Məktəb I sinif

I sinfə qəbul üçün sənəd qəbulunun vaxtı uzadıldı

23
(Yenilənib 23:47 05.06.2015)
Azərbaycan paytaxtında I sinfə qəbulla bağlı aparılan sənəd qəbulu prosesinin vaxtı uzadılıb.

BAKI, 5 iyun — Sputnik. Azərbaycan paytaxtında I sinfə qəbulla bağlı aparılan sənəd qəbulu prosesinin vaxtı uzadılıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün elektron ərizələrlə qeydiyyatdan keçən valideynlərin (digər qanuni nümayəndələr) məktəblərdə fəaliyyət göstərən işçi qruplarına sənəd qəbulu iyunun 15-dək uzadılıb.

İyunun 15-dən etibarən 1 sinfə şagird qəbuluna görə elektron müraciət ünvanlayacaq valideynlər isə (və qanuni nümayəndələr) sənədlərini avqustun 15-dən sentyabrın 15-dək məktəblərdə yaradılmış işçi qruplarına təqdim edə biləcəklər.

23
Əlaqədar
Bu gün bir çox məktəbdə “Son zəng” qeyd olunur
Azərbaycanda məktəb yanıb