Həkimlər

Azərbaycanda uzunömürlülüyün sirləri araşdırılır

50
(Yenilənib 15:59 24.07.2015)
Tibb Universitetindən Sputnik-ə verilən mnəlumatda bildirlir ki, Ukrayna Elmlər Akademiyasının Gerontologiya İnstitutunun direktoru akademik Vladislav Bezrukov və akademiyanın müxbir üzvü Svetlana Kuznetsova ATU-nun rəhbərliyi ilə görüşüblər.

BAKI, 24 iyul — Sputnik. Xarici ölkələrin akademikləri Azərbaycanda uzun ömürlülüyün sirlərini araşdırırlar. Bu məqsədlə ukraynalı alimlər Azərbaycan Tibb Universitetində (ATU) olublar.

Tibb Universitetindən Sputnik-ə verilən mnəlumatda bildirlir ki, Ukrayna Elmlər Akademiyasının Gerontologiya İnstitutunun direktoru akademik Vladislav Bezrukov və akademiyanın müxbir üzvü Svetlana Kuznetsova ATU-nun rəhbərliyi ilə görüşüblər. 

Görüş zamanı qeyd olundu ki, Ukrayna Elmlər Akademiyasının Gerontologiya İnstitutu Azərbaycan Elmlər Akademiyası və Tibb Universiteti ilə birlikdə “Uzunömürlülüyün molekulyar genetik əsaslarının öyrənilməsi” layihəsini icra edir. İki il davam edəcək layihənin əsas məqsədi Azərbaycanda yaşayan uzun ömürlü insanların tibbi göstəricilərinin araşdırılması, biomarkerlərinin tədqiqindən ibarətdir. Bu məqsədlə qonaqlar Azərbaycanın müxtəlif bölgələrinə səfər edərək yaşlı insanlarla görüşlər keçirirlər. 

ATU-nun rektoru, akademik Ə. Əmiraslanov layihənin tibb elmi üçün böyük əhəmiyyət daşıdığını, bu səbəbdənTibb Universiteti əməkdaşlarının da həmin elmi tədqiqatlara qatıldığını bildirdi. Rektor qeyd etdi ki, Azərbaycanın bölgələrində aparılan araşdırmalarda ATU-nun nevropatoloqları, kardioloq və terapevtləri, digər mütəxəssisləri də ukraynalı həmkarları ilə yanaşı iştirak edirlər. 

Layihənin Azərbaycan və Ukrayna arasında tibb elmləri, təhsil və səhiyyə sahəsindəki əlaqələrin inkişafına fayda verəcəyini qeyd edən Ə.Əmiraslanov görüş zamanı Tibb Universiteti haqqında qısa məlumatı da qonaqların diqqətinə çatdırdı. Azərbaycanda tibb və əczaçılıq təhsili verən yeganə müəssisə olan ATU-nun professor-müəllim heyəti, tələbələri, uğur və nailiyyətləri haqqında söz salan akademik Ə.Əmiraslanov həmçinin qeyd etdi ki, hazırda universitet nəzdində dörd klinika fəaliyyət göstərir. Bu klinikaların yaradılması ATU-da təhsil və təcrübənin bir araya gətirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, həmçinin vətəndaşlara yüksək ixtisaslı tibbi yardım səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. 

Rektor Əhliman Əmiraslanov gələcəkdə Ukrayna Elmlər Akademiyasının Gerontologiya İnstitutu ilə birgə beynəlxalq konfransın təşkili, qarşılıqlı mütəxəssis mübadiləsinin həyata keçirilməsi üçün müqavilə hazırlanmasını da məqbul saydı.

Öz növbəsində, ukraynalı akademiklər V.Bezrukov və S.Kuznetsova da belə bir sazişin imzalanmasını vacib saydıqlarını bildirdilər. Onların fikrincə, qarşılıqlı əməkdaşlıq sazişi iki ölkə arasında münasibətlərin genişlənməsinə, elmi təmasların artırılmasına, ikitərəfli layihələrinçoxalmasına təkan vermiş olacaq. Həmçinin, belə təşəbbüslər iki dost ölkə arasında elmi münasibətlərin daha da dərinləşməsinə gətirib çıxaracaq. 

50
Teqlər:
ATU-nun rektoru, uzun ömürlülüyün sirri, uzun ömürlülüyün sirləri, Ukrayna Elmlər Akademiyası, ATU, Azərbaycan Tibb Universiteti, Əhliman Əmiraslanov, Svetlana Kuznetsova, Vladislav Bezrukov, Azərbaycan
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

15
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

15
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

8
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

8
İslam Əməkdaşlıq Təşkilatının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Diwali təşkilatı tərəfindən nüfuzlu beynəlxalq Power of One Award mükafatına layiq görülüb.

İƏT-in 57 üzvü Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı qətnamələr qəbul etdi

0
(Yenilənib 22:50 28.11.2020)
İƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən qətnamələr qəbul edilib.

BAKI, 28 noyabr - Sputnik. Niger Respublikasının paytaxtı Niamey şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən qətnamələr qəbul edilib. Qeyd edək ki, İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə bu ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzü, təcavüz çərçivəsində mülki şəxslərə və mülki infrastruktura böyük zərərin vurulması, o cümlədən Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərinin sıx yaşayış məskənlərinin ağır artilleriya, ballistik və kaset raketlərinin hücumuna məruz qalmasını qətiyyətlə pislənilib. Ermənistan qüvvələri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilən aktlar müharibə cinayəti və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib.

Sənəddə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərinin əhəmiyyətli hissəsini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb.

“Azərbaycan Respublikasına iqtisadi yardım” adlı qətnamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının Azərbaycan Respublikasının ərazisindəki bir milyondan çox məcburi köçkünün öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunur. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması, bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapır. Burada, habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılır.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilir, yenicə azad olunmuş ərazilərdə yerləşən Məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılır. Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunur.

Qeyd edək ki, qətnamələr İƏT-in 57 üzv ölkəsi tərəfindən qəbul edilib.

0