Vladimir Putin və Bəşər Əsəd

Əsədin elan olunmamış Moskva səfəri Kritik danışıqlar

1445
(Yenilənib 11:06 14.09.2021)
Rusiya lideri, Suriyada keçirilən seçkilərin nəticələrinin xalqın Əsədə inamının yüksək olmasına işarə olduğunu qeyd edib.

BAKI, 14 sentyabr — Sputnik. Suriyanın Prezidenti Bəşər Əsəd gözlənilmədən Rusiyaya səfər edib. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, Kremldə Rusiya Prezidenti Vladimir Putin və Bəşər Əsəd arasında danışıqlar baş tutub.

"Sizi, yenidən Moskvada salamlamağa çox şadam. Öncə bu yaxınlarda olan ad gününüz münasibətilə sizi təbrik edirəm. Təbii ki, artıq şəxsi formatda – prezident seçkilərində çox yaxşı nəticə münasibətilə də təbrik edirəm", - deyə Rusiya Prezidenti bildirib.

Görüş zamanı Putin vurğulayıb ki, Suriya prezidenti siyasi opponentlərlə dialoq üçün çox şey edir. Rusiya prezidenti eyni zamanda Suriyada xarici qoşunlarının mövcudluğunu həll olunmayan problem adlandırıb. Putin birgə səylərlə Suriya xalqının "ayağa qalxmasına" yardım edəcəklərinə də ümid etdiyini bildirib.

Rusiya lideri, həmçinin Suriyada keçirilən seçkilərin nəticələrinin xalqın inamının yüksək olmasına işarə olduğunu qeyd edib. Öz növbəsində Suriya Prezidenti Putinə rus dilində təşəkkür edib.

Qeyd edək ki, Bəşər Əsəd bu ilin mayında Suriyada keçirilən prezident seçkilərində 95,1% səs toplayıb.

1445
ABŞ bayrağı

Mütəxəssis yeni anti-Rusiya sanksiyalarının ABŞ-a qarşı necə oynayacağını izah edib

9
(Yenilənib 22:25 24.09.2021)
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan müdafiə büdcəsini qəbul edib.

BAKI, 24 sentyabr — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan müdafiə büdcəsini qəbul edib.

Konqresmenlər Rusiya və onun 35 vətəndaşının, yəni məmurların, iş adamlarının və jurnalistlərin suveren borcları, xüsusən də, "Şimal axını-2" qaz kəməri ilə əlaqədar olaraq yeni məhdudiyyətlərin genişləndirilməsinin düzəlişi ilə bağlı razılığa gəliblər.

Sənəd hələ senatda müzakirə edilməməli və prezident Co Baydenin imzasını almalıdır.

Siyasi Ekspertlər və Məsləhətçilər Assosiasiyasının üzvü, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Siyasi nəzəriyyə kafedrasının dosenti Kirill Koktış Sputnik radiosunun efirində yeni sanksiyaların ABŞ-ın Rusiyadan daha çox özünə zərər verə biləcəyi ilə bağlı fikirlərini bildirib. Bu, xüsusilə Rusiya Federasiyasının suveren borcuna qoyulan məhdudiyyətlərə aiddir.

"Əlbəttə ki, məhdudiyyətlər çox fərqli ola bilər, o cümlədən "SWIFT" banklararası ödəniş sistemindən uzaqlaşdırıla bilər. Bu ticarət əməliyyatlarının ciddi şəkildə çətinləşməsinə gətirib çıxara bilər. SWIFT deyir ki, heç kim Rusiyanı söndürmək niyyətində deyil, bunlar boş təhdidlərdir. Əlbəttə ki, bu məntiqlidir. Şirkətin müştəri itkisinə ehtiyac yoxdur, çünki bu imicə pis təsir göstərir. Üstəlik, İranı söndürmək üçün çox neqativ təcrübə var. Bundan əlavə, bu cür sanksiyalar hesablaşmaların kriptovalyutalara keçidini sürətləndirəcək. Bu sanksiyalar ABŞ-a əks təsir göstərəcək və hazırda dollardan tikilən iqtisadi məkanı dağıdacaq. ABŞ-ın səyləri ilə bu, çox tez baş verə bilər", - Kirill Koktış hesab edir.

9
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiya Dövlət Dumasına seçkilərlə bağlı MSK iclas keçirdi

309
(Yenilənib 16:00 24.09.2021)
Dumanın aşağı palatasına birmandatlı seçki dairələri üzrə namizədliyini özü irəli sürən 5 şəxs seçilib.

BAKI, 24 sentyabr — Sputnik. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası cümə günü, sentyabrın 24-də keçirdiyi iclasda Dövlət Dumasına seçkilərin baş tutmuş və etibarlı olması barədə protokol qəbul edib. 

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Dövlət Dumasına keçirilən seçkilərin nəticələrini, mandatların yekun bölgüsünü açıqlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Protokolun 100 faizlik emalından sonra federal dairə üzrə Rusiya Dövlət Dumasına beş partiyadan namizədlər seçilib: Vahid Rusiya Partiyası 324 mandat, Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) - 57, Ədalətli Rusiya - həqiqət uğrunda - 27, Rusiyanın Liberal Demokrat Partiyası (LDPR) 21, Yeni insanlar Partiyası -13 mandat qazanıb.

Dumanın aşağı palatasına birmandatlı seçki dairələri üzrə namizədliyini özü irəli sürən 5 şəxs seçilib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasına və 9 subyektin icra orqanlarına seçkilər 17-19 sentyabrda keçirilib. Seçkilərdə seçici fəallığı 51,72 faiz olub.

Moskvada və altı subyektdə - Kursk, Nijeqorod, Yaroslav, Murmansk, Rostov və Sevastopolda distansion elektron səsvermə təşkil olunub.

Eləcə də oxuyun:

309
Teqlər:
Rusiya, Dövlət Duması, seçki, iclas, protokol
Cütlük, arxiv şəkli

Həyat yoldaşı onu cəzalandırıb, zurnasını 40 gün dağda çalacaq

0
(Yenilənib 22:26 24.09.2021)
Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

BAKI, 25 sentyabr — Sputnik. Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

Belə ki, Hüseynin evdə zurna çalması onun xanımı Nilüfər Güləri (61) özündən çıxarıb. Zurna səsindən bezən qadın ərinə 40 gün dağda zurna çalmaq cəzasını verib.

Nazilli rayonunun İşıqlar məhəlləsində yaşayan, evli və 3 uşaq atası olan Hüseyn Gülər 2004-cü ildə Dövlət Su İdarəsindən təqaüdə çıxıb. Bundan sonra işsiz qalaraq darıxan adam atasının və qardaşının peşəsi ilə maraqlanmağa başlayıb.

Evdə zurnanı uzun və yüksək səslə çaldığına görə 46 illik xanımı və qonşuları bu vəziyyətdən narahat olublar. Bu səbəbdən əri ilə tez-tez dalaşan Nilüfər Hüseynə evində zurna çalmağı qadağan edib.

Xanımı ona zurnanı 40 gün dağda çalmaq cəzası verərək "səni yalnız bu halda bağışlayacağam" deyib və evdən gedib.

Sentyabrın 2-dən etibarən gündüzləri yaşadığı məhəlləsinin yaxınlığındakı dağlıq ərazidə zurna çalan və gecələri evinə qayıdan Hüseyn Gülər 40 günün sonunda həyat yoldaşının onu bağışlayacağını gözləyir.

Cəzamın yarısı bitib

"Mən musiqiçilər ailəsindənəm. Atam və qardaşım zurna ifaçıları idi. Mən də zurna çalmağı çox sevirəm. Bəzən bu musiqi alətində ifa edəndə kövrəlirəm, hətta gözlərimdən yaş da gəlir. Təqaüdə çıxandan sonra evdə zurna çalmağa başladım. Arvadım zurnanı yüsək səslə çaldığım üçün narahat olurdu. Xəbərdarlıqlarına baxmayaraq evdə zurnanı çalmağa davam edirdim və ona görə də o, əsəbiləşirdi. "Get zurnanı dağlarda çal" deyərək mənə 40 günlük cəza verdi. Mən də polislərdən icazə alaraq, işimi bu yöndə görürəm. Cəzamın yarısı bitib. Görəsən 40 günün tamamında arvadım məni bağışlayacaq? Bilmirəm. Əgər məni bağışlasa, ona təşəkkür edəcəm, ancaq bağışlamasa zurnamı dağlarda çalmağa davam edəcəm", - deyə Hüseyn bildirib.

Ərinə əsəbləşən Nilüfər Gülər, Kuşadasında yaşayan qızının yanına gedib.

"Həyat yoldaşım bütün xəbərdarlıqlarıma baxmayaraq, evdə zurna çalmağa davam edirdi. Zurnanın səsindən mənim kimi qonşular da narahat olurdu. Ona görə də ərimə 40 günlük belə bir cəza verdim", - deyə Nilüfər bildirib.

0