Süni intellektli robot

Süni intellekt insan irqini məhv edə bilər

126
(Yenilənib 23:23 11.12.2015)
Kembric Universiteti süni intellektin bəşəriyyətə təsirini öyrənəcək.

BAKI, 12 dek-Sputnik. Kembric Universiteti 10 milyon funt sterlinqə başa gələn yeni tədqiqat mərkəzinin açıldığını elan edib. Mərkəz süni intellektin bəşəriyyətə təsirini öyrənəcək. 806 yaşı olan universitetdən bildiriblər ki, "The Leverhulme Trust" qeyri-kommersiya təşkilatı tərəfindən maliyyələşdirilən bu mərkəz süni intellektin inkişafı nəticəsində bəşəriyyətin rastlaşacağı imkanları və problemləri tədqiq edəcək.

Sputnik Hi-news-a istinadən xəbər verir ki, süni intellektin gələcəyi mərkəzi (Leverulm) həm qısamüddətli, həm də uzunmüddətli perspektiv üçün qarşıdan gələn 10 il ərzində bu "potensial epoxal texnolojı inkişafın" təsirini öyrənəcək. Mərkəzə professor Hyu Prays rəhbərlik edəcək.

Məşhur alimlər Stiven Hokinq (Kembric Universiteti) və Nik Bostrom (Oksford Universiteti) xəbərdarlıq ediblər ki, maşınlar növbəti yüzillikdə insanlardan ağıllı ola bilər, bu isə ən yaxşı halda iş yerlərinin ixtisar edilməsi, ən pis halda bütün bəşəriyyətin sonu deməkdir. S.Hokinq ötən ilin dekabrda deyib ki, "tam süni intellektin inkişafı nəticəsində insan irqi məhv ola bilər".

Kembricdən bildiriblər ki, mərkəz universitetin nəzdindəki Ekzinstensial riskin öyrənilməsi mərkəzi (ERÖM) ilə birlikdə işləyəcək. "Skype"ın həmtəsisçisi Yaan Tallinin maliyələşdirdiyi ERÖM bəşəriyyətin üzləşəcəyi mümkün riskləri, eləcə də iqlim dəyişikliklərini, epidemiyaları, müharibələri və süni intellekti öyrənir.

126
Teqlər:
süni intellekt, Leverulm, Ekzinstensial, Yaan Tallin, Skype, Oksford Universiteti, Nik Bostrom, Stiven Hokinq, Hi-news, The Leverhulme Trust, Kembric Universiteti, Kembric
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

19
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

19
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

9
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

9
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona