Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə hazırlaşan abituriyentlər fənlər üzrə tapşırıq nümunələri ilə “Abituriyent” 1 jurnalında tanış ola bilərlər. Ətraflı məlumat “burada”.

15
Avtostop

"Piyada" istirahət - sabahın havasından xəbərdar olun

0
(Yenilənib 13:15 08.08.2020)
Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq

BAKI, 8 avqust — Sputnik. Azərbaycanda avqustun 9-da gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, ümlayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə isti olacaq.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə şənbə və bazar günləri karantin rejimi tətbiq olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

0
Teqlər:
hava proqnozu