Əfqanıstan, "Şimal Axını-2" seçkiyə müdaxilə: Lavrovun əsas açıqlamaları

1425
(Yenilənib 16:02 15.09.2021)
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Düşənbədə jurnalistlərin suallarını cavablandırıb.

BAKI, 15 sentyabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Düşənbədə jurnalistlərə verdiyi müsahibədə bildirib ki, Moskva Talibanı* tanımağa tələsmir və Əfqanıstan hökuməti haqqında danışmaq hələ tezdir. Həmçinin, Rusiya diplomatiyasının rəhbəri Əfqanıstandan olan qaçqınlar, NATO ilə qarşılıqlı əlaqə və ABŞ-ın Rusiya Federasiyasındakı seçkilərə müdaxiləsi mövzusuna da toxunub.

Taliblər

Sergey Lavrov bildirib ki, indiyə qədər dünyada heç kim talibləri rəsmən tanımağa tələsmir.

"Taliblər hələ heç bir ölkə tərəfindən tanınmayıblar. Hamı deyir ki, ilk növbədə təhlükəsizlik məsələləri, vətəndaşların hüquqlarına nəzarət və diplomatik missiyaların normal fəaliyyətini təmin etmək mövzusunda mövcud məsələlər üzrə onlarla əlaqə saxlamaq lazımdır. Ancaq onları rəsmən tanımaq üçün heç kim tələsmir", - deyə Lavrov jurnalistlərə bildirib.

Rusiyalı nazir onu da qeyd edib ki, çox az vaxt keçdiyinə görə Əfqanıstanın yeni hökumətini mühakimə etmək hələ tezdir.

Lavrovun fikrincə, bu, Mərkəzi Asiyanın qonşu ölkələri üçün hər hansı bir riskin istisna edilməsi üçün zəruridir.

"Taliblər özləri öz məqsədlərini bildiriblər, o cümlədən onlar terrorizmə qarşı sonrakı mübarizəyə, narkotik ticarəti ilə mübarizəyə sadiq qalacaqlarını bəyan edərək hər kəsi Əfqanıstan ərazisindən qonşu ölkələrə heç bir təhlükənin yaranmaması üçün əllərindən gələni edəcəklərinə əmin ediblər", - deyə nazir qeyd edib.

Lavrovun sözlərinə görə, taliblər qonşu ölkələrdə sabitliyi pozmaq niyyətində olmadıqlarına və Əfqanıstan cəmiyyətinin bütün siyasi, etnik və konfessional spektrini əks etdirən inklüziv bir hökumətin yaranmasını əminliklə bildiriblər.

"Dünyanın əksər ölkələri kimi, biz də bu yanaşmanı alqışladıq və indi bunun necə həyata keçiriləcəyini müşahidə edirik", - deyə XİN rəhbəri əlavə edib.

Moskva miqrasiya böhranına görə məsuliyyət daşımır

Rusiya bunun məsuliyyət yükünü daşımayacağını söyləyib.

Həmçinin rusiyalı nazir Qərbin hərəkətlərinə görə Əfqanıstandakı vəziyyətlə əlaqədar mümkün miqrasiya böhranı mövzusuna da toxunub. O qeyd edib ki, Rusiya buna görə məsuliyyət daşımaq niyyətində deyil.

"Miqrantlar Əfqanıstandan, İraqdan, Qərb həmkarlarımızın həyəcanlandırdığı bütün ölkələrdən gəlirlər, indi isə elə həmin qərbli həmkarlar Belarus tərəfinin hərəkətlərini "hibrid müharibə" adlandıraraq səslərini yüksəldirlər. Əgər Qərb qanunsuz miqrasiyadan bu qədər narahatdırsa, onda Qərbin sakitləşməsinə ehtiyac var. Xatırladım ki, ilk dəfə qanunsuz miqrasiya mövzusu NATO Liviyanı bombaladıqdan sonra ortaya çıxıb və Liviya "qara dəliyə" çevrilib", - deyə Lavrov bildirib.

