Düşünən adam - yaddaş problemi

Alimlər yaddaşı yaxşılaşdırmağın yolunu tapıblar

317
(Yenilənib 00:29 05.08.2015)
Zehni işdən dərhal sonra yaddaşın yaxşılaşdırılması üçün idmanın müəyyən növləri ilə məşğul olmaq kifayətdir.

BAKI, 4 avq — Sputnik. Zehni işdən dərhal sonra yaddaşın yaxşılaşdırılması üçün idmanın müəyyən növləri ilə məşğul olmaq kifayətdir.

"The Daily Mail” nəşrinin məlumatına görə, bu nəticəyə Şimali Florida Universitetinin alimləri gəliblər.

Könüllülərə təcrübə üçün rəqəmlər sırasını yadda saxlamaq təklif edilib. Sonra hər qrup təklif olunan fəaliyyət növlərinin biri ilə məşğul olub. Daha sonra könüllülər rəqəmləri əks sıra ilə təkrar etməli olublar.

Birinci qrup ayaqyalın qaçaraq müxtəlif sədləri aşmaqla maneələr zolağından keçib. İkinci qrup yoqa ilə məşğul olub, üçüncü qrup mühazirəyə qulaq asıb. Bu məşğələlər iki saat davam edib. Maneələr zolağından keçən birinci qrupun göstərdiyi nəticələr digər qruplardan 50 faiz yüksək olub.

Amerika mütəxəssislərinin fikrincə, maneələr zolağı proprioseptiv bacarığı inkişaf etdirir, insana hərəkətlərini planlaşdırmağı və sonra onları təcrübədə tətbiq etməyi öyrədir.

317