BAKI, 9 avq — Sputnik. Çin polisləri Quandun əyalətində pilləkənin altında gizlədilmiş dinozavrın skeletini və 213 yumurtasını tapıblar.
Skelet və yumurtalar öncə iyunun sonlarında tikinti meydançasında tapılıbmış. Lakin sonra tapıntı yoxa çıxıb. Axtarışa başlayan polis onları sakinlərdən birinin evinin pilləkəninin altında aşkar edib.
Paleontoloqlar müəyyən ediblər ki, skelet və yumurtalar psittakozavr adlı otyeyən dinozavra məxsusdur. Psittakozavr 150 min əvvəl Asiya ərazisində yaşayıb.
BAKI, 21 yanvar — Sputnik. Yanvarın 27-də şagirdlərin qış tətili başlayacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, qış tətili fevralın 1-dək davam edəcək. Həmin gün tədris ilinin ikinci yarımili başlayacaq.
Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb.
Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur.
Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.
Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi
Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 21 yanvar - Sputnik. Bir neçə gün Cənub zonasında müşahidə olunan qeyri-sabit hava şəraiti ötən gün dağlıq ərazilərdə qar yağması ilə nəticələnib. Belə ki, Lerik rayonunun ucqar dağ kəndlərində qarın qalınlığı 40 santimetrə çatıb.
Sputnik Azərbaycan Lerik Rayon Fövqəlada Hallar Komissiyasına istinadla xəbər verir ki, ötən gün gecə saatlarına kimi yağmaqda davam edən qarın qalınlığı Lerikin yüksək dağlıq kəndləri olan Orand, Kələxan, Veri, Pirəsora və Misatanda 40 sm-ə çatıb. Rayon mərkəzində isə qarın qalınlığı 15-20 santimetr olub. Lerikdə qarın intensiv yağmasına baxmayaraq, nəqliyyatın hərəkətində, eləcə də əhalinin işıq və qaz təminatında heç bir məhdudiyyət yaranmayıb.