Müəllimlərin imtahanı

İş yerini dəyişən müəllimlərin test imtahanı 16 iyunda keçiriləcək

1111
(Yenilənib 11:41 12.06.2015)
Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron ərizə qəbulu 10 iyun saat 23:59-da başa çatıb.

BAKI, 12 iyun — Sputnik. Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron ərizə qəbulu 10 iyun saat 23:59-da başa çatıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, 10 gün davam etmiş elektron ərizə qəbulu dövründə 3216 nəfər (94%) Azərbaycan bölməsi, 209 (6%) nəfəri rus bölməsi olmaqla, 3425 nəfər müsabiqədə iştirak etmək üçün müraciət edib. Yerdəyişmə üçün müraciət edənlərin əksəriyyəti (63%) İbtidai sinif (22%), Azərbaycan dili və ədəbiyyat (12%), Riyaziyyat (10%), İngilis dili (10%) və Tarix (9%) müəllimləridir. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 1303 nəfərin ərizəsi təsdiq olunub.

Ərizəsi ləğv edilənlər ümumtəhsil sistemində işləməyənlər, ümumtəhsil müəssisələrində müəllim vəzifəsində çalışmayan və ya müddətli müqavilə əsasında müəllim işləyən, həmçinin hazırda çalışdığı yerdə həvəsləndirmə tədbirləri tətbiq edilənlərdir.

Elektron ərizəsi qəbul olunmuş namizədlər 16 iyun 2015-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 135 – metronun “Gənclik” stansiyasının, Azərbaycan Müəllimlər İnstitutunun yaxınlığında) test imtahanında iştirak etməlidirlər. İmtahanda iştirak edərək yer dəyişmək hüququ qazanmış müəllimlər üçün 17 iyun 2015-ci il tarixdə eyni ünvanda müsahibələr təşkil ediləcək.

www.miq.edu.az saytına daxil olmaqla qanunvericilik üzrə zəruri sənədlər, test suallarının cavablandırılması üçün təlimat, test nümunələri və müsahibə proqramı ilə tanış olmaq mümkündür.

Yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul 2015-ci il tarixlərində aparılacaq.

1111
Teqlər:
ümumtəhsil sistemi, elektron ərizə qəbulu, müəllimlər, təlimat, test nümunələri, test imtahanları, İmtahan, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Təhsil Nazirliyi, Həsən Əliyev küçəsi, Bakı
Şıxzərli palçıq vulkanı

Alovsuz, amma güclü ecazkar: Şıxzərli vulkanının püskürmə anı - VİDEO - FOTO

139
(Yenilənib 01:39 15.01.2021)
Vulkan püskürməzdən əvvəl güclü uğultuyla "xəbərdarlıq" edib. Sonra yerin dərinliklərindən qalxan palçıq kütlələri 2.5 hektar sahəyə yayılıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. 2021-ci il 09 yanvar tarixində saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal-qərbində yerləşən Şıxzərli palçıq vulkanının püskürməsi ilə əlaqədar Ekologiya Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları ərazidə monitorinqlər aparıblar.

Bu barədə Sputnik Azərbayan-a qoruğun direktoru Ceyhun Paşayev məlumat verib.

O bildirib ki, püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərzində yerin dərinliyindən palçıq kütləsi yer səthinə püskürüb.

Püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının budəfəki püskürməsində qeydə alınmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun əməkdaşları müvafiq ölçmə işləri həyata keçiriblər.

1 / 7
Şıxzərli palçıq vulkanı

"Müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatlar şimal və şimal-qərb istiqamətində daha sıx və dərindir. Çatların orta enliliyi 0,7 metr, bəzi yerlərdə uzunluğu 150 metrə çatır. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir", - C.Paşayev bildiirb.

Direktorun sözlərinə görə, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil.

Qeyd edək ki, vulkanın aktivliyinin təhlili onu göstərir ki, o, çox aktiv palçıq vulkanıdır. Son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu, vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan Şıxzərli vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur.

139
Teqlər:
video, püskürmə, palçıq vulkanı, Qobustan
İşğaldan azad olunmuş Şuşa

Qəbul imtahanlarında yeni tip suallar olacaq

80
Məleykə Abbaszadə bildirib ki, qəbul imtahanlarında o tip suallar verməyə ixtiyarları var. Kömək üçünsə "Abituriyent-1" jurnalını oxumağı tövsiyə edib.

BAKI, 14 yanvar — Sputnik. Qəbul imtahanlarında mütləq Vətən müharibəsi ilə bağlı suallar olacaq. Suallar Tarix fənnindən olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.

O qeyd edib ki, Vətən müharibəsi ilə bağlı "Abituriyent 1" jurnalında müəyyən məqalələr çap olunacaq: "Suallar da həmin materialların əsasında hazırlanacaq. Bu, ona görədir ki, imtahanda iştirak edən şəxs o məqalədən məlumatlar əldə edə bilsin. Tarix dərsliyimizdə işğaldan azad olunan rayonların işğal tarixləri qeyd edilib. Lakin indi həmin rayonlar azaddır. Bizim qəbul imtahanında real tarix haqqında sual verməyə ixtiyarımız var. Çünki 17-18 yaşında olan şagirdlər bu tarixi yaşayıb".

80
Teqlər:
müharibə, Vətən, sual, qəbul imtahanı, imtahan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0