Azərbaycan Müəllimlər İnstitutu

Müəllimlər İnstitutunun filialları ləğv edilir

175
(Yenilənib 18:11 24.07.2015)
Prezident İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

BAKI, 24 iyul — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilir.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.


175
Teqlər:
Müəllimlər İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu, Sumqayıt, Salyan, Mingəçevir, Azərbaycan
Onlayn təhsil, arxiv şəkli

Bu vaxtı qaçırmaq olmaz

10
(Yenilənib 15:22 06.06.2020)
Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramının 8 iyun tarixinə olan cədvəli açıqlanıb

BAKI, 6 iyun — Sputnik. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramında Azərbaycan bölməsi üçün sabah saat 10:00-da - Fiziki tərbiyə; 10:10-da X sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 11:15-də VI sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 12:05-də V sinif – Riyaziyyat, Tarix, İnformatika-Rəqəmsal bacarıqlar; 12:45-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, İngilsi dili, Musiqi; 13:30-da III sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Musiqi; 14:00-da II sinif – Azərbaycann dili, Riyaziyyat, İngilis dili; 14:40-da I sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 15:15-də futbol dərsi olacaq.

Rus bölməsi üçün 15:25-də III sinif - Rus dili, Riyaziyyat; 15:55-də V sinif - Rus dili, Riyaziyyat, İnformatika. Rəqəmsal bacarıqlar; 16:25-də VI sinif - Rus dili, Riyaziyyat, Fizika; 17:00-da VIII sinif şagirdlərinə Kimya, Coğrafiya, İnformatika. Rəqəmsal bacarıqlar; 17:25-də XI sinif – Rus dili, Riyaziyyat, Fizika dərsləri olacaq.

 

10
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Dərslərlə bağlı sərəncam verildi
Onlayn təhsilin əsas düşmənləri üzə çıxdı - İki struktur
Təhsil naziri əmr imzaladı - Dərs verməzdən əvvəl...
Dərslikləri qaytarmaq üçün uşaqlara fərqli günlər təyin olundu
Yay imtahanlarının ləğvi ilə bağlı məlumat yayıldı
Müəllimlərin diaqnostik imtahanı, arxiv şəkli

Müəllimlərin nəzərinə - Bu gün son gündür

7
(Yenilənib 11:40 05.06.2020)
Müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

BAKI, 5 iyun — Sputnik. Azərbaycanda müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu bu gün başa çatır. Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sənəd qəbulu iyunun 1-dən başlayıb.

Yerdəyişmə müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında işləyən müəllimlər müraciət edə bilər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak edən namizədin seçdiyi imtahan nəticəsi artım əmsalı ilə hesablanacaq.

DQ/MİQ balı x 1.1 artım əmsalı – əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsi üzvü olduqda;

2. DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə;

3. DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə.

7
ABŞ-da etirazlar

Benksi etirazını bildirdi: “Kimsə qapını sındırmalı olacaq”

0
(Yenilənib 23:43 06.06.2020)
Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir

BAKI, 6 iyun — Sputnik. Britaniyalı məşhur küçə rəssamı Benksi Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlanan etirazlara həsr etdiyi işini göstərib.

Sputnik Azərbaycan bildirir ki, o, şəkli özünün Instagram səhifəsində yerləşdirib.

Şəkildə rəssam qara insanın matəm portretini və onun üst tərəfindən asılmış, bir qırağı şamdan od alan Amerika bayrağını təsvir edib.

“Rəngli (qara) insanlar sistemə görə uğursuzluğa düçar olublar. Ağ sistemə görə”, - Benksi paylaşımında yazıb.

Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Banksy (@banksy)

“Bu düzgün olmayan sistem onların həyatını məşəqqətə çevirir, ancaq (boruları) təmir etmək – onların vəzifəsi deyil. Heç kim onları yuxarıdakı mənzilinə buraxmayacaq”, - yazan rəssam əlavə edib ki, bu, “ağ adamların problemidir” və buna görə istənilən halda kimsə “yuxarı qalxıb qapını sındırmalı olacaq”.

Mayın 25-də Minneapolisdə polis əməkdaşları afroamerikalı Corc Floydu həbs ediblər. Bu zaman onu yerə yıxıblar, polis zabitlərindən biri dizi ilə onun boynunu sıxıb. Floyd dəfələrlə nəfəs ala bilmədiyini desə də, buna əhəmiyyət verməyiblər. Nəticədə Floyd reanimasiyada dünyasını dəyişib. Bundan sonra ABŞ-da kütləvi etiraz və iğtişaşlar başlayıb.

0
Əlaqədar
İrqçilər yaddan çıxdı. Amerikadakı etirazlar necə soyğunlara çevrildi
Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb
Biz şokdayıq: azərbaycanlılar ABŞ-dakı iğtişaşlardan danışdılar
Amerika tənəzzülünün xronikası: uşaqlara polisə nifrət etmək öyrədilir
Yaşlı kişini ölümcül hala salan polislərə həmkarlarından dəstək - VİDEO