Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev

Akademik Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxıb

38
(Yenilənib 22:49 08.09.2015)
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tarixi idrakın elmiliyi problemlərinə dair” kitabı çapdan çıxıb.

BAKI, 8 sen — Sputnik. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tarixi idrakın elmiliyi problemlərinə dair” kitabı çapdan çıxıb.

Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, aktual mövzularda elmi əsərlərlə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademikin yeni kitabı da bu baxımdan olduqca əhəmiyyətlidir.

Filosof alimin bu kitabı milli mənlik şüurunun təşəkkülü məsələlərinə, ölkənin ərazi bütövlüyünün bərpa olunmasına, dövlət müstəqilliyinin və xalqın təhlükəsizliyinin möhkəmləndirilməsinə, müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyət yaradılmasına yönəlmiş milli inkişaf strategiyasında sivilizasiyaların təcrübəsindən istifadə etmək bacarığına həsr olunub.

Kitabda müasir dövrdə — modernləşmə ideyasının postsənaye cəmiyyəti kontekstində zamanın tələbinə çevrildiyi bir vaxtda Azərbaycan dövlətinin qarşısında duran vəzifələr aydın göstərilib. Burada, həmçinin dövlətin müdafiəsinin mühüm vasitəsi, habelə cəmiyyətin inkişafının zəruri aləti olan milli identiklik məsələlərinə də toxunulub.

“XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində” və “Tarixi idrakın elmiliyi problemlərinə dair” mövzularına həsr edilmiş iki hissəli əsərdə tarixi fəlsəfi aspektlər müasir dövrün tələbləri baxımından nəzərdə keçirilib.

“Şərq-Qərb” nəşriyyat evi tərəfindən nəfis şəkildə çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.

Kitab tarixçi alimlər, müvafiq ali məktəblərin tələbələri, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

38
Dərsliklər, arxiv şəkli

Nazirlikdən dərsliklərdə erməni bayrağı iddiasına cavab

38
(Yenilənib 16:44 21.09.2020)
Sosial şəbəkələrdə yayılmış erməni bayrağının rənglərinin əks olunduğu iddia edilən kitabların heç biri dərslik deyil və Təhsil Nazirliyi tərəfindən nəşr edilməyib

BAKI, 21 sentyabr — Sputnik. Təhsil Nazirliyi dərslikdə erməni bayrağının rənglərinin olması iddiası ilə bağlı açıqlama yayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış erməni bayrağının rənglərinin əks olunduğu iddia edilən kitabların heç biri dərslik deyil və Təhsil Nazirliyi tərəfindən nəşr edilməyib.

Təhsil Nazirliyinin məktəblər üçün nəşr etdirdiyi bütün dərsliklərlə www.trims.edu.az saytının "Qrifli dərsliklər" bölməsində tanış olmaq mümkündür. Təhsil sahəsi və dərsliklər ictimaiyyətin daim maraq dairəsində olduğundan bəzi maraqlı şəxslər vaxtaşırı olaraq belə köhnəlmiş və ya uydurma məlumatları yaymaqla insanlar arasında süni ajiotaj və narazılıq yaratmağa cəhd edirlər. Çünki bir çox insanlar yayılan xəbəri araşdırmadan onu mütləq həqiqət kimi qəbul edirlər. Təhsil Nazirliyi geniş ictimaiyyətdən dərsliklər barədə yayılan xəbərlərin doğruluğunu www.trims.edu.az saytı vasitəsilə yoxlamağı xahiş edir.

İstənilən kitab nəşriyyat məhsulu hesab edilir və onun hazırlanması zamanı mövcud qanunvericiliyə əsasən, nəşr üçün nəzərdə tutulmuş materialların senzurasına yol verilmir. Hər bir hüquqi və ya fiziki şəxs nəşriyyat məhsulunun sifarişçisi ola bilər.

38
Teqlər:
açıqlama, Təhsil Nazirliyi, rəng, bayraq, Ermənistan, Azərbaycan, tarix, dərslik
5G K9 robotu, arxiv şəkli

Robotlar insanlar üçün niyə qorxuludur - alimlərdən ilginc cavab

587
(Yenilənib 20:47 20.09.2020)
Alimlər qeyd ediblər ki, üzləri qavrama qabiliyyəti psixologiya üçün son dərəcə vacibdir. Autizmdə və bəzi xəstəliklərdə bu, yox olur və bu sahədə aparılan yeni araşdırmalar effektiv terapiyanın yolunu müəyyən edə bilər.

BAKI, 20 sentyabr — Sputnik. Emori Universitetinin psixoloqları insanların robotlardan qorxma səbəblərini müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hələ 1970-ci illərdən insanabənzər "canlı" modellərin müşahidəçilərdə xoş olmayan hisslər yaratdığı nəzərə çarpmışdı.

Bu hal "şər vadilər effekti" adlanırdı. Yeni araşdırmanın müəllifləri bunun səbəblərini müəyyən etməyə çalışıblar. Bunun üçün onlar insanların yad simaları necə qəbul etdiyini izləyiblər.

Könüllülərə insan şəkilləri, mexaniki robotlar və androidlər göstərilərək, onlardan "canlı" miqyasda qiymətləndirilməsi istənilib. Qiymətləndirmə bir neçə millisaniyə çəkib.

Nəticələr göstərdi ki, insanlar canlı bir üzü cansız bir üzdən 400 millisaniyədə fərqləndirə bilirlər. "İnsan şəklindəki" robotların isə üzünü beyin əvvəlcə canlı kimi qəbul edir, lakin sonra qarşısında süni bir cisim olduğunu anlayır.

Araşdırma müəlliflərinin fikrincə, dəhşət hissinin yaranması böyük ehtimalla qəbul edilən canlılığın azalması ilə bağlıdır.

Alimlər qeyd ediblər ki, üzləri qavrama qabiliyyəti psixologiya üçün son dərəcə vacibdir. Autizmdə və bəzi xəstəliklərdə bu, yox olur və bu sahədə aparılan yeni araşdırmalar effektiv terapiyanın yolunu müəyyən edə bilər.

587
Teqlər:
robot
Əlaqədar
Robotlar bu sahələrdə insanları sıxışdırıb çıxaracaqlar
Robotlar da yatmalıdır
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb
Qazandığımızı tam itirə bilərik: təşəbbüsü robotlara verməklə...
“Ey, insan! Qorxursan?” – Robot öz məqaləsində sual edir
Dayanacaqda pikaplar, arxiv şəkli

Daxili İşlər Nazirliyi "Pikap"ların yığılması məsələsinə aydınlıq gətirdi

197
(Yenilənib 13:29 22.09.2020)
Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur.

BAKI, 22 sentyabr — Sputnik. "Pikap" tipli avtomobillərin YPX postlarında saxlanılmasının səbəbləri barədə DİN Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, "Pikap" tipli avtomobillərin YPX postlarında saxlanılması ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları"na əsasən silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur.

"Pikap" tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir.

197