Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Belarusa səfər edəcək

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidAleksandr Lukaşenko və Vladimir Putin, 13 iyul 2021-ci il
Aleksandr Lukaşenko və Vladimir Putin, 13 iyul 2021-ci il - Sputnik Azərbaycan, 1920, 12.09.2021
Abunə olmaq
Aleksandr Lukaşenko bu yaxınlarda Moskvaya səfəri zamanı Rusiyanın 2025-ci ilə qədər Belarusa verəcəyi, bir milyard dollardan artıq dəyəri olan silahların çeşidinin razılaşdırıldığını bildirib.
BAKI, 12 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda Belarusa səfər edəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Putinin Minskə oktyabrda səfəri barədə razılığa gəlindiyini deyib.
"Biz qərarların qəbulunda daha çox yüklənməmək üçün onun (Putinin – red. qeydi) bizə, Minskə gəlməsi barədə razılıq əldə etdik. Təqribən oktyabrın 15-də bizdə MDB-nin sammiti keçiriləcək..., biz təfərrüatları müzakirə edəcəyik", - deyə Lukaşenko jurnalistlərə bildirib.
Belarus prezidenti həmçinin bu yaxınlarda Moskvaya səfəri zamanı Rusiyanın 2025-ci ilə qədər Belarusa verəcəyi, bir milyard dollardan artıq dəyəri olan silahların da çeşidinin razılaşdırıldığını bildirib.
Xəbər lenti
0