"Avropa Birliyi bunun özü üçün çox ağır olduğunu başa düşdükdə hər kəsi bu miqrantların taleyinə görə məsuliyyət yükünü bölüşməyə çağırmağa başlayıb. Biz nəinki dəstəkləmədiyimiz, həmçinin qınadığımız bir işə görə məsuliyyət yükünü bölüşmək niyyətində deyilik", - deyə nazir əlavə edib.

NATO

S.Lavrov Rusiyanın NATO ilə qarşılıqlı əlaqəsi mövzusuna da toxunub. Onun sözlərinə görə, NATO hərbi xətt üzrə dialoqa qəti şəkildə qarşı çıxıb.

Nazir vurğulayıb ki, Moskva "yarımisterik tonlarda deyil, peşəkar olaraq" danışmağa hazırdır.

"Ümumiyyətlə, onlar (Şimali Atlantika Alyansı - red.) Ukrayna və Krımdakı hadisələrdən sonra hərbçilər arasında dialoq aparmaqdan qəti şəkildə imtina ediblər. Biz bu cür emosional, yarımisterik tonlarda deyil, peşəkar şəkildə danışmağa hazırıq", - deyə xarici işlər naziri bildirib.

Seçkilərə müdaxilə

Rusiya xarici işlər naziri qeyd edib ki, Moskva Vaşinqtondan ABŞ-ın Rusiyadakı seçkilərə niyə müdaxilə etdiyi sualına cavab verməsini gözləyir.

Sentyabrın 10-da ABŞ-ın Moskvadakı səfiri Con Sallivan idarəyə çağırılıb.

"Ona (səfirə - red.) verilən məlumatlar kifayət qədər ciddi olub. Vəssalam. Amerikalı həmkarlarımızdan bunun niyə baş verdiyinə dair cavab gözləyirik", - deyə o bildirib.

ABŞ-ın Rusiya işlərinə müdaxiləsi faktlarının bir sıra xarici platformaların qadağan edilmiş məzmunu silməkdən imtina etməsi ilə əlaqədar olduğunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika səfirinə konkret hansı faktların təqdim edildiyi sualına cavab verərkən bildirib.

"Mən bu faktlarla bağlı təfərrüata varmayacağam. Faktlar bir sıra Qərb internet platformalarının qadağan olunmuş məzmunu silməkdən imtina etməsi ilə əlaqədardır. Ümumiyyətlə, mən belə deyəcəyəm. Konkret faktlar Amerika səfirinə ötürülüb. O, bu sənədi yoxlayacağına söz verdiyi məlumat kimi qəbul edib. Düzdür, o deyib ki, kiminsə Rusiya qanunvericiliyini pozduğu barədə onlarda heç bir məlumat yoxdur", - deyə nazir jurnalistlərə bildirib.

"Şimal Axını-2"

Sergey Lavrov müsahibədə "Şimal Axını-2"nin gələcək taleyi barədə danışaraq, hücumların layihəyə davam etdiyini söyləyib.

"Şübhə etmirəm ki, bu qaz kəmərinə hücum cəhdləri davam edəcək. Ona qarşı çıxmaqda ən çox canfəşanlıq edən azlıqdır, aqressiv olan bu azlığa ilk növbədə Baltikyanı ölkələr, Polşa və digər AB ölkələri daxildir", - deyə Lavrov jurnalistlərə bildirib.

* Rusiya Federasiyası və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması

Eləcə də oxuyun:

1425
Azərbaycan və Ermənistan bayraqları, arxiv şəkli

Moskva Bakı Yerevandan cavab gözləyir

645
(Yenilənib 19:14 16.09.2021)
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, onlar Ermənistanla Azərbaycan arasında sərhədin ayrı-ayrı hissələrindəki vəziyyəti diqqətlə izləyirlər.

BAKI, 16 sentyabr - Sputnik. Moskva Bakı və Yerevandan delimitasiya məsələləri barədə təklifə cavab gözləyir.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinq zamanı deyib. 

