Rusiyalı həkimdən məsləhət: İmmun sistemini qorumaq üçün apteklərə yox, bazarlara üz tutun

1456
(Yenilənib 13:46 11.09.2021)
Həkim payızın gəlişi ilə yerli bazarlarda asanlıqla tapıla bilən təbii məhsullara üstünlük verilməsini və gündəlik olaraq təzə tərəvəz yeməyi məsələhət görüb.

BAKI, 11 sentyabr - Sputnik. Klinik laborator diaqnostikanın həkimi Anna Safonovanı açıqlaması ilə bioloji aktiv maddələrin qəbulunun payızda soyuqdəymədən qoruması ilə bağlı məşhur mifi dağıdıb.

Bu barədə Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir.

Həkimin sözlərinə görə, profilaktik məqsədlər üçün C, D vitaminlərinin və sinkin istifadəsi yetərincə təsirli deyil. Buna görə də, əsas olaraq qida maddələrinin miqdarına riayət edilməsi vacibdir.

Safonova xatırladıb ki, qidaların tərkibindəki zülalların, yağların və karbohidratların balansı immun sisteminin fəaliyyətinə təsir edir və onun gücünün 80%-i bağırsaqların fəaliyyətindən asılıdır.

Həkim payızın gəlişi ilə yerli bazarlarda asanlıqla tapıla bilən təbii məhsullara üstünlük verilməsini və gündəlik olaraq təzə tərəvəz yeməyi məsələhət görüb.

Safanova koronavirus pandemiyası ilə mübarizə dövründə, cəmiyyətin də qrip epidemiyasının başlanmasından çəkinməli olduğunu bildirib. Bunun üçün sentyabr və oktyabr aylarında peyvənd olunmağı tövsiyə edib.

Peyvəndin xüsusilə yaşlılar, uşaqlar və hamilə qadınlar üçün vacib olduğunu vurğulayıb. O bildirib ki, qrip zamanı ən çox ağırlaşmalar məhz bu sosial qruplarda müşahidə olunur.

1456
Koronavirusa qarşı AstraZeneca və  Moderna vaksinləri, arxiv şəkli

Rusiyada COVID-19 əleyhinə AstraZeneca peyvəndinin istehsalına başlanıb

9
(Yenilənib 21:15 17.09.2021)
"R-Farm" şirkətində istehsal olunacaq "R-Kovi" peyvəndinin hamısı, yəni ayda bir neçə yüz min ədəd vaksin ixrac ediləcək.

BAKI, 17 sentyabr — Sputnik. Rusiyanın "R-Pharm" əczaçılıq şirkəti Oksford universiteti və AstraZeneca-nın lisenziyası əsasında koronavirusa qarşı peyvənd istehsalına başlayıb. Rusiyanın Sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov jurnalistlərə verdiyi açıqlamada peyvəndin ixrac məqsədi ilə istehsal olunduğunu, daxili bazarın isə Rusiya məhsulları ilə tam təmin edildiyini bildirib.

"Rusiyada artıq xarici peyvəndlər istehsal olunur, "R-Farm"da AstraZeneca ixrac müqavilələri əsasında istehsal olunur. Daxili bazara gəldikdə, biz öz məhsullarımızla tam təmin olunmuşuq. Hər şey mümkündür, xüsusən də gələcəkdə. Ancaq burada və indi tələsik tələbatın fonunda öz istehsal sahələrimizlə işləyirik", - deyə Osmakov bildirib.

"R-Farm"ın baş direktoru Vasili İqnatyev may ayında RİA Novosti-yə bildirib ki, şirkət iyun ayında Oksford universitetinin və AstraZeneca lisenziyası əsasında koronovirus əleyhinə ilk peyvənd partiyasını buraxmağı planlaşdırıb. O nun sözlərinə görə, "R-Farm" şirkətində istehsal olunacaq "R-Kovi" peyvəndinin hamısı, yəni ayda bir neçə yüz min ədəd vaksin ixrac ediləcək.

Həmçinin oxuyun:

Özbəkistanda pomidordan koronavirusa qarşı peyvənd hazırlanır

9
Teqlər:
vaksin, AstraZeneca

Putin ŞƏT-in anti-terror strukturunun gücləndirilməsini təklif edib

5026
Rusiya Prezidenti həmçinin bildirib ki, ŞƏT-ə üzv ölkələrin Əfqanıstan hakimiyyətini vədlərini yerinə yetirməyə təşviq etməlidir.

BAKI, 17 sentyabr — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Əfqanıstanda vəziyyətin gərginləşməsindən və ABŞ-ın oradan qaçmasından sonra yarana biləcək riskləri nəzərə alaraq ümumi razılaşdırılmış bir mövqe sərgiləməlidir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Prezidenti Vladimir Putin bildirib.

"ABŞ və onun NATO-dakı müttəfiqləri Əfqanıstandan qoşunları tələsik çıxardıqdan,- buna qaçandan da demək olar,- sonra Əfqanıstandakı vəziyyətlə əlaqədar ciddi riskləri nəzərə alaraq təşkilatımızın qarşısında ortaq və razılaşdırılmış bir xətti həyata keçirmək vəzifəsi durur", - deyə Putin qeyd edib.

Rusiya Prezidenti, həmçinin bildirib ki, ŞƏT-ə üzv ölkələrin Əfqanıstan hakimiyyətini vədlərini yerinə yetirməyə təşviq etməlidir.

Putin eyni zamanda ŞƏT-in anti-terror strukturunu gücləndirməyi təklif edib.

Həmçinin oxuyun:

Rusiya Əfqanistandan miqrant axınından narahatdır

5026
Teqlər:
ŞƏT, ŞƏT, Putin

Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı

5
(Yenilənib 10:40 18.09.2021)
Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov arasında keçirilən döyüş cəmi bir raund davam edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Moskvada keçirilən turnirdə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun tələbəsi, "Dağıstan şiri" ləqəbli Şamil Zavurovu məğlub edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada baş tutan MMA (qarışıq döyüş növləri) turniri Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuşdu. Abbasov həmin görüşdə AMC Fight Nights çempion kəmərini qoruyurdu, Zavurov üçün isə qarşılaşma karyerasında sonuncu oldu.

Döyüş elə birinci raundda texniki nokautla başa çatdı. "Çingizxan" ləqəbli Nəriman Abbasov ilk dəqiqələrdən rəqibinə dəqiq zərbələr endirərək üstünlüyü ələ aldı, Zavurov raundun sonunda təzyiqə davam gətirməyərək oktaqonun döşəməsinə yıxıldı. Abbasov rəqibinə zərbələr endirməyə davam edərkən döyüş dayandırıldı. Beləliklə, Abbasov MMA-da 12-ci dəfə ardıcıl olmaqla 27-ci qələbəsini qazandı. 

Qalib elan edildikdən sonra Nəriman Abbasov qeyd edib ki, qələbəsini mərhum Abdulmanap Nurməhəmmədova həsr edir və rəqibinə hörmətlə yanaşır.

Onu da bildirək ki, döyüşdən əvvəl Həbib Nurməhəmmədov Abbasova Zavurov üzərində qələbə qazanacağı təqdirdə ən prestijli UFC promouşeni ilə müqavilə bağlamağına kömək edəcəyinə söz verib. Nəriman müsahibəsinin sonunda Həbibin vədini yada salıb: "Həbib, çamadanım hazırdır".

Eləcə də oxuyun:

5
Teqlər:
MMA, çempion, Həbib Nurməhəmmədov, azərbaycanlı, Moskva