"Biz Ermənistanla Azərbaycan arasında sərhədin ayrı-ayrı hissələrindəki vəziyyəti diqqətlə izləyirik. Situasiyanın inkişafı... növbəti dəfə təsdiq edir ki, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca delimitasiya və sonrakı demarkasiya prosesinin işə salınmasının sürətləndirilməsinə ehtiyac var", - o əlavə edib. 

O xatırladıb ki, bu məsələyə dair Rusiyanın təklifləri həm Bakıya, həm Yerevana çatdırılıb. 

"Sonrakı istiqaməti müəyyənləşdirmək üçün tezliklə cavab veriləcəyini gözləyirik", - Zaxarova qeyd edib. 

Rusiya həmçinin Azərbaycanın Türkiyə ilə birlikdə Xəzərdə keçirdiyi təlimlərə dair mövqeyini Bakının diqqətinə çatdırıb. 

Sputnik Azərbaycan bildirir ki, bunu bəyan edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova təfərrüatlara varmayıb. 

"Bu barədə Rusiyanın mövqeyi rəsmi Bakının diqqətinə çatdırılıb. Azərbaycanlı həmkarlarımızın həmin mövqeni anlayışla qarşılamalarını nəzərə alaraq hesab edirəm ki, ictimai şərhlərdən qaçınmaq mümkündür", - Zaxarova brifinqdə deyib.

Sentyabrın 10-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, Xəzərin Azərbaycan sektorunda Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.
Bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.
Helikopter və katerlərin cəlb olunması ilə keçirilən təlimin növbəti mərhələsində qarşıya qoyulan tapşırıqları iki qardaş ölkənin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirərək dəqiq və effektiv icra ediblər. 

Eləcə də oxuyun:

645
Teqlər:
Ermənistan, Rusiya, Azərbaycan, sərhəd
Saratov

Azərbaycan Rusiyanın Saratov vilayəti ilə iqtisadi əməkdaşlığı gücləndirəcək

10
(Yenilənib 16:17 16.09.2021)
S.Mironovun sözlərinə görə, Saratovun səhiyyə sahəsindəki inkişaf istiqamətləri azərbaycanlı mütəxəssislərin xüsusi marağına səbəb olub.

BAKI, 16 sentyabr — Sputnik. Bu gün Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyində qonşu ölkənin Saratov vilayətindən olan işgüzar nümayəndə heyəti ilə görüş keçirilib.

Nümayəndəlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş Saratov vilayətinin İxraca Dəstək Mərkəzinin direktoru Sergey Mironovun iştirakı ilə baş tutub.

O, İT texnologiyası, yanğınsöndürmə sistemləri və sənaye qaz avadanlıqlarının tədarükü sahələrində Azərbaycan müəssisələrinin nümayəndələri ilə aparılan danışıqların nəticəsi barədə məlumat verib. S.Mironovun sözlərinə görə, Saratovun səhiyyə sahəsindəki inkişaf istiqamətləri azərbaycanlı mütəxəssislərin xüsusi marağına səbəb olub.

Direktor deyib ki, müəssisələrinin məhsullarının sınaq partiyalarının azərbaycanlı tərəfdaşlara tədarükü üçün artıq müqavilələr imzalanıb.

Görüşdə Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov Azərbaycan ilə Rusiya arasında "İnnovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafı üçün 2020 -ci ildə imzalanan Yol Xəritəsi" çərçivəsində Azərbaycan tərəfinin müasir rəqəmsal texnologiyaların birgə tətbiqində maraqlı olduğunu təsdiqləyib.

10
Штаб-квартира Европейского суда по правам человека в Страсбурге

Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək

12
Leyla Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

BAKI, 17 sentyabr - Sputnik. “Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə L.Abdullayeva əlavə edib.

Eləcə də oxuyun:

12
Teqlər:
Ermənistan, məhkəmə, Azərbaycan, ayrı-seçkilik, Avropa İnsan Haqları Məhkəməsi